Hal-hazırda Ayna qəzetinin 16.07.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 16.07.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
Korrupsiyadan prezidentə şikayət edən zabit qisas alırmış?
Korrupsiyadan prezidentə şikayət edən zabit qisas alırmış?
MN korrupsiya qalmaqalına reaksiya verdi
Şənbə, 16.07.2011

C.Məzahiroğlu mətn ölçüsü  

Orduda korrupsiya faktı ilə əlaqədar prezident İlham Əliyevə müraciət edən N saylı hərbi hissənin üç zabitindən biri - kapitan Ramin Qasımovun barəsində cinayət işi varmış.

Bunu MN Tərbiyə işləri üzrə idarənin rəhbəri Vaqif Məmmədov iyulun 15-də mətbuat konfransında bildirib. Vaqif Məmmədov deyib ki, orduda korrupsiya barədə prezidentə müraciət edən zabitlər - kapitan Ramin Qasımov, leytenant Əsgər Əsgərov və gizir Şahlar Rzayevlə söhbət aparılıb.

"Heç də vəziyyət müraciətdə iddia edildiyi kimi deyil", - deyə V. Məmmədov bildirib. O qeyd edib ki, Ramin Qasımov gənc zabit olmasına baxmayaraq, bir neçə dəfə əsgərləri incidib və bununla bağlı komandirlərə şikayət gəlib:

"Amma onun gənc zabit olduğu nəzərə alınaraq Ramin Qasımovla belə hallara bir də yol verməməsi haqda profilaktik söhbət aparılıb".

Vaqif Məmmədov deyir ki, sonuncu dəfə ötən ay onun 2 əsgərə fiziki işgəncə verməsi ilə bağlı hərbi komandanlığa şikayət daxil olub:

"Bundan sonra tədqiqat işi başlayıb. Artıq kapitana güzəştə gedilməyib, iyulun 4-də Hərbi Prokurorluqda barəsində Cinayət Məcəlləsinin 331.3 maddəsi ilə cinayət işi qaldırılıb".

Həmin maddə 7 ildən 9 ilə qədər həbs cəzası nəzərdə tutur. Vaqif Məmmədovun bildirməsinə görə, hərbi hissədə hərbçilərdən izahat alınarkən məlum olub ki, Ramin Qasımov barəsində açılan cinayət işi bağlanmazsa, qisas alacağını bildirib.

Prezidentə ordudakı korrupsiya ilə bağlı müraciət edən digər 2 zabitə gəldikdə, Vaqif Məmmədov deyib ki, onlar öz izahatlarında söhbətin nədən getdiyini anlamadıqlarını, sadəcə, bir komandir kimi Qasımova tabe olduqlarını deyiblər.

Prezidentə müraciətdə zabitlər qeyd edirdilər ki, hərbi hissədə aparılan təmir işlərinə görə öz maaş kartlarını nisyə mal aldıqları mağazalara qoyublar.

Mətbuat konfransında Vaqif Məmmədov məsələnin bu tərəfini şərh etmək istəməyib və araşdırmanın davam etdiyini bildirib.

Vaqif Məmmədov hazırda iş başında olan kapitan Ramin Qasımovun şəxsi əşyalarına baxış zamanı spirtli içkilər və sulu qəlyan aşkarlandığını deyib.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Ermənistan ordusunun çağırışçı problemi

Orduda itkilər artır

Ağasif Şakiroğluna qarşı qaldırılmış cinayət işinə xitam verilib

Orduda ruhani təsisatı ideyası?

Orduda 2 nəfər həlak oldu

Bölmənin digər xəbərləri
 
Ermənistandan oyuncaq-bomba "sovqatı"
Bu dəfə 13 yaşlı qızcığaz həyatını itirdi

Bu il rüşvət halları daha çox olub
Korrupsiyaya Qarşı Mübarizə İdarəsi 6 ayın statistikasını açıqladı

Üç adda plombir dondurma orqanizm üçün təhlükəlidir
Bunlar "Zontik", "Malenkoye Çudo" və "Tortinka"dır

Prokurorluqdan şikayətə iyulun 18-də baxılacaq
Bir gün sonra Harvard Universiteti məzunu cəzaçəkmə yerinə göndəriləcək

7 hərbçinin ölümü ilə bağlı istintaq yekunlaşıb İş məhkəməyə göndərilib


Naxçıvanda yenə də jurnalistlər döyülüb
İlqar Nəsibov həbs edilib, Elman Abbasov və Həkimeldostu Mehdiyev isə ciddi xəsarət alıblar

Prokurorluq məktəb tikənlərlə maraqlanır
Bu mühüm işdə qanun pozuntularına yol verilib



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər