Hal-hazırda Ayna qəzetinin 02.07.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 02.07.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Dünyada  
 
 
Quzey Qafqaz - Rusiya siyasətinin ölüm nöqtəsi
Quzey Qafqaz - Rusiya siyasətinin ölüm nöqtəsi
Şənbə, 02.07.2011

Ənvər Börüsoy mətn ölçüsü  

Soçidə 2014-cü il Qış Olimpiya Oyunlarının müddəti yaxınlaşdıqca, regionda siyasi, sosial, iqtisadi, ictimai və digər sahələrdə ehtiraslar da güclənməyə başlayır. Bu zəmində bölgəyə daha dəhşətli bir problem də əlavə olunub. Bu - etnik konfliktlərin coğrafiyasının genişlənməsidir. Olimpiya Oyunlarına görə Adıgey, Abxaziya, Kabarda-Balkar, Qaraçay-Çərkəz respublikalarında, eləcə də, Krasnodar vilayətində ən münbit topraq sahələrinin, əsrarəngiz təbiətə malik olan dağlıq bölgələrin Rusiya oliqarxlarının mülkiyyətinə çevrilməsinə qarşı bölgə xalqlarının etiraz hərəkatı gündən-günə genişlənməkdədir.

Əhalini narahat edən problemlərdən biri də dağ turizminin inkişaf etdirilməsidir. Əhali bunda bir siyasət görür. Çünki bunun gedişi yerli xalqları torpaqsız və mülkiyyətsiz qoymaqdır. Region xalqları belə bir məkrli siyasətlə heç cür barışmaq fikrində deyillər.

Etnik konfliktlər bumeranq rolunda

Çərkəz kökənli abaza, abxaz, çərkəz, kabarda, adıgey, şapsuq xalqları ilk dəfə olaraq Krasnodar vilayətinin Qara dəniz sahilləri boyunca ərazilərin onların tarixi torpaqları olduğu iddiasını gündəmə gətirməklə, bunu ümummilli prosesə çevirməyi bacarıblar. Bu sırada 3 milyonluq çərkəz diasporu da bu tələblərin yanında durur.

Qaraçay-Çərkəz, Kabarda-Balkarda daim qızışdırılan qaraçay-çərkəz, kabarda-balkar, Quzey Osetiya və İnquşetiya arasında alovlandırılan osetin-inquş problemləri indi arxada qalıb. Belə ki, hər bir toplum özünün tarixi-coğrafi sərhədləri daxilində öz gələcək müqəddəratını həll etmək üçün səfərbər olunubdur. Buna görə də indi Moskvanın ənənəvi etnik konliktlər yaratma siyasəti bumeranq kimi onun özünə qarşı yönəlibdir. Belə ki, heç bir toplum ona məxsus tarixi torpaqların əlindən alınaraq, Rusiya şirkətlərinin, eləcə də xarici şirkətlərin əmlakına çevrilməsini istəmir. Hətta korrupsiyaya uğramış yerli məmur urdusu belə öz xalqının yanında durmağa məcburdur.

Son zamanlar Mahaçqaladakı "Dağıstan Xalqları Qurultayı", Qroznıda "Quzey Qafqaz Müsəlmanları Uzlaşma Konfransı"nın keçirilməsi, çərkəzlərə məxsus "Dünya Çərkəz Təşkilatları Federasiyası"nın yaradılması əslində Quzey Qafqaz toplumları arasında birlik və bərabərlik prinsipinə söykənilməsi yönündə irəliyə doğru addımlardan hesab olunur.

Bütün bunlarla yanaşı, Quzey Qafqazda mövcud olan ağır sosial-iqtisadi həyat tərzi də artıq yerli xalqları Moskvanın siyasətinə qarşı konsolidasiyaya sövq edir. Hələlik görünən odur ki, Kremlin mühafizəkar çevrələri prosesi önləmək üçün güc nazirliklərinin əli ilə prosesin qarşısını alırlar. Xüsusilə süni şəkildə körüklənən klanlararası münaqişələr, dini radikalizm, korrupsiya və s. təzahürləri bəhanə etməklə, antirusiya ovqatının qarşısının alınmasına mümkün qədər cəhd edilməkdədir.

REKLAM

Elə buna görə də güc strukturları gündə bir bəhanə uydurmaqla, antiterror əməliyyatlarını ardıcıllıqla yürüdürlər.

Gələcək haqqında şirin nağıllar şousu

Rusiyada gələn il keçiriləcək prezident seçkilərinə qeyri-rəsmi şəkildə elə indinin özündə start verilibdir. Bu marafonda əhalinin səslərini oğurlamaq üçün baş nazir Vladimir Putin indidən nağılvari xoşbəxt həyatın gələcəyi barədə proqnozlarını verməkdədir. Belə ki, Putin Rusiyanın xəzinəsindən Quzey Qafqazın 2025-ci ilə kimi inkişafı üçün 600 milyard rubl vəsaitin ayırılması barədə şipşirin nağıl-rəvayətlər söyləməyə, vədlər verməyə başlayıb. Bununla da yerli xalqları, etnomafiyaları, korrupsiyaya uğramış klanları öz tərəfinə çəkməyə çalışır. Hələlik Quzey Qafqaz liderləri buna açıq şəkildə reaksiya verməyiblər. Təkcə Çeçenistan prezidenti Ramzan Qədirov Putinin yanında duracağını, ona hər yerdə sədaqətli olacağını elan edibdir. Sadə insanlar isə Putinin dikbaşcasına verdiyi bu vədlərinə inanmırlar. Çünki bu həmin Putindir ki, 2000-ci ildə prezident seçilən kimi Rusiyada milli respublikaların statuslarını ləğv edərək kiçik tutumlu rezervuarların yaradılmasını təklif etmişdi. Bu gün Quzey Qafqazda mövcud olan ağır və məşəqqətli sosial-iqtisadi həyatın dözülməz şəraitdə olmasının əsas səbəbkarı kimi məhz Putin təqsirli hesab olunur.

Ruslarsız Quzey Qafqazın taleyi

Sonuncu əhali sayımından (2010, oktyabr) səkkiz ay ötsə də, hələ də Quzey Qafqaz respublikalarında və vilayətlərində toplumların sayı və etnik mənşəyi barədə heç bir rəsmi açıqlanma verilmir. Rusiya Dövlət Statistika Xidmətinin Rostov bölməsində "araşdırmalar" hələ də davam etməkdədir. Lakin bu regiondakı toplumların sayı barədə yerli milli təşkilatlar sayəsində dumanlı şəkildə olsa da, müəyyən təsəvvürlər mövcuddur. Belə ki, Krasnodar vilayətində əhalinin 600 min nəfərindən çoxunu ermənilər, 900 min nəfərə kimi qarışıq şəkildə Qafqaz topluluqları, 300 min nəfərə kimi Orta Asiyadan gələn miqrantlar təşkil edir və burada demoqrafik durum sürətlə dəyişərək Moskva üçün arzuedilməz bir şəkil almışdır. Vilayətdə rus əhalisinin sayı sürətlə azalmaqdadır. Yəni demoqrafik durum heç də Kremlin xeyrinə deyil.

Digər tərəfdən isə Quzey Qafqaz respublikalarında da rusların sayı sürətlə azalmaqdadır. 1989-cu ildə Çeçenistanda 250 min etnik rus yaşayırdısa, indi onlar 27 mindir. İnquşetiyada 80 min nəfər rus əhalisindən indi burada qalıb yaşayanlar 12 min nəfərdir.

Rusiya etnoqrafları da etiraf edirlər ki, Stavropol vilayətində əhalinin 60 faizdən çoxu qeyri-ruslardır. Yaxın 10 ildə bu rəqəm müsəlman xalqlar sayəsində hətta 80-90 faizədək arta bilər. Bir sıra mütəxəssislərin fikrincə, demoqrafik durumun bunca dəyişməsi səbəbindən Moskva Quzey Qafqaz regionlarına tələb olunan səviyyədə maliyyə vəsaitləri yönəltməyə ciddi səy göstərmir. Daha doğrusu, buna həvəsli deyil.

Rusiyanın bəzi strateqlərinin fikrincə, Quzey Qafqaz toplumlarını torpaqsız qoymaqla, ağır sosial-iqtisadi həyat şəraitini dəyişməz saxlamaqla onların yarıdan çoxunun Rusiyanın dərinliklərinə miqrasiya axınlarını təşkil etmək və bu zəmində bir sıra uğurlar əldə etmək mümkündür. Fəqət bu strategiya hələ ki özünü doğrulda bilmir. Çünki Quzey Qafqaz topluluqlarında milli və dini görüşlər, tarixi-coğrafi sərhədlər daxilində yaşamaq instinkti son illər sürətlə inkişaf edibdir.

Terrorizm, sosial-iqtisadi fəlakətlər girdabında

Uilyam Şekspirin təbirincə, indi Rusiyanın rəsmi siyasətində "nə yardan doyur, nə əldən qoyur" dilemması var. Moskva bir tərəfdən Quzey Qafqaz regionlarının inkişafını əngəlləyən siyasət yürüdür, digər tərəfdən isə regionu rus və xarici investorların mülkiyyətinə çevirmək üçün çalışır. Başqa bir tərəfdən isə demoqrafik partlayış nəticəsində sürətlə artan qeyri-rus toplumları qısa zaman kəsimində assimilyasiyaya uğratmaq, onların Rusiyanın dərinliklərinə köç dalğasını təşkil etmək istəyir. Bununla yanaşı güclənməkdə olan milli və dini görüşlərin qarşısını almaq üçün daha dərin siyasi proseslərə baş vurmaq iddiasındadır.

Quzey Qafqazda 40-a yaxın toplum yaşasa da, onların mental mədəni qatları, etnoloji dəyərləri ruslardan fərqli bir biçimdə ortaq anlamda uzlaşmaqdadır.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1 - 2
Oxşar xəbərlər:

Bakı prezidentlərin Soçi görüşünə ümidlə yanaşır

Filipp Qordon: "Qarabağ münaqişəsi qaynar fazaya keçə bilər"

Dağlıq Qarabağ: nizamlamada geriləmə var

Dünya çərkəzləri hərəkətə keçdilər

Bölmənin digər xəbərləri
 
Tbilisidə GMİ rəhbərləri ilə görüş keçirilib
"Gürcü Müsəlmanlar İttifaqı" isə yeni yaradılan bu qurumu tanımadı

Sanksiya sanksiya dalınca
Ünvanlar get-gedə konkretləşir

Ötən il Ermənistanı 70 min adam tərk edib
"Ölkədən miqrasiya fəlakət həddinə çatıb"



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər