Hal-hazırda Ayna qəzetinin 16.07.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 16.07.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
Ermənistandan oyuncaq-bomba "sovqatı"
Ermənistandan oyuncaq-bomba "sovqatı"
Bu dəfə 13 yaşlı qızcığaz həyatını itirdi
Şənbə, 16.07.2011


E.İLKİN
mətn ölçüsü  

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib. Onun sözlərinə görə, baş vermiş hadisə ilə bağlı Cinayət Məcəlləsinin 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, hazırda bu iş üzrə istintaq davam etdirilir.

DİN də hadisə barədə məlumat yayıb. DİN-in rəsmi saytında yerləşdirilmiş məlumata görə, iyulun 14-də saat 15:30 radələrində Tovuz rayonunun Yuxarı Mülkülü kənd sakini, 16 yaşlı Elsevər Cəfərov və onlarda qonaq olan 13 yaşlı Aygün Şahmalıyeva Tovuz çayının kənarından tapdıqları oyuncağı evə gətiriblər. Həmin oyuncaq evdə partlayıb. Nəticədə Aygün hadisə yerində keçinib, onun anası Elnarə isə ayaqlarından xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Hadisəyə münasibət bildirən millət vəkili Qənirə Paşayeva 13 yaşlı uşağın faciəli ölümü ilə nəticələnən hadisənin beynəlxalq təşkilatlar qarşısında qaldırılmasının zəruriliyini bildirib. Qənirə Paşayeva partlayış nəticəsində 13 yaşlı Şahmalıyeva Aygün Zirəddin qızının həlak olması və anası, 32 yaşlı Şahmalıyeva Elnarə Məmmədtağı qızının ağır yaralanması ilə nəticələnən hadisənin Avropa Şurası Parlament Assambleyası (AŞPA) daxil olmaqla, bütün beynəlxalq təşkilatlar qarşısında qaldırılacağını deyib. Millət vəkili vurğulayıb ki, Azərbaycanın rəsmi qurumları ilə yanaşı, diaspor və qeyri-hökumət təşkilatları da bu vandalizm aktını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmalıdırlar.

Millət vəkilinin sözlərinə görə, bu, Ermənistanın azyaşlı uşaqlara qarşı törətdiyi ilk vandalizm aktı deyil. Bir neçə il əvvəl də həmin ərazidə baş vermiş bənzər hadisə zamanı - Ermənistan tərəfindən çaya buraxılan oyuncağı götürərkən partlayış baş verməsi nəticəsində iki azyaşlı uşaq həlak olub, biri isə yaralanıb:

"Bundan əlavə, bu il mart ayının 8-də Ermənistan silahlı qüvvələri işğal etdiyi Azərbaycan torpaqlarındakı mövqelərindən Ağdam rayonunun Orta Qərvənd kəndinin 9 yaşlı sakini Fariz Bədəlovu öz evlərinin həyətində oynayan zaman snayperlə hədəfə alaraq qətlə yetirib. Budəfəki hadisə isə Ermənistan hərbçilərinin günahsız körpələrin, azyaşlı uşaqların qətlə yetirilməsinə yönələn yeni məqsədyönlü siyasət aparmasının bariz nümunəsidir".

Q.Paşayeva ATƏT Minsk Qrupu həmsədrləri başda olmaqla, beynəlxalq təşkilatların Ermənistanın törətdiyi bu cür vandalizm aktlarına laqeyd münasibət göstərməsinin nəticəsi olaraq, Ermənistan bütün dünyanın gözü qarşısında bu cür insanlıq əleyhinə vandalizm aktlarını törətməkdə davam etdiyini bildirib. Millət vəkili vurğulayıb ki, münaqişənin tənzimlənməsində vasitəçilik missiyasını həyata keçirən ATƏT Minsk Qrupu həmsədrləri, habelə beynəlxalq təşkilatlar bu hadisəni kəskin pisləməli, bu hadisənin törədilməsində təqsirli olanların cəzalandırılmasını tələb etməli, bu kimi vandalizm aktlarının yenidən təkrarlanmasının qarşısını almaq məqsədilə rəsmi İrəvana qarşı ciddi təsir və təzyiq mexanizmlərini tətbiq etməlidirlər:

"Əks halda, bütün bunlar onsuz da gərgin olan vəziyyətin gərginləşməsinə gətirib çıxaracaq. Bu zaman yarana biləcək vəziyyətə görə məsuliyyət ATƏT Minsk Qrupu həmsədrləri və digər beynəlxalq təşkilatların üzərinə düşəcək".

Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç da Tovuz rayonunda 13 yaşlı qızın faciəli ölümü ilə bağlı açıqlama yayıb. Səfirliyin mətbuat müşavirliyindən verilən məlumata görə, səfir 13 yaşlı Aygün Şahmalıyevanın çaya atılan, içinə partlayıcı qurğu quraşdırılmış oyuncağın partlaması nəticəsində ölümündən böyük kədər hissi keçirdiyini bildirib, bu qeyri-insani davranışı hiddətlə qınayıb.

"Aygün qızımızın kədərli ailəsinə başsağlığı verir və səbir diləyirəm", - deyə açıqlamada bildirilir.

Bu hadisə iyunun 14-də Tovuz rayonunun Ermənistanla həmsərhəd olan Əlibəyli kəndi ərazisində baş verib. Partlayıcı qurğunun işə düşməsi nəticəsində 1998-ci il təvəllüdlü Şahmalıyeva Aygün Zirəddin qızı həlak olub, onun anası, 1979-cu il təvəllüdlü Şahmalıyeva Elnarə Məmmədtağı qızı isə ayağından yaralanıb.

Məlumata görə, partlayıcı qurğu quraşdırılmış "itəbənzər" uşaq oyuncağı Ermənistan tərəfindən Əlibəyli kəndinə daxil olan Tovuz çayına buraxılıb. Həmin ərazidə oynayan Cəfərov Elsəvər Həsən oğlu və Şahmalıyeva Aygün Zirəddin qızı oyuncağı taparaq Cəfərov Həsənin evinə gətiriblər. Evdə oynayan zaman Aygün Şahmalıyeva oyuncağı masanın üstünə vurub, nəticədə partlayış baş verib.

Bu, həmin ərazidə ilk belə hadisə deyil. 1994-cü ildə həmin ərazidə bənzər hadisə baş vermişdi. Ermənistan tərəfindən çaya buraxılan oyuncağı götürərkən partlayış baş verməsi nəticəsində iki azyaşlı uşaq həlak olmuş, biri isə yaralanmışdı. Sərhədə yaxın yerləşən kəndlərin əhalisi bu baxımdan ayıq-sayıq olmalı, uşaqlarla izahat işi aparılmalıdır.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Ermənistan ordusunun çağırışçı problemi

Tovuzda Göytəpə məskənində qazıntılar gedir

Sınaq üçün Vahidli kəndi seçilib

Ermənistan dünyanı aldadır

İrəvan bu günlərdə nəylə nəfəs alır?

Bölmənin digər xəbərləri
 
Bu il rüşvət halları daha çox olub
Korrupsiyaya Qarşı Mübarizə İdarəsi 6 ayın statistikasını açıqladı

Korrupsiyadan prezidentə şikayət edən zabit qisas alırmış?
MN korrupsiya qalmaqalına reaksiya verdi

Üç adda plombir dondurma orqanizm üçün təhlükəlidir
Bunlar "Zontik", "Malenkoye Çudo" və "Tortinka"dır

Prokurorluqdan şikayətə iyulun 18-də baxılacaq
Bir gün sonra Harvard Universiteti məzunu cəzaçəkmə yerinə göndəriləcək

7 hərbçinin ölümü ilə bağlı istintaq yekunlaşıb İş məhkəməyə göndərilib


Naxçıvanda yenə də jurnalistlər döyülüb
İlqar Nəsibov həbs edilib, Elman Abbasov və Həkimeldostu Mehdiyev isə ciddi xəsarət alıblar

Prokurorluq məktəb tikənlərlə maraqlanır
Bu mühüm işdə qanun pozuntularına yol verilib



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər