Hal-hazırda Ayna qəzetinin 16.07.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 16.07.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
Bu il rüşvət halları daha çox olub
Bu il rüşvət halları daha çox olub
Korrupsiyaya Qarşı Mübarizə İdarəsi 6 ayın statistikasını açıqladı
Şənbə, 16.07.2011


İLKİN
mətn ölçüsü  

Bu ilin 6 ayı ərzində Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə korrupsiya ilə bağlı 360-dan çox müraciət daxil olub. Müraciətlər əsasən rüşvət alma və vəzifədən sui-istifadə halları ilə bağlı olub.

Bu açıqlamanı Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində bu ilin 6 ayı ərzində görülən işlərə dair hesabat toplantısında idarə rəisi Kamran Əliyev bildirib. Edilən müraciətlər əsasında 87 fakt üzrə cinayət işi başlanıb. İdarə rəisi ötən il bu rəqəmin 69 olduğunu açıqlayıb. Onun sözlərinə görə, 6 ay ərzində ötən ildəki faktlarla birgə korrupsiya halları ilə bağlı ümumilikdə 159 cinayət işi üzrə istintaq aparılıb, 98 şəxs barəsində 56 cinayət işi baxılmaq üçün məhkəmələrə göndərilib.

K.Əliyev deyib ki, əvvəlki illərlə müqayisədə bu il rüşvət alma və vəzifə səlahiyyətlərindən sui-istifadə halları daha çox olub. O, idarədə yaradılan 161 nömrəli "Qaynar xətt"ə daxil olan müraciətlərin statistikasını da açıqlayıb.

K.Əliyev deyib ki, "Qaynar xətt" yaradılandan sonra korrupsiya ilə bağlı 2000-dən çox məlumat daxil olub. Bundan başqa, xətt vasitəsilə müraciət edən 5000-dən çox vətəndaşa məlumatlar verilib. İdarə rəisi daxil olan 2000 müraciətlə bağlı 9 fakt üzrə cinayət işi başlandığını deyib. O da qeyd olunub ki, edilən hər bir müraciət araşdırılıb, bəzi vətəndaşların etdiyi şikayətlərin əsassız olduğu hallar da üzə çıxıb.

K. Əliyevin sözlərinə görə, əmək və əhalinin sosial müdafiəsi ilə bağlı daxil olan müraciətlər üstünlük təşkil edib.

Bundan başqa, Daxili İşlər Nazirliyi ilə bağlı 270, yerli icra orqanları ilə bağlı 198, bələdiyyələrlə bağlı 128, təhsillə bağlı 99, əhalinin enerji təchizatı ilə bağlı 53, gömrük xidməti ilə bağlı 48, özəl sektorla bağlı 38 müraciət daxil olub.

K.Əliyev müraciətlərin hər birinin obyektiv araşdırıldığını, korrupsiyaya qarşı qətiyyətlə mübarizə aparıldığını, bu tədbirlərin bundan sonra da davam etdiriləcəyini demişdir.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

ADNA-nın qarşısına saxta pullar səpələndi

Bələdiyyələrdə daha 21 korrupsiya faktı

Balaxanı bələdiyyəsinin keçmiş sədri mühakimə olunur

Baş Prokurorluqda müşavirə

Korrupsiyaya qarşı "səfərbərlik"?

Bölmənin digər xəbərləri
 
Ermənistandan oyuncaq-bomba "sovqatı"
Bu dəfə 13 yaşlı qızcığaz həyatını itirdi

Korrupsiyadan prezidentə şikayət edən zabit qisas alırmış?
MN korrupsiya qalmaqalına reaksiya verdi

Üç adda plombir dondurma orqanizm üçün təhlükəlidir
Bunlar "Zontik", "Malenkoye Çudo" və "Tortinka"dır

Prokurorluqdan şikayətə iyulun 18-də baxılacaq
Bir gün sonra Harvard Universiteti məzunu cəzaçəkmə yerinə göndəriləcək

7 hərbçinin ölümü ilə bağlı istintaq yekunlaşıb İş məhkəməyə göndərilib


Naxçıvanda yenə də jurnalistlər döyülüb
İlqar Nəsibov həbs edilib, Elman Abbasov və Həkimeldostu Mehdiyev isə ciddi xəsarət alıblar

Prokurorluq məktəb tikənlərlə maraqlanır
Bu mühüm işdə qanun pozuntularına yol verilib



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər