Hal-hazırda Ayna qəzetinin 02.07.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 02.07.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
Xraxoba kəndi boşalır
Xraxoba kəndi boşalır
Kəndin yarısı artıq vətənə - Rusiyaya üz tutub
Şənbə, 02.07.2011


SƏİD
mətn ölçüsü  

Xaçmaz rayonu Xraxoba kəndinin sakinləri mülklərini sataraq kəndi tərk edir və Rusiyaya köçürlər. Artıq 30-dək ailə Dağıstanın Məhərrəmkənd rayonunun Novoaul kəndinə köçüb. Bundan başqa, kənddən Dağıstanın Mahaçqala və Dərbənd şəhərlərinə də köçənlər var. Bu barədə APA-nın şimal bürosunun Xraxoba kəndində olan əməkdaşına yerli sakinlər bildiriblər.

Kənd sakini Abdulla Abdullayevin sözlərinə görə, sakinlərin əksəriyyəti Rusiya vətəndaşlığına üstünlük verir:

"Kəndə yaşayan 260 nəfərdən artıq 120 nəfəri Rusiyaya köçüb. Onların arasında cavan nəsil üstünlük təşkil edir. Kənddə qalanların əksəriyyəti yaşlı insanlardır".

Digər kənd sakini Veysəl Adıgözəlov da Rusiyaya köçməyə hazırlaşdığını deyib: "Kənddəki evimi və torpağımı tezliklə satıb Rusiyaya köçəcəyəm".

Sakinlərin Azərbaycan vətəndaşlığını qəbul etmək istəyib-istəmədiklərinə gəlincə, onlar Rusiya vətəndaşları olduqlarından, bütün sosial və digər xarakterli problemlərini həmişə Dağıstan Respublikasında həll etdiklərindən orada yaşamaq istədiklərini, buna görə də Azərbaycan rəsmilərinə vətəndaşlıq barədə müraciət etmədiklərini söyləyiblər.

Xaçmaz Rayon İH başçısının Xraxoba kəndinin də daxil olduğu Dədəli İnzibati Ərazi Vahidliyi üzrə icra nümayəndəsi Abdulla Didarov da APA-ya açıqlamasında sakinlərin söylədiklərini təsdiqləyib. O, Xraxoba sakinləri arasında Azərbaycan vətəndaşlığını qəbul etmək üçün müraciət edənlərin olmadığını bildirib.

Qeyd edək ki, 1954-cü ildə SSRİ Nazirlər Kabinetinin qərarı ilə müvəqqəti olaraq otlaq sahəsi kimi Dağıstanın Məhərrəmkənd rayonuna verilən Xaçmaz rayonu Xraxoba kəndinin icarə müddəti 1984-cü ildə Azərbaycan SSRİ Nazirlər Kabineti tərəfindən 2004-cü ilə qədər uzadılıb.

Uzun sürən danışıqlardan sonra 2010-cu ilin sentyabr ayında Azərbaycan prezidenti İlham Əliyev və Rusiya prezidenti Dmitri Medvedyev arasında keçirilən görüşdə bu məsələ həllini tapıb. Belə ki, adıçəkilən ərazinin Azərbaycana məxsus olduğu rəsmən təsdiqlənib. Bu qərardan sonra isə orada yaşayan sakinlərin vətəndaşlıq və ümumilikdə hüquqi vəziyyətləri ilə bağlı problemlərin nizamlanma məsələsi gündəmə gəlib. Müzakirələr zamanı Azərbaycan və Rusiya tərəfinin razılaşdırılmış mövqeyinə əsasən, yaranmış problemin Azərbaycan qanunvericiliyi, beynəlxalq hüquq əsasında, tərəflərin bir-birinin ərazi bütövlüyünə hörmət bəsləməsi, Rusiya-Azərbaycan münasibətlərinin dostluq xarakterinə uyğun və Xraxobada Rusiya vətəndaşlarının düşdüyü humanitar vəziyyət nəzərə alınmaqla həll edilməsi qərara alınıb. Nəticə olaraq problemin mümkün həll yolları kimi sakinlərin Azərbaycan vətəndaşlığını qəbul edərək, yaşayış hüquqlarını qanuniləşdirməsi və ya Rusiya vətəndaşlığında qalaraq qanunun imkan verdiyi statusu müəyyən etməli olduqları və alternativ olaraq əhalinin istəyinə uyğun olaraq öz yaşadıqları evləri sataraq ölkəni tərk edib Rusiya ərazisinə köçmələri razılaşdırılıb. Hətta Azərbaycan tərəfindən alternativ variant kimi sakinlərin fərdi qaydada və yaxud Soydaşların könüllü köçürülməsinə dəstək Dövlət Proqramı əsasında köçürülməsi də təklif olunub.

Dəfələrlə hər iki ölkənin rəsmiləri tərəfindən əhaliyə problemin mümkün həlli, yaranmış vəziyyətdən çıxış yolları və bununla bağlı təşkilati və hüquqi aspektlər barədə izahlı məlumat verilib.

Müxtəlif vaxtlarda Rusiya və Azərbaycan arasında aparılan məsləhətləşmələrdə Xraxoba sakinləri tərəfindən fərdi qaydada qərar qəbul etməyə şərait yaratmaq və xarici destruktiv qüvvələrin bu prosesə qarışmasının qarşısını almaq üçün aktiv əməkdaşlıq etmək haqqında razılığa gəlinib.

Bu il mayın 24-də isə Azərbaycan və Rusiya rəsmilərinin Xaçmaz rayonu Xraxoba kəndində yerli əhali ilə görüşü zamanı Azərbaycan Dövlət Miqrasiya Xidməti kənd sakinlərinə 90 gün ərzində Azərbaycanda əcnəbi vətəndaş kimi mövcudluqlarını leqallaşdırmağı tövsiyə edib. Həmin müddət avqustun 24-də başa çatacaq.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Xrax-Oba sakinlərinin hüquqi problemi nizamlanır

Beş ildə 8 müstəntiq bu cinayəti aça bilmədi

1 milyon dollarlıq yük nədən ibarət olub?

Bölmənin digər xəbərləri
 
Şəhərdə ilk on altı mərtəbə sökülür
Sakinlərin mülkiyyət hüquqlarına isə məhəl qoyulmur. Həmişə olduğu kimi...

Daha bir metro stansiyası açıldı
Stansiya buta ornamentləri ilə bəzədilib

Sankt-Peterburqda azərbaycanlılar və dağıstanlılar arasında atışma olub
Baş konsul: "Kütləvi davada azərbaycanlılar iştirak etməyib"

Pensiyalar 40% artdı
Qanuna edilən dəyişiklik 1 iyuldan qüvvəyə minib

Şəkidə quduzluq yayılıb


Bakıda loto qumarxanaları aşkarlanıb
Təşkilatçılar inzibati məsuliyyətə cəlb edilib

"Qız və Qurd"un təqdimatı keçirilib
Zaur Akifoğlunun bu kitabı mükafata layiq görülüb

"Əl-Qaidə"çinin cinayəti sübuta yetib
Prokuror ona 15 il iş istəyib



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər