Hal-hazırda Ayna qəzetinin 02.07.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 02.07.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
"Əl-Qaidə"çinin cinayəti sübuta yetib
"Əl-Qaidə"çinin cinayəti sübuta yetib
Prokuror ona 15 il iş istəyib
Şənbə, 02.07.2011

mətn ölçüsü  

Bakı Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə "Əl-Qaidə" terror təşkilatı ilə əməkdaşlıqda ittiham olunan Rəhim Salmanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib (APA). Prosesdə dövlət ittihamçısı çıxış edib. Prokuror çıxışında təqsirləndirilən Rəhim Salmanovun məhkəmə istintaqı zamanı cinayətinin sübuta yetirildiyi qənaətinə gəlindiyini qeyd edərək, məhkəmədən onun 15 il müddətinə azadlıqdan məhrumetmə cəzası çıxarılmasını istəyib. Qusar rayon sakini Rəhim Salmanov 4 il axtarışda olub, 2006-cı ildə Rusiyada həbs edilərək Azərbaycana ekstradisiya edilib. Salmanov Azərbaycan, Rusiya, Türkiyə və Yəmən vətəndaşlarından ibarət 15 nəfərlik dəstənin üzvlərindən olub və "İslam irsinin dirçəlişi" cəmiyyətinin, o cümlədən "əl-Qaidə" təşkilatının tərkibində Gürcüstanın Pankisi dərəsindəki düşərgələrdə təlim keçib. O, CM 126.3-cü (qəsdən sağlamlığa ağır xəsarət yetirmə, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma), 29, 278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlamağa cəhd), 279-cu (qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma), 283-cü (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham olunub. Bu dəstənin digər üzvləri - Arif Hacıyev ömürlük, Emil Hacıverdiyev 10 il, Hamdan Mohammed Ahmed Salem, Hacı Çankayev, Abdulla Abdulkərimov və Şirin Əliyev 7 il, Aslan Berkov, İsa İslamov, Karanay Abdulhəmidov, Arsen Qaziyev, Jembek Əsədullayev, Mustafa Dəlibaşlar, İnan Əhməd, Hayal Səlçuq Hüsnü, Həsən Ağayev və Karakaş Cuma Şıximam 5 il müddətinə azadlıqdan məhrum ediliblər. Rəhim Salmanov isə 2008-ci ildə 15 il müddətinə azadlıqdan məhrum edilib. Lakin yuxarı məhkəmə instansiyaları bu hökmü ləğv edib və cinayət işi yenidən məhkəməyə göndərilib.

Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

"Meşə qardaşları"nın məhkəməsi təqsirləndirilən şəxslərin ifadəsi ilə davam edir

Radikallıqda təqsirləndirilən dini qrupun apellyasiya şikayətinə baxılır

SMDT Ədliyyə Nazirliyini məhkəməyə verdi

Blogerlər azad edilmədi

Arabulun məhkəməsi davam edir

Bölmənin digər xəbərləri
 
Şəhərdə ilk on altı mərtəbə sökülür
Sakinlərin mülkiyyət hüquqlarına isə məhəl qoyulmur. Həmişə olduğu kimi...

Daha bir metro stansiyası açıldı
Stansiya buta ornamentləri ilə bəzədilib

Sankt-Peterburqda azərbaycanlılar və dağıstanlılar arasında atışma olub
Baş konsul: "Kütləvi davada azərbaycanlılar iştirak etməyib"

Xraxoba kəndi boşalır
Kəndin yarısı artıq vətənə - Rusiyaya üz tutub

Pensiyalar 40% artdı
Qanuna edilən dəyişiklik 1 iyuldan qüvvəyə minib

Şəkidə quduzluq yayılıb


Bakıda loto qumarxanaları aşkarlanıb
Təşkilatçılar inzibati məsuliyyətə cəlb edilib

"Qız və Qurd"un təqdimatı keçirilib
Zaur Akifoğlunun bu kitabı mükafata layiq görülüb



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər