Hal-hazırda Ayna qəzetinin 09.07.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 09.07.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Güney  
 
 
DAK Güney Azərbaycandakı vəziyyəti müzakirə edib
Lakin problemdən çıxış yolu barədə fikir səslənməyib
Şənbə, 09.07.2011

mətn ölçüsü  

Dünya Azərbaycanlıları Konqresi (DAK) bu bazar ertəsi Atatürk Mərkəzində Güney Azərbaycan problemilə bağlı "dəyirmi masa" keçirib. DAK Azərbaycan nümayəndəliyinin rəhbəri Səftər Rəhimli bugünkü müzakirələrin əsas mövzusunun İranda yaşayan Azərbaycan türklərinin ən elementar hüquqlardan belə məhrum edilməsi məsələsi olduğunu deyib ("Turan").

Türkiyə Azərbaycanlıları Birliyinin rəhbəri, keçmiş millət vəkili Abbas Bozyel Güney Azərbaycan probleminə etnik problem kimi baxdığını bildirib. Bozyel son vaxtlar ərəb dünyasında baş verən inqilabi proseslərin kökündə də müəyyən mənada etnik və məzhəb proseslərinin olduğunu qeyd edib.

Bozyel Serbiya, İraq və s. yerlərdə türk etnosunun soyqırımlara məruz qalması məsələsinə toxunub. Onun sözlərinə görə, türklər həmişə strateji əhəmiyyətli coğrafi arealda məskunlaşıblar, ona görə bu ərazilərdə daim dünya dövlətlərinin siyasi maraqları toqquşub.

Toplantıda İran azərbaycanlıları İranda "siyasi mühiti yaradan millət" kimi səciyyələndirilib. Lakin müzakirələr zamanı İrandakı, özəlliklə Güney Azərbaycandakı durum və etnik azərbaycanlıların hüquqları və problemləri ciddi təhlil olunmayıb. Toplantıda problemin həll yolları barədə də hər hansı maraqlı fikir səslənməyib.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

DAK həmsədrləri 31 Dekabr və Yeni il münasibətilə dünya azərbaycanlılarını təbrik ediblər

DAK birləşə bilər

Ucqar məktəblərdə işləməyə - 5 milyon manat

Bir tarixi gerçəyin işığında

Güneydə həbslər dalğası

Bölmənin digər xəbərləri
 
Yaşasın Azərbaycan!" şüarına görə 30 şallaq
Mənəvi basqılar davam edir, nəfəs gələn yerlər tıxanır

İranda çörək bahalana bilər
Taxıl və düyünün qiymət artımı istisna deyil

Təbrizdə "analoqu olmayan" məscid tikiləcək
İnfrastruktur layihələri isə Tanrının ümidinə qalıb



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər