Hal-hazırda Ayna qəzetinin 02.07.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 02.07.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
Bakıda loto qumarxanaları aşkarlanıb
Bakıda loto qumarxanaları aşkarlanıb
Təşkilatçılar inzibati məsuliyyətə cəlb edilib
Şənbə, 02.07.2011


E.İLKİN
mətn ölçüsü  

Bakı Şəhər Baş Polis İdarəsindən (BŞBPİ) verilən məlumatda bildirilir ki, qanunsuz fəaliyyət göstərən kazinoların, totalizatorların, pul uduşlu oyunlar keçirən obyekt və əyləncə yerlərinin aşkar edilməsi istiqamətində daha bir neçə obyekt ləğv edilib.

Xətai rayonu ərazisində yerləşən "Nilufər" şadlıq sarayının binasında loto oyunlarının oynanılması ilə bağlı məlumat daxil olub və bu qanunsuzluğun qarşısının alınaraq müvafiq tədbirlər görülməsi xahiş edilib. İdarəyə daxil olan müraciət əsasında polis əməkdaşları tərəfindən həmin ünvana baxış keçirilib. Şadlıq sarayının birinci mərtəbəsində çay evi kimi fəaliyyət göstərən otaqların birində loto oynanılması faktı aşkar edilib. Həmin oyunun təşkilatçısı Ramin Kərimov oyun əşyaları ilə birlikdə Xətai Polis İdarəsinin 34-cü bölməsinə aparılıb və məlum olub ki, loto oyunları təşkil etmək üçün çay evi işlətmək adı ilə həmin obyekti hər ay üçün 1800 manata icarəyə götürüb.

Oyunu təşkil edən Ramin Kərimov İnzibati Xətalar Məcəlləsinin 309-cu (pul, şey və başqa sərvətlərlə qumar oynamağa və ya idman yarışlarında və başqa yarışlarda qumara qoyulmuş pulun xüsusi şəxslər tərəfindən qəbul edilməsinə görə) maddəsi ilə inzibati məsuliyyətə cəlb olunub. Daha sonra iyunun 26-da polis əməkdaşları tərəfindən həmin yerə təkrarən baxış keçirilib və qanun pozuntusu qeydə alınmayıb.

Belə bir tədbir Yasamal və Binəqədi rayonlarında da həyata keçirilib. Yasamal rayonu Z.Əhmədbəyov küçəsi, 7 ünvanda Eldəniz İsmayılov və Anar Ələkbərova məxsus çay evində fəaliyyət göstərən obyektə baxış keçirilib, orada da loto oyunlarının keçirildiyi aşkar olunub. Həmin gün polis əməkdaşları sözügedən rayon ərazisində Hüseyn Hüseynovun da çay evində loto oyunları keçirdiyini aşkar ediblər. Obyekt sahibləri inzibati məsuliyyətə cəlb olunublar.

Polis Xətai rayonu ərazisində fəaliyyət göstərən daha bir loto oyunu təşkil edilən çayxana ilə bağlı məlumat alıb. Mayın 18-də Xudu Məmmədov küçəsində Elçin Qəmbərovun çay evində loto oyunlarının təşkil edildiyi müəyyən edilib.

Binəqədi polisi Ə. Naxçıvani küçəsi 7 ünvanında "Məkan" çay evində Vüsal Salmanovun da loto oyunu təşkil etdiyini aşkar edib. Araşdırmalar zamanı bəlli olub ki, Vüsal Salmanov bundan əvvəl də məlum fakt üzrə inzibati məsuliyyətə cəlb olunub. Lakin o, həmin obyektdə yenidən loto oyunları təşkil edib. Odur ki, müvafiq ölçü götürülüb.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Qumar borcuna görə törədilən qətl

Bölmənin digər xəbərləri
 
Şəhərdə ilk on altı mərtəbə sökülür
Sakinlərin mülkiyyət hüquqlarına isə məhəl qoyulmur. Həmişə olduğu kimi...

Daha bir metro stansiyası açıldı
Stansiya buta ornamentləri ilə bəzədilib

Sankt-Peterburqda azərbaycanlılar və dağıstanlılar arasında atışma olub
Baş konsul: "Kütləvi davada azərbaycanlılar iştirak etməyib"

Xraxoba kəndi boşalır
Kəndin yarısı artıq vətənə - Rusiyaya üz tutub

Pensiyalar 40% artdı
Qanuna edilən dəyişiklik 1 iyuldan qüvvəyə minib

Şəkidə quduzluq yayılıb


"Qız və Qurd"un təqdimatı keçirilib
Zaur Akifoğlunun bu kitabı mükafata layiq görülüb

"Əl-Qaidə"çinin cinayəti sübuta yetib
Prokuror ona 15 il iş istəyib



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər