Hal-hazırda Ayna qəzetinin 16.07.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 16.07.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Güney  
 
 
Daha bir ziyalı "avtoqəzada" öldürüldü
\"Suda boğma\" üsulu da eynilə qalır
Şənbə, 16.07.2011

S.Soltan mətn ölçüsü  

Ötən həftə məxfi polis Güney Azərbaycanın Miyandab (əsl adı - Qoşaçay) şəhərində azərbaycanlı ziyalıları və gəncləri sorğu-suala tutub. Onları hədələyərək, "İsrailə, Amerikaya" və başqa xarici ölkələrə "casusluqda" ittiham edəcəklərini söyləyiblər.

Tanınmış ziyalı, türkoloq, arxeoloq, ingilis dili ustadı Əlaəddin Məlmasi də ötən həftə müəmmalı avtomobil qəzası nəticəsində həyatını itirib. Şahidlərin sözlərinə görə, mərhumun qəza nəticəsində ölməsinə dair inandırıcı sübut yoxdur. Ə.Məlmasinin ailəsi bildirib ki, o, şəxsi işləri bağlı İranın şimal səmtinə getmək adı ilə evdən çıxıb, ancaq avtomobil qəzası şərqdə - Şiraza yaxın bir yerdə baş verib.

GünAzTv-nin məlumatına görə, Əlaəddin Məlmasidən Azərbaycan türkcəsinə və qədim əsərlərə dair 120 cilddə çox qiymətli 120 kitab qalıb.

Əlaəddin Məlmasinin "ölüm qrupları" tərəfindən oğurlanıb öldürüldüyü şübhə doğurmur. Çünki Azərbaycan türklərinin milli haqları uğrunda mübarizə aparanlara qarşı həbs, çeşidli təzyiq üsulları ilə yanaşı, belə insanları oğurlayıb müəmmalı şəkildə öldürmək də var. Ötənlərdə bu kimi hallar az olmayıb.

3 il öncə Qulamrza Əmani Əhər-Təbriz yolunda, Təbrizin girişində İran İslam İnqilab Keşikçiləri Qvardiyasına məxsus yük maşını vasitəsi ilə "avtomobil qəzasına" düşmüşdü. "Qəza" zamanı onunla birlikdə iki qardaşı da həlak olmuşdu.

Mühəndis Qulamrza Əmani mühəndis-aqronom idi. Milli haqlar uğrunda fəaliyyətinə görə dəfələrlə həbs edilmiş, fiziki-mənəvi işgəncələrə məruz qalmışdı. Lakin bu "cəzalar" onu tutduğu yoldan döndərə bilməmişdi. Həbsxanadan çıxandan sonra məxfi polis tərəfindən ölümlə hədələnmişdi. Onu sındıra bilməyənlər "avtomobil qəzası" ilə həyatına son qoydular.

Fərhad Möhsüninin cəsədi Təbrizin "Şahgölü" adlı parkından tapılmışdı. Güllə yaralarından ölmüşdü. Ailəsi onu xeyli vaxt idi axtarırmış. 25 yaşlı Fərhad Möhsüni 2006-cı ilin məlum may etiraz aksiyalarının ildönümü ərəfəsində məxfi polis tərəfindən oğurlanmışdı. O, 2006-cı il mayın 22-də isə Təbrizdə etiraz aksiyası zamanı polislərin açdığı atəşdən güllə yarası almış və tutulmuşdu. Vəkilin iştirakı olmadan qapalı məhkəmədə mühakimə olunmuşdu. Hakimiyyət adamları gəncin valideynlərini hədələyərək demişdilər: "Onun həbsdə olması barədə məlumat yaymayın. Əks halda, onunla yanaşı siz də cəzalanacaqsınız".

İranın rəsmi xəbər agentliyi İRNA Şərqi Azərbaycanın polis rəisinin bu gəncin qətli ilə bağlı açıqlamasını yaymışdı:

"20 gün öncə 23 yaşlı Fərhad Möhsüni dostları ilə gəzməyə çıxıb. Bundan sonra izsiz yoxa çıxıb. Cəsəd Elgölündə (Şahgölü) tapılıb, məhkəmə tibbi-ekspertiza onun bədənində döyülmə və zədə halları müşahidə edib. Onun psixotrop maddə qəbul etdiyi aşkarlanıb. Son nəticəyə görə, Fərhad Möhsüni qəbul etdiyi həblərin nəticəsində özünü suda boğub..." (?!).

2006-cı ilin may etiraz aksiyalarında həbs olunmuş Səttar Səliminin saxlanıldığı yeri də polis gizli saxlayırdı. O, həbsdə olduğu iki ay ərzində ağır işgəncələrə məruz qalmış, sonra qətlə yetirilmişdi. Onda hakimiyyət təmsilçiləri S.Səliminin cənazəsini ata-anasına təhvil verəndə ölümün səbəbi barədə təxminən oxşar fikir söyləmişdilər:

"Səttar Səlimi zindandan qaçıb, Arazdan keçərkən boğulub" (?!). Amma ölkənin çağdaş tarixində İran həbsxanasından kiminsə qaçmasına dair fakt bəlli deyil.

Azərbaycanın məşhur uşaq yazıçısı Səməd Behrəngi də şahın zamanında Arazda "boğulmuşdu". Bu baxımdan şah və ya ayətullalığından asılı olmayaraq, Tehran hakimiyyəti düşmənlərini eyni üsulla aradan çıxarır, "suda boğma" üsulu da eynilə qalır.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
"Casus" diplomat qalmaqalında İran barmağı
Aşqabad "İranla bağlı məlumat toplayacaq casus" deyil, səfir istəyir

İki ballistik raket sınaqdan çıxarıldı
2 min km-likdə hədəfi vura bildiklərini deyirlər

Məhkəmə "Traktor"un bir qrup fanatına hökm çıxarıb
Cərimə və şallaq zərbəsi...



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər