Hal-hazırda Ayna qəzetinin 09.07.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 09.07.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Cəmiyyət  
 
 
Gender büdcəsi ayrıca qadınlar üçün büdcə deyil
Gender büdcəsi ayrıca qadınlar üçün büdcə deyil
Bu təşəbbüs bərabər imkanlardan istifadənin səviyyəsini müəyyənləşdirməyə və qadınların dövlət resurslarına çıxışını artırmağa imkan verir
Şənbə, 09.07.2011

A.Əhmədova mətn ölçüsü  

Gender təşəbbüslərinə skeptik yanaşan insanlar hətta ekspertlər arasında da mövcuddur. Gender büdcəsi təşəbbüslərinin əslində ifrat praqmatikləşmiş Qərb həyat tərzinin nəticəsi olduğu barədə arqumentlər də mövcuddur. Əsas gətirilir ki, qadının müəyyən mərhələdə fiziki zəifliyi onun iqtisadi proseslərdən və sosial dəstəkdən kənarda qalmasına səbəb ola bilər. Baxmayaraq ki, bu ölkələrin sosial müdafiə sistemi daha təkmildir.

Bizim halımızda isə vəziyyət bir qədər fərqlidir. Belə ki, ailə ənənələrinin güclü olduğu Şərq-müsəlman cəmiyyətlərində qadının iqtisadi mənada təcridindən söhbət gedə bilməz, əksinə, bəzən ev təsərrüfatlarının aktiv maliyyə tənzimləyiciləri məhz qadınlar olur. Lakin bütün bunlar həssas qadın qruplarının mövcudluğunu və onların xüsusi büdcə dəstəyinə ehtiyaclarının olmasını istisna etmir. Yeri gəlmişkən, "Azərbaycanda gender büdcəsinin tətbiqi üçün iqtisadi, siyasi, sosial və institusional bazanın tədqiqi üzrə" tədqiqat aparılıb. Bu qənaətə gəlinib ki, gender büdcəsi ilə bağlı təşəbbüslərin əsaslandırılmış ehtiyaclardan qaynaqlanması və məqsədli olması çox vacibdir.

İqtisadçı alim, tədqiqatçı Azər Mehtiyev deyir ki, gender büdcəsi gender yanaşması əsas götürülməklə dövlət büdcəsinə başlıca olaraq milli səviyyədə müxtəlif qadın və kişi qruplarının təsirini qiymətləndirməyə imkan verən proses və alətlərin məcmusudur. Lakin gender büdcəsi ayrıca qadınlar üçün bir büdcə deyildir. Gender büdcəsi yalnız gender oriyentasiyalı ayırmaların - məsələn, qadınlar üçün xüsusi proqramların təhlilini, bütün sahələr və xidmətlər üzrə əsas xərclərin qadın və kişilərə ayrılıqda təsirini, dövlət xidmətləri sferasında bərabər imkanlar yaradılmasına istiqamətlənən strategiya və ayırmaların öyrənilməsini əhatə edir.

Gender büdcəsinin vəzifələri qadınların dövlət resurslarına çıxışının artırılması, dövlət büdcəsinin gender perspektivi baxımından effektivliyinin artırılmasıdır. Vətəndaş cəmiyyəti təşkilatlarının, eləcə də qadın qeyri-hökumət təşkilatlarının qərar qəbulu prosesindəki rolunun aktivləşdirilməsidir.

Dövlət büdcəsindən qadın və kişilərin necə faydalandığı qiymətləndirilməlidir

A.Mehtiyev deyir ki, Azərbaycanda gender yönündə büdcənin tərtib edilmə təşəbbüsü gender bərabərliyi dövlət proqramının hazırlanması daxilində keçirilib. Müsahibimiz bu qənaətdədir ki, ölkədə büdcənin tərtibi və hazırlanma prosesində məqsədli proqram və üsulların tətbiqi zəifdir. Yəni dövlət büdcəsinin tətbiqi ümumi xarakter daşıyır: mövcud obyektlərin saxlanması, funksiyaların yerinə yetirilməsi və s. Belə ki, büdcənin ölkə əhalisinin genetik strukturu, ayrı-ayrı sosial qruplara təsiri baxımından həm bölünməsi, qiymətləndirilməsi həyata keçirilmir. Azərbaycan cəmiyyətində qadın-kişi nisbəti 51-49 civarındadır.

REKLAM

O da bəllidir ki, hazırda Azərbaycan cəmiyyətində bəzi fəaliyyət sahələrində qadınlar üstünlük təşkil edir. Deməli, kişi və qadınların büdcədən faydalanmasını öyrənmək maraqlı olardı.

Müsahibimin dediklərindən bəlli oldu ki, Azərbaycanda büdcədən bütövlükdə genderə yönələn vəsaitləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilən tədbirlərin maliyyələşməsinə xərclənən pullar hesab etmək olar. Bundan başqa, səhiyyədə ana və uşaq sağlamlığının qorunmasına yönəldilən vəsaitləri də bu məbləğə əlavə etmək mümkündür:

"Doğrudur, bu gün dövlət büdcəsindən təhsil, səhiyyə sahələrində çalışanların məvacibləri ödənilir. Və məlumdur ki, onların böyük əksəriyyəti qadınlardır. Lakin konkret olaraq ölkədə büdcənin tərtibi zamanı büdcədən qadın və kişilərin neçə faiz faydalanması və yaxud digər sosial qrupların faydalanması ilə bağlı konkret yanaşma və qiymətləndirmə yoxdur".

Nə etmək olar?

Bu sualı cavablandıran tədqiqatçı xatırlatdı ki, dövlət büdcəsi xalqındır və ona məxsus təbii resurslar hesabına formalaşır. Bu baxımdan büdcənin cəmiyyətin rifahına yönəldilməsi vacibdir. O deyir:

"Büdcədə gender yanaşmasının əksini tapması labüddür. Qadın və uşaqların büdcədən faydalanma imkanları genişləndirilməlidir. Dövlət büdcəsi hazırlanarkən gender yanaşması və qiymətləndirilməsinin aparılması vacibdir. Məsələn, büdcənin tətbiqi zamanı ayrı-ayrı sosial yönümlü xərclər göstərilir. Fikrimcə, qadınların da büdcədən faydalanması imkanları, onlara yönəlik istiqamətlərin konkret məbləğləri, ilin sonunda bu vəsaitlərin istifadəsi nəticəsində müxtəlif sosial qrupların necə faydalandığı haqda məlumat rəqəmlərlə hesabatda əksini tapması yaxşı olardı".

Gender büdcələşdirilməsi yüksək siyasi iradə tələb edir

Onu da qeyd edək ki, gender büdcəsi təşəbbüsləri hazırda dünyanın 50-dən çox ölkəsində həyata keçirilməkdədir. Onlardan bəzilərini nəzərdən keçirmək yerinə düşərdi. Çünki gender büdcəsi ilə bağlı beynəlxalq təşəbbüsləri, bir sıra xarici ölkələrin təcrübəsinin pozitiv və neqativ tərəflərini analiz etməklə daha təkmil gender büdcəsi tərtib etmək olar.

Avstraliyanın gender büdcəsi dünyada ən uzunömürlüdür və digər ölkələrin təşəbbüsləri üçün bir növ ilham qaynağıdır. Ölkənin ilk qadın büdcəsi 1980-ci illərin ortalarında Əmək Partiyasının iqtidara gəlməsindən sonra bərqərar edilib. Avstraliyanın qadın büdcəsi hökumət daxilində hazırlanan sənəddən və gedən proseslərdən ibarətdir. Bu proses hökumətdə gender menecment mexanizmi tərəfindən koordinasiya edilir, bu işdə digər nazirliklər də iştirak edirdi.

Gender büdcəsi 300 səhifədən ibarət ümumi metodologiyalar əsasında hazırlanan büdcə təhlili sənədindən və bunun əsasında hazırlanan sadələşdirilmiş nəşrlərdən ibarətdir. Ümumiyyətlə, Avstraliyanın qadın büdcəsi təşəbbüsü ştatlar səviyyəsində tam icra edilmədiyi və real siyasətə az təsir etdiyi istiqamətində ciddi tənqidlərə məruz qalır.

RF-də gender büdcəsi təşəbbüsləri 2002-2003-cü illərdə bir sıra qadın təşkilatları tərəfindən gündəmə gətirilib. Beynəlxalq təcrübə öyrənildikdən sonra 2004-2006-cı illərdə UNIFEM-in dəstəyi ilə "Rusiyada gender büdcəsi" layihəsi reallaşdırılıb. Layihədə məqsəd - milli (Rusiya Federasiyası) və regional (pilot region - Komi Respublikası) səviyyədə büdcə vəsaitlərinin bölgüsü ilə bağlı dövlət qərarlarının qəbulunda qadınların iştirakının artırılması idi. Bu layihənin əsas məziyyətlərindən biri o olmuşdu ki, Rusiyada geniş miqyaslı büdcə-vergi islahatlarının aparılması, o cümlədən sosial sahədə bir sıra səlahiyyətlərin regionlara verilməsi ilə eyni vaxta təsadüf etmişdi.

Rusiyada qəbul edilən metodologiyaya əsasən, gender büdcəsi - bir tərəfdən, sosial siyasətdə sosial-iqtisadi nemətlərin əsas benefisiarlarının maraqlarını nəzərə almaqla, dövlət büdcəsinin gəlir və xərclərinin maliyyə-iqtisadi təhlilidir. Digər tərəfdən, gender büdcəsi gender yanaşmasını iqtisadiyyatda və siyasətdə mühüm prinsipə çevirməyə xidmət edən müxtəlif alətlərin, mexanizmlərin, proses və institutların məcmusudur. Bu özlüyündə ayrıca bir idarəetmə texnologiyası alətidir. Onun tətbiq sahəsi dövlət proqnozları, proqram və planları, dövlət büdcəsi və dövlət sosial sığorta fondlarıdır.

Fransada 2000-ci ildə qəbul edilən Büdcə Aktı hökumətdən hər ilin dövlət büdcəsinə gender bərabərliyinin maliyyə təminatını əks etdirən ayrıca əlavənin daxil edilməsini tələb edir. Fransa İqtisadiyyat, Maliyyə və Sənaye Nazirliyinin apardığı gender təhlilləri göstərirdi ki, 2000-ci il üçün iqtisadiyyatda məşğul olan qadınların 31%-i, kişilərin isə sadəcə 5%-i yarımştat işlərdə məşğuldur. Hesabat həm də onu göstərmişdi ki, yoxsulluq həddində yaşayan daha çox qadınlardır.

Filippin hökuməti 1994-cu ildə gender və inkişaf yönümlü büdcə siyasətini təsdiqlədi ki, bu da hər bir hökumət agentliyindən onun büdcəsinin ən azı 5 faizini gender və inkişaf məqsədlərinə ayırmasını tələb edirdi.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1 - 2
Oxşar xəbərlər:

Azərbaycan KTMT-yə qoşulmağa hazırlaşmır

"Azərbaycan bayrağı İst-river sahilində"

Dünyanın 200 ən yaxşı universiteti müəyyənləşdi

Azərbaycanda 2 minə yaxın HİV daşıyıcısı var

"Gürcü və azərbaycanlı məktəblərinin maddi-texniki bazası eyni səviyyədədir"

Bölmənin digər xəbərləri
 
Biz çimərliklərdən qorxuruqsa...
Əcnəbi turistlər Xəzər sahilini seçərmi?

Müstəqil ölkə ilə boy atan KİV...
Müstəqil mətbuat istiqlal ideyasının daşıyıcısı olub

Erkən nikahın fəsadı
Uşaqdan uşaq dünyaya gəlir...

ARDNŞ-də tələbələr üçün yay təcrübəsi başlayır
Vitse-prezident: "Hər il ARDNŞ-in 10 min yeni işçiyə ehtiyacı olur"

Borcunu ödəməyənlər ölkədən çıxa bilmir
Ötən il 69 şəxsin ölkədən getməsi məhdudlaşdırılıb



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər