"Rabitə" Olimpiya çempionuna tapşırıldı
|
Şənbə, 09.07.2011
|
|
mətn ölçüsü |
|
|
|
Həyata keçirdiyi möhtəşəm transferləriylə gündəmdən düşməyən Bakının "Rabitə" voleybol klubunun yeni baş məşqçisinin adı məlum olub. Dünya voleybolunda kifayət qədər tanınmış, müxtəlif milli və klub komandalarıyla fenomenal uğurlara imza atmış serbiyalı mütəxəssis Zoran Qayiç yeni mövsümdən etibarən "Rabitə"nin "sükanı arxasına" keçəcək.
Karyerası boyunca kişi kollektivlərini çalışdırmış mütəxəssis dəfələrlə müxtəlif qadın klublarından təkliflər almasına baxmayaraq, məhz "Rabitə"ni seçməklə ilk dəfə qadın kollektivinə baş məşqçilik edəcək. Z.Qayiç Yuqoslaviya milli komandasıyla 2000-ci il Sidney Olimpiadasının finalında adlı-sanlı Rusiya komandasını yenməklə Olimpiadanın qızıl medallarına layiq görülüb.
|
|
|
|
|
|
|