Hal-hazırda Ayna qəzetinin 09.07.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 09.07.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İdman  
 
 
"Qarabağ" davam, AZAL tamam
"Qarabağ" davam, AZAL tamam
Qurban Qurbanov futbolçularında qələbə psixologiyası formalaşdırır
Şənbə, 09.07.2011

İlham mətn ölçüsü  

UEFA Avropa Liqasının birinci təsnifat mərhələsinin cavab oyunları keçirilib. Bu mərhələdə mübarizə aparan "Qarabağ" və AZAL növbəti oyunlarına çıxıblar.

Ağdam klubunun "Banqa" (Litva) komandasına qarşı səfərdə keçirdiyi ilk matç təmsilçimizin qələbəsiylə (4:0) başa çatmışdı. "Qarabağ" böyükhesablı qələbə sayəsində növbəti mərhələyə vəsiqəni təmin etdiyindən formal xarakter daşıyan cavab oyunu sadəcə Azərbaycanın UEFA reytinqindəki xalını artırmaq baxımından əhəmiyyət daşıyırdı. Bununla belə Qurban Qurbanovun komandası Bakı görüşündə də tam üstünlüklə qalib gələrək (3:0) növbəti mərhələyə adladı. Qolları Admir Teli (29-cu dəq.), Rəşad Sadiqov (35) və Ansi Aqolli (77) vurdular. Qurban Qurbanov görüşdən sonra demişdir: "Biz bu oyuna ciddi hazırlaşmışdıq. Futbolçuların psixologiyasını dəyişmək lazımdı. Artıq onlar qalib ruhuna malik olmalıdır. Növbəti rəqibimizə gəlincə, "Streymur" haqqında informasiyamız var. Farer adalarının klubuna yuxarıdan aşağı baxmaq lazım deyil, oynamaq lazımdır. "Streymur" 4 ildir ki, Avropanın klub turnirlərində oyun təcrübəsinə malikdir. Çalışacağıq ki, qələbələri sıralayaq. Çünki bizim qələbələrə daha çox ehtiyacımız var. Yalnız bu halda komandamızda qələbə psixologiyası formalaşa bilər".

"Qarabağ"ın növbəti rəqibi isə Farer adalarının "Streymur" klubudur. Bu komandalar arasında keçiriləcək oyunların başlama saatları və keçirilmə yerləri artıq bəllidir. Ağdam klubunun rəqiblə ilk dueli səfərdə olacaq. Görüş iyulun 14-də Torshavndakı "Qundadalur" stadionunda keçiriləcək. Matç yerli vaxtla 19:00-da (Bakı vaxtı ilə saat 23:00-da) başlanacaq. "Streymur" - "Qarabağ" oyununu Uelsdən olan referi Mark Stiven Uitbi idarə edəcək. Cavab görüşü isə iyulun 21-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda olacaq. Həmin qarşılaşma isə saat 21:00-da başlayacaq.

Avropa Liqasında ölkəmizin digər təmsilçisi AZAL "Qarabağ"dan fərqli olaraq ümidləri doğrultmayıb. Bakıda Belarus təmsilçisi "Minsk"lə heç-heçə oynayan (1:1) AZAL Minskdə keçirilən cavab oyununda uduzub - 1:2. Bu uğursuzluqdan sonra AZAL-ın baş məşqçisi Nazim Süleymanov istefa verib. Klubun prezidenti Vaqif Qasımov isə Nazim Süleymanovun istefasını qəbul edib və onun boşalan postuna yerli mütəxəssis gətirəcəklərini deyib:

"Bəli, biz artıq Nazimin istefasını qəbul etdik. O, hələ oyundan öncə də mənə demişdi ki, uduzsaq, komandadan gedəcək. Fikrimcə, məğlubiyyətimizdə elə o günahkardır. Onun yerinə kimi gətirəcəyimizi hələ bilmirəm. Sadəcə onu deyə bilərəm ki, yerli mütəxəssis gətirəcəyik. Əcnəbi mütəxəssis bizə lazım deyil".


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

"AZAL" ölkədaxili pulsuz uçuşlara başlayıb

"Mütəllibovun taleyinə Milli Məclis aydınlıq gətirməlidir"

Ayaz Mütəllibov "eks-prezidentlər" haqqında qanunu gözləyir

Gələn il büdcə gəlirləri və xərcləri azalacaq

AZALın biletləri niyə belə bahadır?

Bölmənin digər xəbərləri
 
"Rabitə" və "Azərreyl" klublarının rəqibləri bəlli oldu
Voleybol üzrə Çempionlar Liqasının 2011/12 mövsümü yeni formatla keçiriləcək

Türkiyə futbolunda görünməmiş qalmaqal
"Fənərbaxça"nın rəhbərləri haqqında həbs-qətimkan tədbiri seçilib

31 ölkədən 500-ə yaxın idmançı


Karate 2020-ci il olimpiadasının proqramına salına bilər


"Rabitə" Olimpiya çempionuna tapşırıldı




Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər