Hal-hazırda Ayna qəzetinin 09.07.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 09.07.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
Qafqaz Müsəlmanları İdarəsi büdcədən maliyyələşəcək
Qafqaz Müsəlmanları İdarəsi büdcədən maliyyələşəcək
Gələcəkdə digər dini qurumlar da dövlətdən maliyyə yardımı ala biləcək
Şənbə, 09.07.2011

İsmayıl mətn ölçüsü  

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) gələn ildən dövlət büdcəsindən maliyyə yardımı alacaq. Bu barədə APA-ya Azərbaycan hökumətindəki mənbələrdən bildirilib. QMİ-nin maliyyələşməsi Azərbaycan prezidentinin 1 iyul 2011-ci il tarixi fərmanı əsasında həyata keçiriləcək.

Fərmanda Nazirlər Kabinetinə üç ay müddətində dövlət tərəfindən dini mərkəzə (idarələrə) maliyyə yardımı göstərilməsinə, o cümlədən Qafqaz Müsəlmanları İdarəsinin müvafiq ölkələrdə nümayəndəliklərinin maliyyələşdirilməsinə dair təklifləri Azərbaycan prezidentinə təqdim etmək tapşırılıb. Azərbaycanda dini mərkəz (yaxud idarə) kimi isə dövlət qeydiyyatından indiyədək yalnız QMİ keçib. Bu səbəbdən də dini qurumlardan yalnız QMİ maliyyə yardımı alacaq. Bu dini quruma ilk maliyyə yardımının 2012-ci ilin dövlət büdcəsində nəzərdə tutulması planlaşdırılır. QMİ-nin müxtəlif ölkələrdə nümayəndəlikləri yaradılacaq və həmin təmsilçiliklər də dövlət büdcəsindən maliyyələşəcək ki, bu barədə də fərmanda açıq göstərilib.

Azərbaycan prezidentinin 10 iyun 2011-ci il tarixdə imzaladığı "Dini etiqad azadlığı haqqında" qanunda dəyişikliklər edilməsi barədə" qanunda isə qeyd edilib ki, dini qurumlara dövlət və yerli özünüidarə orqanları tərəfindən maliyyə yardımı göstərilə bilər. Yəni gələcəkdə digər dini qurumların (o cümlədən dini icmaların) da dövlət və yerli bələdiyyədən maliyyə yardımı alması mümkündür.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Prezident 2011-ci il dövlət büdcəsini təsdiq edib

Maliyyə Nazirliyi vahid daxili telekommunikasiya sisteminə keçir

Ordunun şəxsi heyətində ixtisar istisna edilir

Parlament debatlarında sensasion mülahizələr

Azərbaycan və Ermənistan: 2010-cu il nə vəd edir?

Bölmənin digər xəbərləri
 
Yük təyyarəsini kim vurub?
Suallar qalır, komissiya üzvləri qəza yerinə çata bilməyiblər

Sabah ali məktəblərin I ixtisas qrupu üzrə qəbul imtahanıdır
TQDK sədri: "Kim bizi aldatmaq istəsə, bu istək baş tutmayacaq. İmtahana girən abituriyent yalnız öz gücünə inanmalıdır"

Quzey Kipr başqa, Qarabağda işğal rejimi başqa
Ercan hava limanı ilə paralellər aparmaq isə tamam yersizdir

6 ayda 5 nəfərin öldüyü qeydə alınıb
Səbəb - qeyri-insani davranış

Həkimlər sertifikasiyadan uğurla çıxıb
125 həkim ən yüksək nəticə göstərə bilib

Pedaqoji işə 1466 sənəd verilib
İngilis dili müəllimliyi liderdir

HP paytaxt İcra Hakimiyyətində yoxlamalar aparıb
Məlumatlar parlamentə təqdim ediləcək



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər