Hal-hazırda Ayna qəzetinin 02.07.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 02.07.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
"Qız və Qurd"un təqdimatı keçirilib
"Qız və Qurd"un təqdimatı keçirilib
Zaur Akifoğlunun bu kitabı mükafata layiq görülüb
Şənbə, 02.07.2011

İsmayıl mətn ölçüsü  

Azərbaycan Mətbuat Şurasında MŞ-nin və Dialoq Avrasiya Platformasının birgə təşəbbüsü ilə yazıçı-jurnalist Zaur Akifoğlunun (Zaur Abdullayev) "Qız və qurd" kitabının təqdimatı keçirilib. Kitab həm Azərbaycan, həm də rus dilində nəşr edilib. MŞ sədri Əflatun Amaşov deyib:

"Kitabda oxucunu intizarda saxlayan süjet xətti var. Əsərdə bir Qurd obrazı var. Həmin Qurd hər birimizik. Qarşımızda isə işğal altında olan və düşmən tərəfindən minalanmış torpaqlarımız dayanır. Qurd həmin ərazini keçməyə müvəffəq olur".

Ə.Amaşov bildirib ki, Azərbaycan həqiqətlərinin, torpaqlarımızın işğalı faktının dünya ictimaiyyətinə daha yaxından çatdırılmasında "Qız və Qurd" kimi obrazlı vasitələrin böyük rolu var. Şura sədri rəhbərlik etdiyi qurumun belə kitabların cəmiyyətə çatdırılmasında bundan sonra da təşəbbüskarlıq göstərəcəyini deyib.

Dialoq Avrasiya Platformasının Azərbaycan nümayəndəsi Mustafa Saatçı bu nəşri yüksək ortaq türk mənəvi dəyərlərinin təcəssümü kimi dəyərləndirib. "Əslində belə əsərlərlə qələm sahibləri, bir növ, öz Vətənlərinə sahib çıxırlar. Biz bu təşəbbüsləri hər zaman dəstəkləyirik və bundan sonra da dəstəkləyəcəyik", - deyə o vurğulayıb.

MŞ İdarə Heyətinin üzvü, "Ayna" və "Zerkalo" qəzetlərinin baş redaktoru Elçin Şıxlı çıxışında bildirib ki, "Qız və Qurd" kimi kitabların meydana çıxması günün tələbidir:

"Zaur məni gəncliyimə apardı. Elə bildim Cek Londonu oxuyuram. Əsərdə Qurdun hərəkətləri o qədər incəlik və dəqiqliklə verilib ki, heyran qalmamaq mümkünsüzdür. Hesab edirəm ki, kitabda Qarabağ mövzusuna tam yeni bir baxış var. Belə əsərlərin sayı nə qədər çox olsa, haqq işimizi, kimliyimizi dünyaya daha yaxından çatdıra bilərik".

"525-ci qəzet"in baş redaktoru Rəşad Məcid nəşrin müəllifi Zaur Akifoğlunu milli jurnalistikada öz dəst-xətti ilə seçilən şəxslərdən biri kimi dəyərləndirib. Rəşad Məcid inanır ki, əsər çox böyük peşəkarlıqla qələmə alınıb və onu oxuyanlar Qarabağ həqiqətlərinə daha yaxından bələd olacaqlar.

Kitabı səciyyələndirən ən mühüm xüsusiyyətin türk mifalogiyasına müraciətin olduğunu vurğulayan Elçin Mirzəbəyli əlavə edib ki, belə kitabları mükafatlandırmaq lazımdır: "Kitabda sanki "Ergenekon" əfsanəsi canlanır. Burada yeni günə doğru aparan bir xətt aydın sezilir".

"Qız və Qurd" kitabının çapdan çıxdığı "Altun" kitab nəşriyyatının direktoru, naşir Rafiq İsmayılov da əsərin özünəməxsus süjet xəttini Azərbaycanın ədəbi mühiti üçün yenilik kimi xarakterizə edir: "Zaur bu kitabı mənə təqdim etdi və bir dost kimi deyil, bir tənqidçi kimi məsələyə yanaşmağımı istədi. Əsər, doğrudan da, özündə böyük məna daşıyır. Onun ideyasının cəmiyyətə çatdırılması çox vacibdir. Hesab edirəm ki, bunun üçün əsərin əsasında film çəkilməsi daha yaxşı olardı".

"Qız və Qurd" kitabının müəllifi Z.Akifoğlu bu əsərinə görə Mətbuat Şurasının və Dialoq Avrasiya Platformasının birgə mükafatına da layiq görülüb. Müəllifə həmin mükafat təqdim olunub.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
Şəhərdə ilk on altı mərtəbə sökülür
Sakinlərin mülkiyyət hüquqlarına isə məhəl qoyulmur. Həmişə olduğu kimi...

Daha bir metro stansiyası açıldı
Stansiya buta ornamentləri ilə bəzədilib

Sankt-Peterburqda azərbaycanlılar və dağıstanlılar arasında atışma olub
Baş konsul: "Kütləvi davada azərbaycanlılar iştirak etməyib"

Xraxoba kəndi boşalır
Kəndin yarısı artıq vətənə - Rusiyaya üz tutub

Pensiyalar 40% artdı
Qanuna edilən dəyişiklik 1 iyuldan qüvvəyə minib

Şəkidə quduzluq yayılıb


Bakıda loto qumarxanaları aşkarlanıb
Təşkilatçılar inzibati məsuliyyətə cəlb edilib

"Əl-Qaidə"çinin cinayəti sübuta yetib
Prokuror ona 15 il iş istəyib



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər