Hal-hazırda Ayna qəzetinin 02.07.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 02.07.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
Pensiyalar 40% artdı
Pensiyalar 40% artdı
Qanuna edilən dəyişiklik 1 iyuldan qüvvəyə minib
Şənbə, 02.07.2011


ELDƏNİZ
mətn ölçüsü  

2006-cı il yanvarın 1-dək pensiyaya çıxan şəxslərin pensiya məbləğinin orta hesabla 40% artırılmasını nəzərdə tutan "Əmək pensiyaları haqqında" qanuna edilən dəyişikliklər dünəndən etibarən qüvvəyə minib.

Dəyişikliyə əsasən, 2006-cı il 1 yanvar tarixinədək olan dövrdə pensiyaya çıxmış şəxslərin əmək pensiyaları 2006-cı il 1 yanvar tarixinə nəzərə alınmış sığorta stajının hər ili üçün 1,94 manat sığorta hissəsi müəyyən edilməklə, 2011-ci il 1 iyul tarixindən hesablanacaq. Yəni təkrar hesablama nəticəsində staj 1,94-ə vurulacaq və alınan rəqəmə 85 manat məbləğində baza pensiyası əlavə olunacaq. Hesablama zamanı pensiyanın eyni məbləği bundan əvvəlkindən aşağı olsa, əvvəlki məbləğ saxlanılacaq.

Artımların maliyyələşməsi üçün tələb olunan illik vəsait 390 mln. manat, cari ilin 6 ayında isə 195 mln. manat təşkil edir. Bu dəyişiklik bütün kateqoriyalı pensiyaçılara şamil olunur.

Pensiyaların artmasıyla bağlı DSMF İctimaiyyətlə əlaqələr sektorunun yaydığı xəbərə görə, Azərbaycanda "Əmək pensiyaları haqqında" qanuna dəyişiklik həm 2006-cı il yanvarın 1-dək, həm də 2006-cı il yanvarın 1-dən 2010-cu il yanvarın 1-dək pensiyaya çıxmış şəxslərə şamil olunacaq.

Məlumata görə, bununla da həmin illərdə pensiyaya çıxanlarla 2011-ci il yanvarın 1-dək pensiyaya çıxanların pensiyaları arasındakı fərq bağlanacaq. 2010-cu il yanvarın 1-dək pensiyaya çıxmış şəxslərin pensiyalarının yenidən hesablanması tədbirinin illik maliyyə yükü 390 mln. manat, 2011-ci ilin 6 ayında isə 195 mln. manat təşkil edəcək.

Prezident tərəfindən təsdiq edilən "2009-2015-ci illərdə Azərbaycan Respublikasının sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq həyata keçirilən islahatlar nəticəsində 1 iyul 2011-ci il tarixindən etibarən pensiya təminatında vahid prinsipin tətbiqinə başlanılıb. Bu islahat nəticəsində hazırkı anlamda minimum pensiya alma halı aradan qaldırılacaq və əhalinin pensiya təminatı vahid sistemə gətiriləcək.

Pensiya təyinatında tətbiq olunan yeni qaydalar əsasında 2006-cı ilə qədər qazanılmış bütün pensiya hüquqları yenidən hesablanaraq, 845 min nəfər əmək pensiyaçısının pensiyası əsaslı şəkildə - təxminən 40% artacaq.

Artımların tətbiqi üçün bütün hüquqi prosedurlar həyata keçirilib. Belə ki, "Əmək pensiyaları haqqında" qanuna və "Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2011-ci il büdcəsi haqqında" qanuna edilən dəyişikliklər ölkə prezidenti tərəfindən təsdiqlənib. Dəyişikliklərə əsasən, 2006-cı il yanvarın 1-dək pensiyaya çıxmış şəxslərin (bu qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş şəxslər istisna olmaqla) əmək pensiyaları pensiya təyin edilən tarixə nəzərə alınmış iş stajının hər ili üçün 1,94 manat (il tamam olmadıqda isə bu məbləğ natamam ilədək iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) sığorta hissəsi müəyyən edilməklə 2011-ci il iyulun 1-dən yenidən hesablanır.

Görüləcək iş çox böyük texniki həcmə malik olmaqla 01.01.2010-cu ilədək təyin edilmiş 1 mln. 050 min pensiya işinin hər birinə yenidən baxılmasını tələb edir. Bütün bunlara baxmayaraq, DSMF prosesin maksimum tez yekunlaşmasını hədəf seçib və Fondda mövcud olan avtomatlaşmış idarəetmə sistemi bu işin icrasına böyük təkan verməkdədir.

Artıq Bakının rayonları, Abşeron, Sumqayıt şəhəri pensiyaçılarının məlumatlarının dəqiqləşdirilmə prosesi başa çatıb və hazırda ölkənin digər rayonlarında yaşayan pensiyaçılar üzrə staj məlumatlarının dəqiqləşdirilməsi prosesi sürətlə gedir. Prosesin hər bir pensiyaçı üzrə hansı tarixdə yekunlaşmasından asılı olmayaraq, həmin şəxsin pensiyası 1 iyul 2011-ci il tarixindən yenidən hesablanaraq ödəniləcək.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
Şəhərdə ilk on altı mərtəbə sökülür
Sakinlərin mülkiyyət hüquqlarına isə məhəl qoyulmur. Həmişə olduğu kimi...

Daha bir metro stansiyası açıldı
Stansiya buta ornamentləri ilə bəzədilib

Sankt-Peterburqda azərbaycanlılar və dağıstanlılar arasında atışma olub
Baş konsul: "Kütləvi davada azərbaycanlılar iştirak etməyib"

Xraxoba kəndi boşalır
Kəndin yarısı artıq vətənə - Rusiyaya üz tutub

Şəkidə quduzluq yayılıb


Bakıda loto qumarxanaları aşkarlanıb
Təşkilatçılar inzibati məsuliyyətə cəlb edilib

"Qız və Qurd"un təqdimatı keçirilib
Zaur Akifoğlunun bu kitabı mükafata layiq görülüb

"Əl-Qaidə"çinin cinayəti sübuta yetib
Prokuror ona 15 il iş istəyib



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər