Hal-hazırda Ayna qəzetinin 09.07.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 09.07.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İqtisadiyyat  
 
 
Ərzaq istehsalı ikiqat artmalıdır
Çünki planet əhalisi sürətlə çoxalır
Şənbə, 09.07.2011

A.Akif mətn ölçüsü  

Qırx ildən sonra Yer əhalisinin sayı 6,9 milyarddan 9,2 milyarda çatacaq. Odur ki, BMT dünya fermerlərinin diqqətini ərzaq istehsalını ikiqat artırmağın vacibliyinə yönəldir. BMT-nin dünya iqtisadi və sosial sorğusuna görə, 9 milyard insanı ərzaqla təmin etmək üçün qlobal ərzaq istehsalı 2050-ci ilə qədər 70-lə 100 faiz arasında artmalıdır.

Amma məsələ ondadır ki, artım prosesində kənd təsərrüfatının inkişaf sürəti zəifləyəcək. Hesablamalarına görə, 2020-ci ilədək artım sürəti 1,7% təşkil edəcək. Halbuki əvvəlki onillikdə bu rəqəm 2,6% olub. Bunun səbəbi təbii resursların tükənməsi, iqlim dəyişikliyi və kənd təsərrüfatı məhsullarından bioyanacaq üçün xammal kimi istifadə olunmasıdır. BMT isə xəbərdarlıq edir ki, ərzaq istehsalında bu cür sürətli artım yalnız ölkələr ətraf mühitə az zərər vura biləcək üsullardan istifadə etməyə səy göstərsələr, baş tuta bilər. Mühüm dəyişikliklər edilmədiyi təqdirdə iqlim dəyişikliyi və havanın çirklənməsi ərzaq istehsalına təsir göstərə bilər.

BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı qiymətlərin bahalaşacağını da istisna etmir və bildirir ki, qarşıdakı 10 il ərzində taxılın qiyməti orta hesabla 20%, ətin qiyməti isə 30% arta bilər. Ərzağın bahalaşması planet əhalisinin sayının sürətli artımı fonunda baş verəcək. Məhsul istehsalının artım sürətinin azalması, demək olar, bütün bitkilərdə hiss olunacaq, amma bu azalma ən çox yem bitkilərdə baş verəcək. Bu isə öz növbəsində dünyada taxılın qiymətinə təsir etməyə başlayacaq.

Ekspertlər artıq bu prosesin başladığını bildirirlər. Belə ki, son 12 ayda Çikaqo birjasında qarğıdalının qiyməti 73, taxılın 48, düyünün isə 27 faiz bahalaşıb.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

"Azərbaycan bayrağı İst-river sahilində"

BMT Azərbaycan hökumətini tənqid etdi

BMT baş katibi Beynəlxalq Sülh Günü münasibətilə müraciət edib

Avstraliya Azərbaycana nota verdi

"Azərbaycan BMT qarşısında yarımçıq hesabatla çıxış edib"

Bölmənin digər xəbərləri
 
Baxma ki, üstünə "yodlaşdırılmış duz" yazılıb
Duz bazarı saxta və qorxulu məhsulla doludur

Hökumət qiymətləri tənzimləməkdən imtina edir?
Müşahidələr bunu deyir

Qadınlardan ibarət kredit ittifaqı təsis edilib
Onların kiçik bizneslə məşğul olmasına imkan açılır

Mövsüm meyvələri bahadır
Bu hal süni bahalanma ilə izah edilir



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər