Hal-hazırda Ayna qəzetinin 09.07.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 09.07.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İdman  
 
 
"Rabitə" və "Azərreyl" klublarının rəqibləri bəlli oldu
"Rabitə" və "Azərreyl" klublarının rəqibləri bəlli oldu
Voleybol üzrə Çempionlar Liqasının 2011/12 mövsümü yeni formatla keçiriləcək
Şənbə, 09.07.2011

İ.Kərimoğlu mətn ölçüsü  

Voleybol üzrə Avropanın ən nüfuzlu klub yarışı Çempionlar Liqasında bu mövsüm ölkəmizi qadınlardan ibarət iki komanda - Azərbaycan çempionu "Rabitə" və gümüş medalların sahibi "Azərreyl" təmsil edəcək. Komandalarımızın rəqibləri də məlumdur.

Bu, voleybol üzrə Çempionlar Liqasının Avstriyanın paytaxtı Vyanada keçirilən püşkatma mərasimindən sonra mümkün olub. "Rabitə" "Fənərbaxça Acibadem" (Türkiyə), ASPPT (Fransa) və "Drezdner" (Almaniya) ilə mübarizə aparacaq. "Azərreyl" isə "Volley" (İtaliya), "Vakıfbank" (Türkiyə), "Tomis-2004" (Rumıniya) ilə qarşılaşacaq. Püşkatmanın nəticəsinə görə, komandalar qruplar üzrə bu qaydada bölüşüblər:

"A" qrupu: "Kann" (Kann, Fransa), "MC Carnaghi "(Villa-Kortese, İtaliya), "Şveriner" (Şverin, Almaniya), "Eczaçıbaşı" (İstanbul,Türkiyə). "B" qrupu: "Rabitə" (Bakı, Azərbaycan), ASPPT (Mulhouse, Fransa), "Fənərbaxça" (İstanbul, Türkiyə), "Dresdner" (Drezden, Almaniya). "C" qrupu: "Dinamo" (Kazan, Rusiya), "Sopot" (Sopot, Polşa), "Volero" (Sürix, İsveçrə), "Modranska" (Prosteyov, Çexiya). "D" qrupu: "Azərreyl" (Bakı, Azərbaycan), "Volley" (Berqamo, İtaliya), "Vakıfbank" (İstanbul, Türkiyə), "Tomis-2004" (Konstanza, Rumıniya). "E" qrupu: "Skavolini" (Pesaro, İtaliya), "Bank BPS Fakro" (Muşina, Polşa), "Dinamo" (Moskva, Rusiya), "Srvena Zvezda" (Belqrad, Serbiya).

Qeyd edək ki, voleybol üzrə Çempionlar Liqasının 2011/12 mövsümü yeni formatla keçiriləcək. Belə ki, dörd komandadan ibarət olan 5 qrupdan ilk 3 yeri tutmuş komandalar pley-offa vəsiqə qazanacaq. Bundan əlavə, ən yaxşı göstəriciyə malik bir dördüncü komanda da növbəti mərhələyə adlayacaq. Beləliklə, pley-offda 16 komandanın iştirakı mümkün olacaq.

Vyanada eyni zamanda 2011/2012-ci ildə qadın voleybolçular arasında Çempionlar Liqasında həlledici mərhələ sayılan "Dördlər finalı"nın məkanına da aydınlıq gəlib. Avropa Voleybol Konfederasiyası final oyunlarının Azərbaycanda keçirilməsi barədə qərar çıxarıb.

Sonda xatırladaq ki, qadınlardan ibarət komandalarımızdan fərqli olaraq kişi voleybolçularımız yeni mövsümdə Avropanın klub turnirlərində iştirak etməyəcəklər.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
"Qarabağ" davam, AZAL tamam
Qurban Qurbanov futbolçularında qələbə psixologiyası formalaşdırır

Türkiyə futbolunda görünməmiş qalmaqal
"Fənərbaxça"nın rəhbərləri haqqında həbs-qətimkan tədbiri seçilib

31 ölkədən 500-ə yaxın idmançı


Karate 2020-ci il olimpiadasının proqramına salına bilər


"Rabitə" Olimpiya çempionuna tapşırıldı




Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər