Hal-hazırda Ayna qəzetinin 02.07.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 02.07.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Dünyada  
 
 
Ötən il Ermənistanı 70 min adam tərk edib
\"Ölkədən miqrasiya fəlakət həddinə çatıb\"
Şənbə, 02.07.2011

mətn ölçüsü  

Ermənistan ziyalılarının nümayəndələri ölkənin baş naziri Tiqran Sarkisyana və parlamentin spikeri Ovik Abramyana məktub göndərərək, "ölkədən miqrasiyanın fəlakət həddinə çatması" ilə əlaqədar tədbirlər görməyə çağırıblar, deyə "Turan" agentliyi Armİnfoya istinadən xəbər verir.

Sənədi iqtisad elmləri doktoru Tatul Manaseryan, Ermənistan Yazıçılar Birliyinin sədri Levon Ananyan, Rəssamlar İttifaqının sədri Karen Aqamyan, Bəstəkarlar İttifaqının rəhbəri Robert Amirxanyan və digərləri imzalayıblar.

Məktub müəllifləri hakimiyyəti kortəbii miqrasiya ilə yanaşı, bir sıra ölkələrdə həyata keçirilən ermənilərin immiqrasiyası proqramının da vəziyyətə təsir etdiyinə diqqət yetirməyə çağırırlar.

Rəsmi proqnozlara zidd olaraq, ölkə əhalisi xeyli azalıb; Ermənistan bölgələrinin əmək qabiliyyətli əhalisinin təxminən 40%-i xaricdədir; sovet illərində başlamış sərhəd kəndlərin boşalma prosesi getdikcə güclənir.

Sənəd müəlliflərinin fikrincə, miqrasiyanın əsas səbəbləri təkcə yoxsulluq deyil, həm də ölkəni idarəetmə sistemindəki problemlər, gündən-günə pisləşən mənəvi-psixoloji mühit, cəmiyyətin qütbləşməsi, sadə vətəndaşların məhkəmə, vergi, polis özbaşınalığı qarşısında özlərini müdafiəsiz hiss etməsi, biznes yolundakı maneələr, qanunun fərdi tətbiqi və s.-dir.

Tatul Manaseryanın mətbuat konfransında bildirdiyinə görə, bu məktub ölkə rəhbərliyinin nəhayət ölkənin demoqrafik, iqtisadi və milli təhlükəsizliyi üçün təhlükəli olan problemlərin həllinə diqqət yetirməsinə yönəlmiş həyəcan siqnalıdır.

Milli Statistika Xidmətinin məlumatına görə, 2010-cu ildə 12 min nəfər Ermənistanı tərk edib. Ekspertlərin fikrincə, bu rəqəm hədsiz dərəcədə kiçildilib, əslində 70 minə yaxın insan ölkəni tərk edib. Bu zaman ölkənin ümumi əhalisi 2,5 milyon nəfər təşkil edir. Bəzi başqa rəqəmlərə görə, əslində ölkə əhalisi 1,7-2,0 milyon civarındadır.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Ermənistan ordusunun çağırışçı problemi

Ölkədə qanunsuz yaşayan əcnəbilər qovulub

Ermənistan dünyanı aldadır

İrəvan bu günlərdə nəylə nəfəs alır?

Rusiya və Ermənistan arasında antiazərbaycan sövdələşməsi?

Bölmənin digər xəbərləri
 
Tbilisidə GMİ rəhbərləri ilə görüş keçirilib
"Gürcü Müsəlmanlar İttifaqı" isə yeni yaradılan bu qurumu tanımadı

Quzey Qafqaz - Rusiya siyasətinin ölüm nöqtəsi


Sanksiya sanksiya dalınca
Ünvanlar get-gedə konkretləşir



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər