Hal-hazırda Ayna qəzetinin 16.07.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 16.07.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
Prokurorluqdan şikayətə iyulun 18-də baxılacaq
Bir gün sonra Harvard Universiteti məzunu cəzaçəkmə yerinə göndəriləcək
Şənbə, 16.07.2011

C.Məzahiroğlu mətn ölçüsü  

Həbsdə olan gənc fəal Bəxtiyar Hacıyevin zorakılığa məruz qalması ilə bağlı Baş Prokurorluğun apardığı araşdırmanın nəticəsindən Səbail Rayon Məhkəməsinə verilən şikayətə baxılması iyulun 18-nə təyin edilib. Məlumatı "Media forum" saytına vəkil Elçin Namazov verib. Proses Bəxtiyar Hacıyevin özünün də məhkəmə iclasında iştirakını təmin etmək məqsədilə təxirə salınıb.

Elçin Namazov qeyd edib ki, Bəxtiyar Hacıyev hazırda 3 saylı Şüvəlan İstintaq Təcridxanasında saxlanılır: "İyulun 19-da isə Bəxtiyar Hacıyevin hansı cəzaçəkmə müəssisəsinə göndərilməsi məsələsi həll olunacaq".

Harvard Universitetinin (ABŞ) məzunu olan Bəxtiyar Hacıyev martın 4-də həbs olunub. Mayın 18-də o, Gəncənin Nizami Rayon Məhkəməsinin hökmü ilə 2 il müddətinə azadlıqdan məhrum edilib. Universitet məzunu Cinayət Məcəlləsinin 321.1-ci (qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma) maddəsi ilə təqsirli bilinir. Mart ayında Baş Prokurorluq İstintaqa Nəzarət İdarəsindən Gəncədəki 2 saylı təcridxanaya Bəxtiyar Hacıyevin şikayəti üzrə onun polis idarəsində və saxlanma təcridxanasında zorakılığa məruz qalıb-qalmadığını araşdırmaq üçün nümayəndələr göndərilib. Martın 28-də prokurorluq Bəxtiyar Hacıyevin döyülməsini təsdiqləməyərək cinayət işi başlanması ilə bağlı müraciəti rədd edib.

Bundan sonra Bəxtiyar Hacıyev Respublika Prokurorluğunun apardığı araşdırmanın nəticəsindən Səbail Rayon Məhkəməsinə şikayət verib.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
Ermənistandan oyuncaq-bomba "sovqatı"
Bu dəfə 13 yaşlı qızcığaz həyatını itirdi

Bu il rüşvət halları daha çox olub
Korrupsiyaya Qarşı Mübarizə İdarəsi 6 ayın statistikasını açıqladı

Korrupsiyadan prezidentə şikayət edən zabit qisas alırmış?
MN korrupsiya qalmaqalına reaksiya verdi

Üç adda plombir dondurma orqanizm üçün təhlükəlidir
Bunlar "Zontik", "Malenkoye Çudo" və "Tortinka"dır

7 hərbçinin ölümü ilə bağlı istintaq yekunlaşıb İş məhkəməyə göndərilib


Naxçıvanda yenə də jurnalistlər döyülüb
İlqar Nəsibov həbs edilib, Elman Abbasov və Həkimeldostu Mehdiyev isə ciddi xəsarət alıblar

Prokurorluq məktəb tikənlərlə maraqlanır
Bu mühüm işdə qanun pozuntularına yol verilib



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər