Hal-hazırda Ayna qəzetinin 16.07.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 16.07.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İdman  
 
 
Püşk "Qarabağ" üçün "Brügge"ni seçdi
Püşk "Qarabağ" üçün "Brügge"ni seçdi
\"Xəzər Lənkəran\" isə \"Makkabi\"ni keçərsə, \"Zelezniçar\"la qarşılaşacaq
Şənbə, 16.07.2011

İ.Kərimoğlu mətn ölçüsü  

Avroliqanın II təsnifat mərhələsinin ilk görüşləri keçirilib. Qitənin nüfuzuna görə Çempionlar Liqasından sonra ikinci ən səviyyəli turniri olan Avroliqada iki Azərbaycan klubu da növbəti mərhələyə adlamaq üçün mübarizə aparır. Yarışların bu mərhələsində ölkəmizi təmsil edən "Qarabağ" və "Xəzər Lənkəran" klubları ilk görüşlərini səfərdə keçiriblər.

Ağdamın "Qarabağ" klubu səfərdə Farer adalarının "Streymur" komandasının qonağı olub. İlkin təsnifat mərhələsində Litvanın "Banqa" klubunu darmadağın edən Qurban Qurbanovun komandası bu görüşün də favoriti sayılırdı. Buna görə də "Qarabağ"ın səfərdən sərfəli nəticə ilə dönəcəyi heç kəsdə şübhə doğurmurdu. "Qarabağ" artıq Rauf Əliyevin 11-ci dəqiqədə vurduğu qolla hesabda irəli çıxıb. Fəqət, "Qarabağ" son dəqiqələrdə qapısından qol buraxmaqla, bu üstünlüyü qoruyub saxlaya bilməyib. Rəqib oyuna əlavə edilmiş 2-ci dəqiqədə hesaba tarazlıq gətirib. Bununla belə, bu hesab "Qarabağ"ı tam qane edir.

UEFA Avropa Liqasına II təsnifat mərhələsindən qoşulan son ölkə kubokunun qalibi "Xəzər Lənkəran" isə səfərdə İsrailin "Makkabi" (Təl-Əviv) klubunun qonağı olub. Təl-Əvivə sərfəli nəticə dalınca gedən "Xəzər Lənkəran" ilk hissədə qapısında 3 qol görüb. Bununla belə, Mirça Rednikin komandası ilk hissənin sonlarında hesab arasındakı fərqi azaltmağa nail olub. Amma futbolçularımız hər halda bir səfər qoluna imza ata bilib ki, bu da Lənkərandakı oyun ərəfəsində növbəti mərhələyə çıxmaq şansımızı saxlayıb.

Hər komandamız cavab görüşlərini 5 gündən sonra, iyulun 21-də yerli tərəfdarları qarşısında keçirəcəklər.

Dünən Avropa Liqasında III mərhələnin püşkü atılıb. Püşkdə "Xəzər Lənkəran"ın bəxti gətirib. Lənkəran təmsilçisi Təl-Əviv "Makkabi"sini keçərsə, "Zelezniçar" (Bosniya və Herseqovina) - "Şerif" (Moldova) oyununun qalibi ilə görüşəcək. Bu, "Xəzər Lənkəran"ın 5 potensial rəqibi arasında ən münasibi idi.

Farer adalarının "Streymur" klubunu keçəcəyi şübhə doğurmayan "Qarabağ"a isə daha çətin rəqib düşüb. Bu, Belçikanın ən titullu klublarından olan, dəfələrlə ölkə çempionluğunu qazanan, Çempionlar Liqasının qrup mərhələsində çıxış etmiş "Brügge"dir. Qeyd edək ki, III mərhələnin oyunları iyulun 28-də və avqustun 4-də keçiriləcək. Komandalarımız ilk oyunlarını səfərdə keçirməlidirlər.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

İrandan Qarabağa - təbii qaz

Misir saytı Azərbaycan xalqından üzr istəyib

Nəriman Həsənzadədən irad

Ruslara Qarabağda kilsə tikdirmək planı

"Qarabağ həqiqətləri" adlı xüsusi buraxılış

Bölmənin digər xəbərləri
 
"Neftci"nin potensial rəqibləri bəlli oldu
Amma həmin komandalarla görüşmək üçün "flaqman" "Dinamo" (Zaqreb) səddini keçməlidir

Yenə yalnız "Qarabağ"


AZAL yeni baş məşqçisi ilə anlaşdı


"Beşiktaş" Türkiyə kubokundan imtina etdi


Daha bir əfsanə futboldan getdi




Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər