Hal-hazırda Ayna qəzetinin 16.07.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 16.07.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Dünyada  
 
 
Qonşuların doğub-törəmək istəksizliyi
Qonşuların doğub-törəmək istəksizliyi
Ermənistanın son demoqrafik açıqlamaları onlar üçün ümidverici deyil
Şənbə, 16.07.2011

İ.Umudlu mətn ölçüsü  

Ermənistan və Gürcüstanda demoqrafik problem dərinləşir. Azərbaycanda da bu məsələ yaxşı vəziyyətdə deyil, ən azı keyfiyyət baxımından. Lakin hər halda qonşularla müqayisədə bizdə vəziyyət "toya getməlidir". Hələ ki bu belədir. Azərbaycanda əhalinin sayı artır, Ermənistanda isə azalır. Erməni ekspertlər Azərbaycanla rəqabət aspektində bunun ciddi fərqindədir.

Hesablamalara görə, 2050-ci ilə qədər Ermənistan əhalisi 2,5 milyona kimi azalacaq. APA-nın məlumatına görə, bu rəy BMT Əhali Fondunun illik hesabatında açıqlanır. Dünya Əhali Gününə həsr edilmiş bu hesabatda bir çox dünya ölkələrində əhali artımı proqnozlaşdırılıb. Hesabat müəllifləri Ermənistanda əks tendensiyanın müşahidə ediləcəyi qənaətinə gəliblər. Hazırda Ermənistan əhalisi rəsmən 3 milyondan bir qədər artıqdır. Bu ölkədən olanların çoxu Rusiya və başqa ölkələrdə yaşasalar da, adları hələ də Ermənistanda "dəftərdədir". Odur ki, real olaraq bu ölkədə hazırda əhalinin sayının 1,8-2,2 milyon arasında olduğu barədə Ermənistan qaynaqlarında mülahizələr var. Yəni 2050-ci il üçün 2,5 milyon ermənilər üçün son dərəcə nəzəri və yumşaq desək, qeyri-real bir rəqəmdir.

BMT ekspertlərinin sorğusuna əsasən, rəyi soruşulmuş 1139 erməni ailəsinin 68,3%-i dünyaya yeni uşaq gətirməyi planlaşdırmır. Rəyi soruşulanların cəmi 16%-i daha bir övlad arzusundadır. Yerdə qalanlar isə bu suala cavab verməkdə çətinlik çəkiblər.

REKLAM

Erməni ailələrin dünyaya daha bir uşaq gətirmək istəmədiyi ölkədə çətin sosial-iqtisadi durum, erməni qadınların son vaxtlar karyeranı ailədən üstün tutmaları ilə bağlıdır. BMT İrəvan ofisinin eksperti Ruben Yeqanyan bildirib ki, hazırda demoqrafik inkişaf dinamikası Ermənistanın xeyrinə deyil, qonşu ölkələrdə isə tam fərqli mənzərə müşahidə edilir. BMT Əhali Fondunun Azərbaycana aid bölməsində isə son illər ölkədə əhali artımının müşahidə edildiyinə diqqət çəkilib. BMT bildirir ki, 2005-ci ildən başlayaraq hər il Azərbaycan əhalisi orta hesabla 1,2% artır. Bildirildiyinə görə, Azərbaycanda son illər yoxsulluğun azaldılması və səhiyyə xidmətlərinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər buna müsbət zəmin yaradır.

Son rəqəmlərə görə, Azərbaycan əhalisinin sayı 2011-ci ilin əvvəlindən iyul ayının 1-nə kimi 54 min nəfər artaraq 9 165 min nəfərə çatıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əhalinin 49,6%-ni kişilər, 50,4%-ni qadınlar təşkil edir. Əhalinin 22,3%-i 0-14 yaşda, 72%-i 15-64 yaşda, 6%-i 65 və yuxarı yaşda olanlardır. Cari ilin I yarısında 80,2 min, gündə təxminən 443 körpə doğulub, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1 000 nəfərinə hesabı ilə doğumun səviyyəsi 17,3-dən 17,9-dək artıb. Cari ildə doğulan körpələr üçün 73,6 yaş, o cümlədən oğlanlar üçün 70,9 yaş, qızlar üçün 76,2 yaş ömür uzunluğu gözlənir. Yanvar-iyun aylarında ölkədə 38,6 min nikah, 5,4 min boşanma qeydə alınıb və 2010-cu ilin birinci yarısına nisbətən əhalinin hər 1 000 nəfərinə hesabı ilə nikahların sayı 7,4-dən 8,6-ya, boşanmaların sayı isə 1-dən 1,2-yə qədər artıb. Bu ilin 6 ayı ərzində yaşamaq üçün Azərbaycana 1,1 min nəfər gəlib və 0,2 min nəfər ölkədən gedib.

Gürcüstan aydınlarından Patriarxa "demoqrafik" təklif

Gürcüstanda da demoqrafik durum yaxşı deyilmiş. İş o yerə çatıb ki, Gürcüstan yazıçıları və mədəniyyət adamları Patriarx II İlyaya açıq məktubla müraciət ediblər. Onlar ölkədəki "son dərəcə həyəcanlı demoqrafik situasiyadan" söz açıblar. Onlar Patriarxdan rica ediblər ki, Sameba kilsəsində "Böyük Demoqrafik Məclis" təsis olunsun. Müraciət müəlliflərinin mülahizəsincə, bu məclis gürcü kilsəsi və toplumunun "gürcü dövlətinin xilas olunmasında müştərək səylərini yaxınlaşdırmalıdır". Onlar istəyirlər ki, Patriarx bu işə xeyir-dua versin.

Ermənistan: rəqəmlər nə deyir?

2009-cu ildə 54 800 erməni Rusiya vətəndaşlığı alıb. APA-nın xəbərinə görə, bu barədə Ermənistanın "Azg" qəzeti İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına istinadən məlumat yayıb.

Təşkilatın illik məruzəsində Rusiyada vətəndaşlıq alan ermənilərin sayının 2005-ci ildən etibarən artdığı qeyd olunub. Belə ki, 2001-ci ildə 19 267 erməni Rusiya vətəndaşlığı aldığı halda, 2005-ci ildə bu rəqəm üç dəfə artıb. Son 9 ildə isə ümumilikdə 272 min erməni Rusiya vətəndaşlığı alıb.

Qəzet yazıb ki, ermənilər Rusiyadan əlavə, Fransa, Polşa, Avstraliya, Belçika, Çexiya, Hollandiya və Yunanıstana da köç etməkdədir. Yunanıstanda vətəndaşlıq almış ermənilərin sayı 12 min nəfər olub. Polşada isə ermənilər üçüncü böyük icmadır. Son 4 ildə mühacirət üçün müraciət edən ermənilərin sayı 22 faiz artıb. Ermənilər mühacirət üçün ən çox Fransaya üz tutur. Belə ki, 2000-ci ildə Ermənistandan Fransaya mühacirət edənlərin sayı 405 nəfər olduğu halda, 2009-cu ildə bu say 5 dəfə artıb.

Gürcü cəmiyyətinin bu gün yaşadığı demoqrafik problemi öz xeyrinə dəyişmək şansı qalır. Ermənistanda necə? - mürəkkəb sualdır, hər halda, onlar qonşularla münasibəti sağlam zəmin üzərinə oturtmaq, düşmənçiliyi mehriban qonşuluqla əvəz etmək iqtidarında olmayınca (bunun üçünsə indiki xəstə təfəkkür kökündən dəyişməlidir), bu ölkə normal inkişaf etməyəcək. Bu birmənalıdır. Deməli, bu ölkədə yaxşı gələcək və yaxşı yaşayış görməyən ailə ya doğub-törəmək qayğısına qalmayacaq, ya da çıxıb başqa ölkələrə gedəcək...


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Ermənistan ordusunun çağırışçı problemi

Ermənistandan oyuncaq-bomba "sovqatı"

Ermənistan dünyanı aldadır

İrəvan bu günlərdə nəylə nəfəs alır?

Rusiya və Ermənistan arasında antiazərbaycan sövdələşməsi?

Bölmənin digər xəbərləri
 
Rusiya Quzey Qafqazda əlavə qoşun yerləşdirir
Xalqın böyük əksəriyyəti isə milli respublikalara müstəqillik verməyi vacib sayır

Ermənilər Küveyt zənginlərini soyurmuş
Yerli polis bu mütəşəkkil cinayətkar dəstəni zərərsizləşdirib



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər