Bir neçə gün öncə İran Hind okeanında iki ballistik raketi sınaqdan çıxarıb. "Ulu Peyğəmbər-6" kod adlı hərbi manevrin sonuncu mərhələsində "Xəlice-Fars" və "Tondar" adlı iki ballistik raket Hörmüz əyalətinin Cask rayonu yaxınlığında açıq okeanda sınaqdan keçirilib.
İnqilab Keşikçiləri Qvardiyası Aerokosmik qüvvələrinin komandanı general Əmirəli Hacızadə deyib ki, bu ilin fevralında Hind okeanında 1900 km-lik radiusluq iki ballistik raketin hədəfi vurma imkanlarını yoxlayıblar. Onun sözlərinə görə, bu qurğuları ABŞ-ın "casus təyyarələri ultra modern sistemlərlə tapa bilmir". Bu isə 2 min km-lik radiusda yerləşən həfədi vura bilir.
Hacızadə xatırladıb ki, raket buraxılan ərazidə Amerikanın hərbi kəşfiyyatçı-təyyarələri fəaliyyət göstərir, ancaq onlar da bu raketi "tuta bilməyib".
Bir yandan sanksiyaların güclənməsi, o biri yandan hakimiyyətin bu davranışı həm İranda, həm də bölgədə mövcud durumun daha da gərginləşəcəyini ehtimal etməyə əsas verir. Ölkə rəhbərliyi yeni-yeni silah növləri dünyaya nümayiş etdirməklə əzələ nümayiş etdirirsə, yuxarıda bəhs etdiyimiz liman layihələrinə sərmayə qoymaqla sanksiyaların yaratdığı çətinlikləri aşmağa qadir olduğunu beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır.
|