Hal-hazırda Ayna qəzetinin 16.07.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 16.07.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İqtisadiyyat  
 
 
Ekonom-klass otellər inşa edilərsə...
Ekonom-klass otellər inşa edilərsə...
Ölkədaxili turizmin inkişafı sürətlənər
Şənbə, 16.07.2011

Aynurə mətn ölçüsü  

Daxili turizmin inkişafı ölkə iqtisadiyyatında çox mühüm rol oynaya bilər. Turizmin inkişafı başqa sahələrin də inkişafına təkan verir. Daxili turizmin inkişafı xarici turizmin inkişafına da zəmin yaradır. Ona görə ki, daxili turizm ölkədə infrastruktur meydana gətirir və həmin infrastrukturdan ölkəyə gələn xarici turistlər də istifadə edir. Pasport, viza, xarici dil və valyuta problemi olmayan daxili turizmin iqtisadiyyata valyuta girişi təminedici bir təsiri yoxdur. Lakin Azərbaycan Turizm İnstitutunun baş müəllimi Rəhman Səfərov deyir ki, daxili turizmin inkişafı ölkə daxilindəki firma və müəssisələrin, beynəlxalq sahədəki oxşar firma və müəssisələrlə rəqabət edə bilməsi üçün önəmlidir. Çünki daxili turizm yolu ilə bu müəssisələr zaman keçdikcə xidmət keyfiyyətini, müştəri razılığını inkişaf etdirmə imkanı əldə edirlər. O deyir:

"Ölkə daxilindəki turizm firma və müəssisələri daxili turizm yolu ilə əldə etdikləri gəlirləri beynəlxalq turizmi inkişaf etdirmək məqsədi ilə istifadə edə bilərlər".

Məlumat üçün: hələ 2002-ci ildə qəbul edilmiş dövlət proqramına uyğun olaraq ölkə ərazisində 4 əsas (Bakı-Xaçmaz, Bakı-Astara, Bakı-Balakən, Bakı-Qazax), 3 əlavə turist marşrutu yaradılıb. Bu turist marşrutları ölkənin əksər inzibati rayonlarını əhatə etməklə İpək Yolu və digər tranzit marşrutla əlaqələndirilir. Lakin daxili turizmin inkişafı ləng gedir.

Mütəxəsislər daxili turizmin inkişafı üçün gözəl təbiətin, təbii resursların olduğunu söyləyir. Amma statistik rəqəmlər göstərir ki, xaricdə gəzib, istirahət etməyə üstünlük verənlər daha çoxdur. Nədənsə bu təbiət gözəlliklərini nə özümüz çox görməyə maraq göstərir, nə da xariciləri cəlb edə bilirik.

Rəhman Səfərov diqqəti buna cəlb edir ki, rifah səviyyəsi yüksək, adambaşına milli gəliri çox olan ölkələrin hamısı turizmə ağırlıq verən ölkələrdir. Buna nəzərən, təbii sərvətləri çox olsa belə, inkişaf etməmiş ölkələr isə, turizm potensialı yaxşı dəyərləndirilməmiş, turizm gəlirləri az olan ölkələrdir.

Müsahibim onu da əlavə etdi ki, turizmin inkişafına təsir edən əsas məsələlərdən biri də otel və mehmanxanalarda mövcud qiymətlər və onlardakı fərqlərdir. Bu fərqlilik turistlərin cəlbində öz rolunu oynayır. Əlbəttə ki, turist hər zaman keyfiyyətli xidmət təklif edən və nisbətən də ucuz olan turməhsula istiqamətlənir. Ölkəmizdə isə inşa edilən otellərin sayının çoxalmasına baxmayaraq, qiymətlərdə ciddi fərq müşahidə olunmur...

Rəhman Səfərov hesab edir ki, otel qiymətlərini aşağı salmaq üçün ən gözəl variant ekonom tipli otellər inşa etdirməkdir. Bu tip otellər əsasən qiymətin ucuzluğu ilə fərqlənir. Bu fərqlilik bu otelləri ölkədə daha populyar edəcək:

"Ekonom-klass otellər ölkədə daxili turizmin inkişafına təsir etmiş olacaq. Ölkə vətəndaşlarının digər otellərə deyil, məhz bu otellərə maraq göstərməsi blkədə rəqabət yaradacaq. Nəticədə digər otellər müştəriləri (turistləri) itirməməkdən ötrü qiymətləri aşağı salmaq məcburiyyətində qalacaq. Qiymətlərin aşağı olması daxili turistlərdən başqa, ölkə xaricindən də turistlərin qəbul edilməsinə təsir edəcək. Nəticədə ölkəmiz güclü bir turizm ölkəsinə çevriləcək".


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Lənkəran 5000 turist gözləyir

Bu il Turizm İli olsun

İstirahət mərkəzləri azdır

Kənd turizmi: bu gəlirli bir iş ola bilər

Turizmin inkişafı naminə çoxlu təkliflər var

Bölmənin digər xəbərləri
 
Çörəyin qiyməti bahalaşmayacaq
Çəkisi azalacaq

Bakıda bahalaşma, rayonlarda - ucuzlaşma
Ən çox yumurta, mal əti və çiyələk bahalaşıb



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər