Hal-hazırda Ayna qəzetinin 09.07.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 09.07.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
Sabah ali məktəblərin I ixtisas qrupu üzrə qəbul imtahanıdır
Sabah ali məktəblərin I ixtisas qrupu üzrə qəbul imtahanıdır
TQDK sədri: \"Kim bizi aldatmaq istəsə, bu istək baş tutmayacaq. İmtahana girən abituriyent yalnız öz gücünə inanmalıdır\"
Şənbə, 09.07.2011

Eldəniz mətn ölçüsü  

"Ali məktəblərin magistratura pilləsinə daxil olan şəxslər bu ayın 15-dək qəbul olunduqları ali məktəblərdə qeydiyyatdan keçməlidirlər. Əks halda, onların yerləri boş qalan yerlərlə birgə vakant elan ediləcək və ora yenidən qəbul aparılacaq". Bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə dünən keçirdiyi mətbuat konfransında bildirib.

TQDK sədrinin sözlərinə görə, ali məktəblərin magistraturasına qəbul olunan 4396 nəfərdən cəmi 23 faizi, yəni 1038 nəfər qəbul olunduqları ali məktəbdə qeydiyyatdan keçib. M.Abbaszadə qeyd edib ki, gələn ay ali məktəblərin magistratura səviyyəsi üzrə boş qalan yerlərə qəbul elan ediləcək:

"Vakant yerlərin siyahısı magistraturaya daxil olan bakalavrların daxil olduqları ali məktəblərdə qeydiyyat müddəti bitdikdən sonra dəqiq məlum olacaq".

İyulun 10-da ali təhsil müəssisələrinə və tam orta təhsil bazasından (11 illik) orta ixtisas təhsili müəssisələrinə I ixtisas qrupu üzrə qəbul imtahanının keçiriləcəyini deyən TQDK sədri bildirib ki, imtahan respublikanın 4 şəhərində - Bakıda 41, Naxçıvanda 2, Gəncədə 6, Sumqayıtda 7 binada keçiriləcək. Orta ümumtəhsil müəssisələrindən 2515 nəzarətçi müəllimin iştirak edəcəyi imtahana 248 imtahan rəhbəri cəlb olunacaq.

TQDK sədri deyib ki, bu il I ixtisas qrupu üzrə 33587 abituriyent ərizə verib. Onlardan 30965 nəfəri Azərbaycan bölməsinin, 262 nəfəri isə rus bölməsinin məzunudur. Abituriyentlərin 19825 nəfərini oğlanlar, 13762 nəfərini isə qızlar təşkil edir. 18257 nəfər orta məktəblərin builki, 13974 nəfər əvvəlki illərin, 1229 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur.

Bu ixtisas qrupu üzrə təhsil almaq istəyən 128 abituriyent xarici ölkələrin vətəndaşıdır. 127 abituriyent ali təhsillidir və I ixtisas qrupu üzrə ikinci ali təhsil almaq arzusundadır. I ixtisas qrupu üzrə ən yaşlı abituriyent 1958-ci ildən, ən gənc isə 1996-cı ildəndir.

TQDK sədri deyib ki, Bakıda 24152, Naxçıvanda 1327, Gəncədə 3891, Sumqayıtda isə 4217 abituriyent imtahan verəcək. İmtahan bütün binalarda eyni vaxtda - saat 11:00-da başlayacaq və 3 saat davam edəcək. İmtahandan dərhal sonra müstəqil ekspertlər tərəfindən I ixtisas qrupu üzrə test suallarının ekspertizası aparılacaq. Həmin gün saat 19:00-da "Spase" telekanalında canlı yayımlanan "Abituriyent" verilişində TQDK-nın məsul əməkdaşları və ekspertləri tərəfindən imtahanda istifadə olunan sualların düzgün cavabları və test tapşırıqları ilə bağlı geniş izahat veriləcək. İmtahanda istifadə olunan sualların düzgün cavabları eyni zamanda TQDK-nın internet saytında yerləşdiriləcək.

III ixtisas qrupu üzrə imtahan vermiş abituriyentlərin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr qısa müddətdə TQDK-nın internet saytında yerləşdiriləcək. Abituriyentlər imtahan nəticələri barədə məlumatı mobil telefonla "İmtahancell" xidməti vasitəsi ilə öyrənə biləcəklər.

Komissiya sədri bildirib ki, iyulun 10-da ali məktəblərin I ixtisas qrupu üzrə qəbul imtahanında oğlanların sayı üstünlük təşkil etdiyindən nizam-intizamı qorumaq daha çətin olacaq. M.Abbaszadənin sözlərinə görə, III ixtisas qrupunun iyulun 3-də keçirilən imtahanı zamanı qızların sayı üstünlük təşkil etdiyindən imtahan qaydalarına daha çox əməl olunub:

"Qızlar qaydalara daha çox əməl edir, oğlanlar isə bir az şuluqdurlar. Bir daha xatırladıram ki, imtahana telefon, hər hansı bir qurğu və əlavə materiallar gətirmək olmaz. Belə hallar imtahana buraxılış prosesini daha da çətinləşdirir. Kim bizi aldatmaq istəsə, bu istək baş tutmayacaq. İmtahana girən abituriyent yalnız öz gücünə inanmalıdır".

TQDK sədri deyib ki, I ixtisas qrupunda iştirak edən abituriyentlərin 2000 nəfəri hələ də "İmtahana buraxılış vərəqəsi"ni çap etməyib. Bu il I ixtisas qrupu üzrə sənəd verən 200 məzun isə attestat ala bilmədiyi səbəbindən imtahanda iştirak edə bilməyəcək.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

TQDK son xəbərdarlığını etdi...

102 gənc - prezident təqaüdçüsü

Qaliblər ali məktəblərə imtahansız qəbul olunacaq

Təhsil naziri təbii fəlakətlə bağlı qərar qəbul edəcək

TQDK-ya 22 Avropa və dünya çempionu müraciət edib

Bölmənin digər xəbərləri
 
Qafqaz Müsəlmanları İdarəsi büdcədən maliyyələşəcək
Gələcəkdə digər dini qurumlar da dövlətdən maliyyə yardımı ala biləcək

Yük təyyarəsini kim vurub?
Suallar qalır, komissiya üzvləri qəza yerinə çata bilməyiblər

Quzey Kipr başqa, Qarabağda işğal rejimi başqa
Ercan hava limanı ilə paralellər aparmaq isə tamam yersizdir

6 ayda 5 nəfərin öldüyü qeydə alınıb
Səbəb - qeyri-insani davranış

Həkimlər sertifikasiyadan uğurla çıxıb
125 həkim ən yüksək nəticə göstərə bilib

Pedaqoji işə 1466 sənəd verilib
İngilis dili müəllimliyi liderdir

HP paytaxt İcra Hakimiyyətində yoxlamalar aparıb
Məlumatlar parlamentə təqdim ediləcək



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər