6 ayda 5 nəfərin öldüyü qeydə alınıb
|
Səbəb - qeyri-insani davranış
Şənbə, 09.07.2011
SƏİD |
mətn ölçüsü |
|
|
|
İşgəncələrə Qarşı Azərbaycan Komitəsi 2011-ci ilin birinci yarısı üzrə hesabatını açıqlayıb. Qurumun rəhbəri Elçin Behbudov APA-ya açıqlamasında bildirib ki, bu ilin 6 ayı ərzində komitəyə işgəncə və qeyri-insani rəftarla bağlı 89 müraciət daxil olub.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə müraciətlərin sayının artdığını vurğulayan komitə sədri daxil olan müraciətlərin böyük əksəriyyətinin həbsxanalarda saxlanan şəxslərlə və ibtidai istintaq zamanı təqsirləndirilən şəxslərə qarşı olunan qeyri-insani rəftarla bağlı olduğunu deyib.
Komitə sədri həmçinin qeyd edib ki, cari ilin ötən 6 ayı ərzində Azərbaycanda 5 nəfər işgəncədən ölüb. Bu şəxslərin arasında intihar edənlər də olub.
Elçin Behbudov bu hesabatın komitəyə daxil olan müraciətlər əsasında hazırlandığını və bütün bu faktlarla bağlı rəsmi qurumlara məlumat verildiyini vurğulayıb. O həmçinin qeyd edib ki, təmsil etdiyi qurum 2013-cü ildə BMT-nin İşgəncələrə Qarşı Komitəsində hesabat verəcək.
|
|
|
Oxşar xəbərlər:
Saxlanılan şəxsi döyən polislər cəzalandırılsın
Naxçıvan DİN-də klassik işgəncə üsulu hələ qalır?
Bəxtiyar Hacıyevə işgəncə verilir?
"Azərbaycan BMT qarşısında yarımçıq hesabatla çıxış edib"
Avropa Şurasının "işgəncə" hesabatı açıqlandı
|
|
|