Hal-hazırda Ayna qəzetinin 09.07.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 09.07.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İdman  
 
 
Türkiyə futbolunda görünməmiş qalmaqal
Türkiyə futbolunda görünməmiş qalmaqal
\"Fənərbaxça\"nın rəhbərləri haqqında həbs-qətimkan tədbiri seçilib
Şənbə, 09.07.2011

mətn ölçüsü  

Türkiyədə rüşvət və danışılmış oyunlarla bağlı araşdırmalar davam edir. Polis və hüquq-mühafizə orqanları ölkə futbolundakı qanun pozuntuları ilə əlaqədar həbslər həyata keçirib.

İlkin araşdırmalardan sonra bəlli olub ki, Türkiyə futbolunda danışılmış oyunların sayı ən azı 19-dur. Bu oyunlar həm Bank Asya Birinci Liqa, həm də Superliqa komandaları arasında gerçəkləşib. Görüşlərin nəticəsinin öncədən razılaşdırıldığı faktlarla sübut olunsa da, həmin matçların siyahısı açıqlanmır. Bütün bunlar azmış kimi, polis əksər klublarda futbolçu transferlərindən də haqsız qazanc əldə edildiyini bildirib. Bunun üçün klublar hətta xüsusi güc qüvvələri də yaradaraq, qanunsuz hərəkətlərinin üstünü ört-basdır edirmişlər.

Qeyd edək ki, istintaq hələ də davam edir və qarşıdakı günlərdə daha geniş məlumatların üzə çıxacağı istisna deyil. Danışılmış oyunlarla bağlı aparılan istintaq çərçivəsində saxlanılmış "Fənərbaxça" klubunun prezidenti Aziz Yıldırım, vitse-prezident Şekip Mosturoğlu və klubun baş direktoru İlhan Ekşioğlu da daxil olmaqla 15 nəfər haqqında həbs-qətimkan tədbiri seçilib. Belə ki, iyulun 3-də səhər tezdən polis tərəfindən saxlanılmış şəxslərin polisdə saxlanılma müddəti iyulun 6-da başa çatıb və bu şəxslər ifadə vermək üçün prokurorluğa göndərilib. Prokurorluq ifadəsi alınan 25 nəfərdən aralarında "Fənərbaxça"nın futbolçuları Emmanuel Emenike və Sezər Öztürk də daxil olmaqla 5 nəfəri sərbəst buraxıb, 20 nəfəri isə həbs-qətimkan tədbiri seçilməsi tələbi ilə məhkəməyə göndərib. Məhkəmədə 20 nəfərlə başlayan sorğu-sual səhər saatlarına qədər davam edib. Sonda 20 nəfərdən 5-i sərbəst buraxılıb. "Fənərbaxça" klubunun vitse-prezidenti Şekip Mosturoğlu, klubun baş direktoru İlhan Ekşioğlu, klubun baş mühasibi Tamer Yelkovan, klubun qeyri-futbol şöbələrinin koordinatoru Cəmil Turan, "Sivasspor" klubunun prezidenti Məcnun Odyakmaz, "Sivasspor"un qapıçısı Korcan Çelikay, "Əskişəhərspor" futbol komandasının baş məşqçisi Bülənt Uyğun, "Əskişəhərspor" klubunun idman direktoru, keçmiş futbol ulduzu Ümit Karan kimi Türkiyə futbolunun tanınmış və nüfuzlu simaları da daxil olmaqla 15 nəfər haqqında həbs-qətimkan tədbiri seçilib. Danışılmış oyunları təşkil edən mütəşəkkil cinayətkar dəstənin üzvü olmaqda ittiham edilən bu şəxslər İstanbuldakı Metris həbsxanasına göndərilib. Mütəşəkkil cinayətkar dəstənin rəhbəri olmaqda ittiham edilən "Fənərbaxça" prezidenti Aziz Yıldırım səhhətindəki problemlərlə əlaqədar hələlik dindirilməyib. O, hazırda polisin nəzarəti altında xəstəxanada müalicə alır. Doğrudur, dörd günlük saxlanma müddəti başa çatdığından bir neçə gün əvvəl Aziz Yıldırım azad edilmişdi. Amma o, müalicədə olduğu üçün prokuror yenidən həbs qərarı çıxarıb. Müalicəsi başa çatan kimi Aziz Yıldırım yenidən prokuror qarşısına çıxarılacaq. "Habertürk.com" saytı isə Aziz Yıldırımın həbsdə çəkilmiş fotosunu əldə edib. Bütün həbs edilənlərdə olduğu kimi, klub prezidentinin də anfas-profil şəkilləri çəkilib. Onun fotosu çəkilən zaman yorğun və qəmli olduğu diqqətdən yayınmır. Cəmi 42 gün əvvəl "Fənərbaxça"nın çempionluğunu böyük sevinclə qeyd edən Aziz Yıldırımın ədalət mühakiməsi qarşısındakı çarəsizliyi açıq-aşkar görünür.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
"Rabitə" və "Azərreyl" klublarının rəqibləri bəlli oldu
Voleybol üzrə Çempionlar Liqasının 2011/12 mövsümü yeni formatla keçiriləcək

"Qarabağ" davam, AZAL tamam
Qurban Qurbanov futbolçularında qələbə psixologiyası formalaşdırır

31 ölkədən 500-ə yaxın idmançı


Karate 2020-ci il olimpiadasının proqramına salına bilər


"Rabitə" Olimpiya çempionuna tapşırıldı




Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər