Hal-hazırda Ayna qəzetinin 02.07.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 02.07.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İqtisadiyyat  
 
 
İlham Şaban: "Söhbət qazın çoxluğundan getmir"
İlham Şaban: "Söhbət qazın çoxluğundan getmir"
Azərbaycan qazının Avropada ajiotaj yaratmasının səbəbi ixrac imkanlarının yüksək olması ilə bağlıdır
Şənbə, 02.07.2011

A.Əhmədova mətn ölçüsü  

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, son 14 ildə ilk dəfədir Azərbaycanda neft hasilatı azalıb. Rövnəq Abdullayev isə narahatlığa səbəb görmür. Ekspertlər də hesab edirlər ki, hasilatda müvəqqəti azalmanın baş verməsindən narahat olmağa dəyməz. Çünki ümumilikdə Azərbaycanın neft-qaz potensialı artır.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyir ki, potensialımız digər Xəzəryanı ölkələrlə müqayisədə dinamik artır. Əsasən də qaz sahəsində bunu demək olar. Son 3 ildə qaz sənayesində kəşfiyyat quyuları daha çox qazılır:

"Bu da onunla bağlıdır ki, 2008-ci ildən bəri xarici şirkətlərlə imzalanan hasilatın pay bölgüsü çərçivəsindəki sazişlərin əksəriyyəti faktik olaraq kəşfiyyat xarakterli quyulara və daha dərin qatlardakı yataqların işlənməsinə yönəlib. Bu da əsasən qaz yataqlarıdır. Bu baxımdan Dövlət Neft Şirkətinin aşkarladığı yeni yataqlar qaz yataqlarıdır. 3-4 potensial struktur var ki, onlar da Azərbaycanın gələcək qaz yataqları kimi xarakterizə edilir. Bu baxımdan Xəzər neft-qaz sərgisinin adı neft-qaz olsa da, onun 90 faizi qaza həsr edilmişdi".

Son zamanlar Azərbaycan qazına olan maraq neftə olan marağı üstələdiyindən ortaya maraqlı sual çıxır: Rusiya, İran, Türkmənistan kimi iri qaz ölkələri olan yerdə Azərbaycan qazı niyə Avropada bu səviyyədə ajiotaj yaradıb?

İlham Şaban deyir ki, Azərbaycanın hazırkı qaz potensialı təsdiq edilmiş həcmlərdir - 2,2 trilyon kubmetr. Türkmənistan dünyanın 4-cü qaz ölkəsidir. Rusiyada aşkar edilən dünyanın ən böyük yataqlarından biri olan "Stokman"ın ehtiyatı 4 trilyon kubmetrə yaxındır. Bir yatağın potensialı Azərbaycanda çıxarılacaq qazdan 2 dəfə çoxdur:

"Söhbət qaz potensialının çoxluğundan getmir. 5 il ərzində - 2017-ci ilə kimi Azərbaycan qazının Avropaya çatdırılması daha realdır. Türkmənistanın qaz potensialı 30 trilyon kubmetr olsa da, onun Avropa bazarına çıxarılma ehtimalı çox azdır.

REKLAM

İran dünyanın 2-ci qaz ölkəsidir. Onun təsdiq edilmiş qaz ehtiyatları 42 trilyon kubmetrdir. Onun təkcə 21 blokdan ibarət "Cənubi Fars" yataqlarının 11-13 trilyon kubmetr qaz potensialı var. Ümumilikdə isə İranın ötən il qaz ixracı heç 10 milyard kubmetr olmayıb. Biri var ehtiyatlar, bir də var ki, real imkanlar. Onlar heç də həmişə üst-üstə düşmür".

Azərbaycanın "Nabukko" sazişinə tərəddüdlə yanaşdığı bəllidir. Əvvəllər Azərbaycanın layihədə tranzit ölkə olaraq iştirakına razılıq verən ölkə rəhbərliyinin mövqe dəyişikliyi siyasi məqamlarla izah olunur. Bəzi ekspertlər rəsmi Bakının bu addımını Rusiyanın təzyiqləri və Qərbdən olan siyasi basqılarla əlaqələndirir.

İlham Şaban isə "Nabukko" ətrafında yaranan situasiyaya siyasi çalar geyindirməyi lüzumsuz hesab edir. Ekspertin fikrincə, burada əsas mübahisə doğuran məsələ tərəflər arasında əlverişli kommersiya şərtlərinin olmamasıdır:

"Söhbət 30 milyard dollarlıq investisiyanı qaytarmaqdan gedir. "Şahdəniz-2"yə 20 milyard dollar kapital qoymaq planlaşdırılır. 10 milyard dollar isə əməliyyat xərclərinə sərf edilməlidir. Hökumət 30 milyard dollarlıq investisiyanı qaytarmağın yollarını düşünür. Yəni qaz maksimum qiymətə və maksimum əlverişli şərtlərlə satılmalıdır ki, 15 ilə qoyulan xərci tam çıxarmaq mümkün olsun".

Ekspert hesab edir ki, "Şahdəniz-2" dünyanın ən çətin layihələrindən biridir. Çünki qaz 7 km dərinlikdən çıxarılmalıdır. Orada ilk dəfə 30-a yaxın manifold sistemindən istifadə olunacaq. MDB ölkələrində bu sistemin bəlkə də adını belə eşitməyiblər:

"Əgər bu yataqdan qaz çıxarmaq rahat idisə, o zaman keçmiş SSRİ dönəmində istifadə edilərdi. "Şahdəniz" yatağı sovet dövründə kəşf edilmişdi, hətta bir quyu da qazılmışdı. Amma texnoloji imkanlar qazın hasilinə imkan vermirdi".

Diktə edilən şərtlər qəbuledilməzdir

İqtisadçı söylədi:

"Burada 3 məsələ var. Onlar Avropadakı qiymətlərdən ucuz tariflərlə qaz almaq istəyir. Bundan əlavə, qurulacaq infrastrukturda riskləri Azərbaycanın da bölüşməsini istəyirlər. Həmçinin çalışırlar ki, Azərbaycan gələcəkdə öz məhsulunu başqa bazara yönəldə bilməsin. Əlbəttə, bu, milli və kommersiya maraqları baxımdan hasilatçı şirkətlərin maraqları ilə üst-üstə düşmür. Əgər üst-üstə düşsəydi, "Şahdəniz-2" layihəsinin iştirakçıları Qərb mətbuatında böyük hay-küy yaradardılar".

Ekspert Azərbaycan qazı üçün bazarın kifayət qədər olduğunu dedi. Azərbaycan öz qazını Avropaya "Nabukko" layihəsi ilə yox, daha yaxşı şərtlər təklif edən digər marşrutlar vasitəsilə də çıxara bilər:

"Suriyaya 1 milyard kubmetr həcmində qaz satmaq üçün kəmər çəkmək planlaşdırılır. Bundan əlavə, Yunanıstan bazarına çıxmaq imkanı var. 6-7 ildən sonra Gürcüstanın qaz bazarının 90-100 faizi Azərbaycanın əlinə keçə bilər. Türkiyə üzərindən Bolqarıstana mavi yanacağın satılma imkanları da böyükdür. İmkanlar çoxdur. Lakin qaz satışı neftdən qat-qat çətin olduğundan danışıqlar da uzun sürür".


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Qazın qiymət artımı narazılıq yaradıb

İrandan Qarabağa - təbii qaz

Milli mətbuatın 135 illik yubileyi qeyd ediləcək

Qazaxda jurnalistlərin Xocalı toplantısı

Lalə Şövkətdən "Ölkə"yə qarşı iddia

Bölmənin digər xəbərləri
 
Bakı-Tbilisi-Kars dəmir yolu üçün yenə pul ayrıldı
Azərbaycan Gürcüstana 575 milyon manat güzəştli kredit verdi

Kənd təsərrüfatı riskli sahədir
Dövlətdən dəstək olmazsa, sığorta şirkətləri fermer təsərrüfatlarını sığortalamayacaq

Sürülər otlaqdan meşəyə yönəldilir
Səbəb: 1 hektara 4 yox, 40 baş qoyun düşür



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər