Hal-hazırda Ayna qəzetinin 09.07.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 09.07.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İqtisadiyyat  
 
 
Mövsüm meyvələri bahadır
Bu hal süni bahalanma ilə izah edilir
Şənbə, 09.07.2011

A.Əhmədova mətn ölçüsü  

Mövsümi meyvələr bahadır. Əhalinin alıcılıq qabiliyyəti isə aşağıdır. Mövsümi meyvələrin qiymətləri əhalinin gəlirləri ilə üst-üstə düşmür. Bazarlarda yüksək qiymətlər müşahidə olunur. Əhalinin orta aylıq əməkhaqqı 350 manatdır. Orta statistik rəqəmlərə görə, bu qiymətlərlə Azərbaycan ailəsini bütün dövrlərdə müvafiq meyvə-tərəvəzlə təmin etmək ailə üçün çətinlik doğurur.

KTN-də hesab edirlər ki, əksinə, indi qiymətlər may ilə müqayisədə 50 faiz ucuzlaşıb. Nazirliyin mətbuat katibi Murtuzəli Hacıyev deyir ki, təxminən 10 gün sonra gilas və digər çəyirdəkli meyvələrin qiymətində 50-80 qəpik ucuzlaşma gözlənir. Yerli meyvə bazara yenicə çıxmağa başlayıb:

"Hələ bu kütləvi deyil. Qiymətlər ona görə yüksəkdir. Yəni məhsulların kütləvi yetişmə dövrü var. Bir həftə - 10 gün sonra çoxalma və ucuzlaşma müşahidə olunacaq".

Fermerlər İttifaqının sədri Sadıq Murtuzayevin fikrincə, bahalaşmanın da qarşısının alınması zəruridir. Onun dediyinə görə, əksər hallarda yerli meyvə-tərəvəz becərildiyi rayon və kənddə ucuz olur. Lakin paytaxta gətiriləndə süni bahalaşdırılır. O bunu yolverilməz sayır və hesab edir ki, inhisarçılıqla mübarizə aparılmalıdır.

İqtisadçılar hesab edirlər ki, qiymət artımına təkan verən amil olaraq bazarların inhisarlaşması, bazara girişin məhdudlaşmasını görürlər. Bundan başqa, idxalda da inhisarçılıq müşahidə edilir. Bildirilir ki, bazarlara fermerlərin girişini asanlaşdırmaq və məhsul bolluğunu yaratmaq üçün əhalinin kənd təsərrüfatına dönüşünü stimullaşdırmaq vacibdir.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Miqrantların vətənə göndərdikləri pullar azalır

Avtomobil idxalını artırmağa ehtiyac yox

Qiymətli kağızlar bazarına - ikinci nəfəs

Şirvanın bazarı bağlanıb

Bazarlar od tutub yanır

Bölmənin digər xəbərləri
 
Baxma ki, üstünə "yodlaşdırılmış duz" yazılıb
Duz bazarı saxta və qorxulu məhsulla doludur

Hökumət qiymətləri tənzimləməkdən imtina edir?
Müşahidələr bunu deyir

Ərzaq istehsalı ikiqat artmalıdır
Çünki planet əhalisi sürətlə çoxalır

Qadınlardan ibarət kredit ittifaqı təsis edilib
Onların kiçik bizneslə məşğul olmasına imkan açılır



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər