Futbol üzrə Fransa yığmasının heyətində dünya və Avropa çempionu olmuş Patrik Vieyra karyerasını başa vurub. 35 yaşlı yarımmüdafiəçi son illər İngiltərənin "Manchester City" klubunda çıxış edirdi. Qeyd edək ki, Patrikin ilk klubu Fransa "Kann"ı olub. Lakin o, karyerasının böyük hissəsini (1996 - 2005) İngiltərənin "Arsenal" komandasında keçirib. Bu komanda ilə 3 dəfə İngiltərə çempionu, 4 dəfə ölkə kubokunun sahibi olub. Sonradan Vieyra İtaliyanın "Yuventus" və "İnter" komandalarında da çıxış edərək, 4 qat İtaliya çempionu tituluna yiyələnib. Təcrübəli yarımmüdafiəçi 2010-cu ilin yanvarında "Manchester City"yə keçib, bu komanda ilə 2010-2011-ci il mövsümündə son titulunu - İngiltərə kubokunu əldə edib. Patrik Vieyra Fransa millisinin heyətində 107 oyuna 6 qol vurub, 1998-ci ildə dünya, 2000-ci ildə Avropa çempionu olub.
|