Hal-hazırda Ayna qəzetinin 16.07.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 16.07.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
7 hərbçinin ölümü ilə bağlı istintaq yekunlaşıb İş məhkəməyə göndərilib
Şənbə, 16.07.2011

mətn ölçüsü  

Göygöl rayonunda yerləşən hərbi hissədə bu ilin fevralında 7 əsgərin ölümü ilə nəticələnən hadisə ilə bağlı başlanan cinayət işi üzrə istintaq yekunlaşıb (APA). Bunu dünən Müdafiə Nazirliyində keçirilən mətbuat konfransında nazirliyin mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlu deyib. Qeyd edib ki, artıq ibtidai istintaq yekunlaşıb və cinayət işinin materialları məhkəməyə göndərilib. Cinayət işinin məhkəmə istintaqına Gəncə Qarnizonu Hərbi Məhkəməsində baxılacaq. Hadisə bu il fevralın 20-də Müdafiə Nazirliyinin Göygöl rayonunda yerləşən N saylı hərbi hissəsində baş vermişdi. Hərbi hissədə xidmət edən əsgər avtomat silahından atəş açaraq öz xidmət yoldaşlarını qətlə yetirib. MN və Hərbi Prokurorluğun birgə yaydığı məlumatda bildirilib ki, hadisə zəminində Quliyev Naib Fəxrəddin oğlu (1992, Beyləqan RHK 04.2010), Cavadzadə Cavid Vəkil oğlu (1991, Mingəçevir RHK 01.2010), Suanverdiyev Nurlan Radfel oğlu (1991, Ağdam RHK 04.2010), Xocberov Ramazan Abdulla oğlu (1992, Balakən RHK 04.2010), Kərimov Əfqan Yaşar oğlu (1991, Balakən RHK 10.2009), Hüseynov Əhməd Əhmədalı oğlu (1992, Ağcabədi RHK 01.2010), Quliyev Zakir Etibar oğlu (1991, Yasamal RHK 01.2010) həyatlarını itiriblər. Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.7 (iki və daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi açılmışdı və neçə aydan bəri istintaq gedirdi.

Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Cabbar Savalanlının istintaq müddəti artırıldı

"İstintaq" bərpa olunub

"Göygöl"ün 40 yaşı qeyd edilib

"Mənim nə canım var, bir dəfə bıçaqlayardın"

Bölmənin digər xəbərləri
 
Ermənistandan oyuncaq-bomba "sovqatı"
Bu dəfə 13 yaşlı qızcığaz həyatını itirdi

Bu il rüşvət halları daha çox olub
Korrupsiyaya Qarşı Mübarizə İdarəsi 6 ayın statistikasını açıqladı

Korrupsiyadan prezidentə şikayət edən zabit qisas alırmış?
MN korrupsiya qalmaqalına reaksiya verdi

Üç adda plombir dondurma orqanizm üçün təhlükəlidir
Bunlar "Zontik", "Malenkoye Çudo" və "Tortinka"dır

Prokurorluqdan şikayətə iyulun 18-də baxılacaq
Bir gün sonra Harvard Universiteti məzunu cəzaçəkmə yerinə göndəriləcək

Naxçıvanda yenə də jurnalistlər döyülüb
İlqar Nəsibov həbs edilib, Elman Abbasov və Həkimeldostu Mehdiyev isə ciddi xəsarət alıblar

Prokurorluq məktəb tikənlərlə maraqlanır
Bu mühüm işdə qanun pozuntularına yol verilib



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər