Hal-hazırda Ayna qəzetinin 16.07.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 16.07.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Dünyada  
 
 
Ermənilər Küveyt zənginlərini soyurmuş
Yerli polis bu mütəşəkkil cinayətkar dəstəni zərərsizləşdirib
Şənbə, 16.07.2011

İsmayıl mətn ölçüsü  

Küveytin nüfuzlu və çoxtirajlı ingilisdilli "Arab Times" qəzeti və "Əl-Siyasə" xəbər agentliyi iyulun 11-də Küveyt hüquq-mühafizə orqanları tərəfindən ermənilərdən ibarət mütəşəkkil cinayətkar dəstənin zərərsizləşdirilməsinə dair məlumat yayıb. Azərbaycanın Küveyt səfirliyindən APA-ya verilən xəbərə görə, həmin məlumatda bildirilir ki, Küveyt Daxili İşlər Nazirliyinin kriminal hallar idarəsinin əməkdaşları böyük villalardan və qızıl-zinət mağazalarından külli miqdarda qızıl məmulatlar və bahalı əşyalar oğurlayan altı ermənidən ibarət peşəkar cinayətkar dəstəni zərərsizləşdirib. Bu ermənilərin Rusiya vətəndaşı olduğu bildirilir. Tərkibində iki qadının da olduğu soyğunçu dəstə son dörd il ərzində 1 milyon Küveyt dinarı (təxminən 3 700 000 ABŞ dolları) məbləğində qızıl-zinət əşyaları oğurlayıb. Onlar yay mövsümündə kommersiya məqsədli vizayla Küveytə gələrək zəngin insanların villalarını soymaqla məşğul olurmuşlar. Dəstə başçısı axtarışdadır. Məlumata görə, son vaxtlar paytaxtda və Havalli yaşayış məntəqəsində yerləşən villalarda oğurluq və soyğunçuluq hallarının artması və seyflərdən oğurluqda daha inkişaf etmiş texnologiyanın tətbiqi müşahidə edilib. Yalnız son iki ay ərzində ümumi dəyəri iki yüz min Küveyt dinarı məbləğində qızıl-zinət əşyaları oğurlanıb. Polis nəzarət-təftiş işlərini gücləndirib və 2007-ci ildə məsuliyyətə cəlb olunmuş milliyyətcə erməni olan Rusiya vətəndaşını həbs edib. Sorğu-sual zamanı erməni qızıl-zinət əşyalarının oğurlanmasında peşəkarlaşmış mütəşəkkil cinayətkar dəstənin üzvü olduğunu, dəstənin digər üzvləri ilə birlikdə hər il soyğunçuluq məqsədilə Küveytə gəldiklərini etiraf edib. Həbs olunan şəxs mütəşəkkil cinayətkar dəstənin digər üzvlərini də ələ verib. Onların hamısının milliyyətcə erməni olduqları vurğulanır. Bu mütəşəkkil cinayətkar dəstənin başçısının axtarışı davam edir.

Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Ermənistan ordusunun çağırışçı problemi

Qazaxda təmas xəttindəki qəbiristanlıqda erməni vandalizmi

Atışmada bir düşmən əsgəri öldürülüb

Ermənilər şəhid əsgərin cəsədini gizlədirlər

BDU-da Erməni Araşdırmaları Elmi Mərkəzi işə başlayır

Bölmənin digər xəbərləri
 
Qonşuların doğub-törəmək istəksizliyi
Ermənistanın son demoqrafik açıqlamaları onlar üçün ümidverici deyil

Rusiya Quzey Qafqazda əlavə qoşun yerləşdirir
Xalqın böyük əksəriyyəti isə milli respublikalara müstəqillik verməyi vacib sayır



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər