Hal-hazırda Ayna qəzetinin 02.07.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 02.07.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İdman  
 
 
"Abşeron" Premyer Liqaya vəsiqə qazandı və... dağıldı
Bakı komandasını güclülər dəstəsində Sumqayıt klubu əvəz edəcək
Şənbə, 02.07.2011

Kərim mətn ölçüsü  

Futbol üzrə Azərbaycan çempionatının birinci dəstəsinin qalibi, Premyer Liqaya vaxtından əvvəl vəsiqə qazanan "Abşeron" nə qədər gözlənilməz olsa da, artıq mövcud deyil. Bir ay əvvəl güclülər dəstəsinə çıxmasını bayram edən və növbəti mövsümlə bağlı planlar quran komanda artıq yoxdur. Ötən il birincilikdə məğlubiyyət acısı yaşamayan "Abşeron"un Azərbaycan Premyer Liqasında debüt edəcəyi bir vaxtda komanda maddi imkansızlıq ucbatından dağıldı.

"Abşeron" klubunun rəhbərliyi maliyyə problemləri ilə əlaqədar olaraq klubun çempionatda iştirakından imtina edib. "Abşeron"dan fərqli olaraq, Premyer Liqaya ikinci vəsiqənin sahibi "Rəvan" güclülər dəstəsində mübarizə aparacaq.

"Abşeron"un Premyer Liqada oynamaqdan rəsmən imtina etməsindən sonra onu əvəz edəcək komandanın adına da aydınlıq gəlib. Bu, "Sumqayıt Şəhər" Peşəkar Futbol Klubudur. Beləliklə, Sumqayıt şəhəri yenidən Azərbaycan milli çempionatında təmsil olunacaq. "Sumqayıt Şəhər" Peşəkar Futbol Klubu Premyer Liqamızda növbəti mövsümdən iştirak edəcək. Bununla bağlı klub rəhbərliyi Peşəkar Futbol Liqasına (PFL) müraciət edib. Klubun maliyyə sabitliyi və güclülər dəstəsində iştirak etməsi ilə bağlı müraciətini nəzərə alan PFL rəhbərliyi buna müsbət cavab verib. Bundan sonra "Sumqayıt Şəhər" klubu bütün hüquqi sənədləri həll edərək yeni mövsümdən yüksək liqada iştirak edəcəyini yəqinləşdirib. Bundan başqa, klub maliyyə məsələlərini həll etmək üçün "Azərkimya" İstehsalat Birliyi ilə sponsorluq haqqında müqavilə imzalayıb. Klub rəhbərliyi inanır ki, komanda baxımlı oyunu ilə bol-bol sevinc bəxş edəcək və Sumqayıtda futbol ənənəsini daha yüksək şəkildə davam etdirəcək. Klubun prezidenti Kamran Quliyev təyin olunub.

Qeyd edək ki, Sumqayıt indiyə kimi milli çempionatımızda bir neçə adla komanda ilə təmsil olunub. Sonuncusunun adı "Sumqayıt" olub ki, həmin komanda I divizionda ötən çempionatı 7-ci yerdə bitirib.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Bakıdan iki nazir İrəvana gedəcək

Torpağı əkib-becərməyənlərdən hesab soruşulacaq?

İrəvan Teatrının kollektivi Gürcüstana səfər edəcək

"Şou-biznes Lenini arzusuna çatdırıb"

Şantaj onun həyatına son qoyacaqdı

Bölmənin digər xəbərləri
 
Vaqif Cavadov - ÇSKA-dan "Volqa"yadək
Millinin futbolçusu 3 ildən sonra yenidən Rusiyaya qayıtdı

"Qarabağ" Avroliqaya darmadağınla başladı


FİFA qərar verdi


"Rabitə" Asiyanın ən güclüsü ilə üz-üzə


Bakı klubu Çexiya millisinin üzvünü aldı




Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər