Hal-hazırda Ayna qəzetinin 02.07.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 02.07.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Dünyada  
 
 
Tbilisidə GMİ rəhbərləri ilə görüş keçirilib
Tbilisidə GMİ rəhbərləri ilə görüş keçirilib
\"Gürcü Müsəlmanlar İttifaqı\" isə yeni yaradılan bu qurumu tanımadı
Şənbə, 02.07.2011

İsmayıl mətn ölçüsü  

Tbilisidə Nodar Dumbadze adına teatrda Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) rəhbərləri ilə görüş keçirildiyi xəbər verilir. APA bildirir ki, görüşdə GMİ-nin təsisçilərindən biri, Kvemo-Kartli bölgə qubernatorunun müavini Hüseyn Yusubov çəxış edərək bildirib ki, tədbirə Gürcüstan parlamenti və hökumətinin nümayəndələri, Acarıstandan müsəlman ruhanilər və eyni zamanda azərbaycanlı ziyalılar və ruhanilər dəvət olunub. Onun sözlərinə görə, toplantıda məqsəd Gürcüstanda yeni seçilən müsəlman ruhani liderləri ilə görüşməkdir.

"Mən bir təsisçi kimi fəxr edirəm ki, GMİ-nin təsisçilərindən biriyəm. Biz bu təşkilatı təsis etməmişdən əvvəl Gürcüstanda müsəlman dininin tarixini araşdırdıq. Ruhani liderləri ilə görüşdük, onlarla xeyli söhbət etdik və bundan sonra belə bir qərara gəldik ki, bu idarəni yaradaq". Hüseyn Yusubov çıxışında hökumətə minnətdarlıqla bəyan edib ki, yaxın günlərdə məscidlərin qeydiyyatı keçiriləcək.

Kvemo-Kartli bölgə qubernatoru David Kirkitadze GMİ-nin yaradılmasını tarixi hadisə adlandırıb. "Hamı bu təşkilata hörmət etməlidir. İnanıram ki, bu təşkilat qısa bir vaxt ərzində bütün müsəlmanları öz ətrafında birləşdirəcək". Görüşdə Gürcüstan Milli Təhlükəsizlik Şurasının katib müavini Tamar Kindzuraşvili bu təşkilatın yaradılması ilə dini problemlərin çözüləcəyini deyib. Gürcüstan prezidentinin müşaviri Mübariz Qarayev isə deyib ki, belə bir təşkilatın yaradılmasını 2005-2006-cı illərdən arzulayıb və hesab edir ki, İslam dininə bağlı olanlar hələ vətəndaş cəmiyyətinə inteqrasiya olmayıb. O vəd edib ki, hakimiyyət bu quruma istənilən köməyi göstərəcək.

Tədbirdə Gürcüstan reinteqrasiya məsələləri üzrə dövlət nazirliyinin diaspor üzrə aparat rəisi Zviad Zviadadze, Marneuli rayon təhsil resursları mərkəzinin rəhbəri Kamandar İsmayılov, Bolnisi rayon icra hakimiyyətinin müavini Ramin Əsədov, Qardabani rayon bələdiyyəsinin sədr müavini Xanəhməd Qəribov, Qabal kənd icra nümayəndəsi Camal Niyazov, Marneuli rayon bələdiyyəsinin sədri İsfəndiyar Kərimov və başqaları çıxış edərək GMİ-nin hər üç rəhbərini təbrik ediblər.

GMİ-dən şeyx Vaqif Əkbərov və müfti Camal Paksadze çıxış edərək onlarla görüşə gələn ictimaiyyət nümayəndələrinə, ziyalılara və dövlət və hakimiyyət adamlarına, millət vəkillərinə minnətdarlıq bildiriblər. Vaqif Əkbərov deyib:

"Biz Allahın adından istifadə edib ayrı yola baxmamalıyıq. Bizdə biznes işləri olmayacaq. Mən dövlətdən hər bir problemin həllini tələb edəcəyəm.

REKLAM

Gürcüstanda bütün xalqların hüquqları eynidir və müsəlmanlar da belə olacaq. Amma bizim idarəmiz yox idi. Gürcüstan tolerant və demokratik ölkədir".

Vaqif Əkbərov Qafqaz Müsəlmanları Ruhani İdarəsinin vaxtilə Tiflisdə yerləşdiyini də xatırladıb. Şeyx deyib:

"Biz məscidlərimizi qeydiyyatdan keçirmək üçün dövlətə müraciət edəcəyik. Həcc ziyarətini tənzimləyəcəyik. Axund və imamları təyin edəcəyik. Gürcüstanda gedən demokratik proseslərdə yaxından iştirak edəcəyik. Gürcüstan burada yaşayan hər bir vətəndaşın vətənidir. Biz hamımız Gürcüstanda özümüzü müsəlman, azərbaycanlı sayırıqsa, bu torpağın demokratik proseslərində iştirak etməliyik. Dağılan məscidlər bizdə də var, qeydiyyatdan keçməyən məscidlər bizdə də var. Biz onları Allahın köməyi ilə həll edəcəyik".

Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəliyinin Gürcüstanda yenə də fəaliyyət göstərəcəyi bildirilib. Lakin bu, təmsilçilik hüququnda bir status olacaq. Bu təmsilçiliklə əlaqələr saxlamağa, birlikdə layihələr həyata keçirməyə hazırdırlar.

Müfti Camal Paksadze APA-ya açıqlamasında Gürcüstanda, dünyada müsəlmanların birliyinə çalışdıqlarını bildirib. "Bu idarənin yaradılması sünni və şiələr üçün uğurlu bir gündür. Biz bütün müsəlmanlarla qardaş olmaq istəyirik. Biz problemlərimizi müzakirə edib, birlikdə həll etmək istəyirik. Biz bir məmləkətin vətəndaşlarıyıq. Bu gürcü müsəlmanları üçün tarixi bir gündür."

Tədbirin sonunda gürcü və Azərbaycan dilində mahnılar ifa edilib, rəqslər nümayiş olunub. Xatırladaq ki, iyunun 12-də Gürcüstan Müsəlmanları İdarəsinin baş müftisi - Camal Paksadze, baş şeyxi - Vaqif Əkbərov, baş imamı - Yasin Əliyev seçilib.

Lakin bu hadisənin ardınca Acarıstan Muxtar Respublikasında fəaliyyət göstərən Gürcü Müsəlmanlar İttifaqı adlı qurum Tbilisidə yeni yaradılan Gürcüstan Müsəlmanları İdarəsini tanımadığını bəyan etdi. Onlar bildiriblər ki, gürcü müsəlmanlar özlərinə ali orqan olaraq Acarıstan Müsəlmanları Ruhani İdarəsini tanıyır. Gürcüstan Müsəlmanları İdarəsi isə başqa QHT-lərdən yuxarıda dayana bilməz. Bu yeni idarənin təsisçiləri isə "onlara tanış deyil və onları qəbul etmirlər".


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
Quzey Qafqaz - Rusiya siyasətinin ölüm nöqtəsi


Sanksiya sanksiya dalınca
Ünvanlar get-gedə konkretləşir

Ötən il Ermənistanı 70 min adam tərk edib
"Ölkədən miqrasiya fəlakət həddinə çatıb"



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər