Avropa Liqasının yeni mövsümünə start verilib. Qitənin klub səviyyəsində ikinci dərəcəli turnirinin 2011/12 mövsümü 50 klubun iştirakı ilə başlanıb. Belə ki, I təsnifat mərhələsində 32 ölkənin təmsilçiləri 25 cütlük təşkil edib. Ölkəmizi bu turnirdə təmsil edən 3 komandadan ikisi ilk oyunlarına çıxıb. "Olimpik-Şüvəlan" (UEFA AZAL- ın bu ad altında iştirakına icazə verməyib) öz meydanında Belarusun "Minsk" komandasını qəbul edib, "Qarabağ" isə səfərdə Litvanın "Banqa" klubu ilə qarşılaşıb.
"Olimpik-Şüvəlan"ın "Qarabağ"la müqayisədə oyunu 30 dəqiqə tez başladığından, avrokubokların yeni mövsümündə meydana ilk çıxan təmsilçimiz olub. Lakin Şüvəlandakı stadionda keçirilən qarşılaşma Nazim Süleymanovun komandasına uğur gətirməyib. "Minsk"lə görüşün əvvəlində erkən qol buraxan komandamız tez də bərabərliyi bərpa etsə də, qələbə qazana bilməyib - 1:1. Əvəzində "Qarabağ" Litvada cütün taleyinə aydınlıq gətirib. Ağdam komandası "Banqa"nin meydanında vurduğu 4 qolla növbəti mərhələyə vəsiqəni, demək olar, vaxtından əvvəl təmin etdi. Qurban Qurbanovun komandası çox güman ki, ikinci təsnifat mərhələsində Farer adalarının "Streymur" klubu ilə qarşılaşacaq.
Avroliqa, I təsnifat mərhələsi
İlk oyunlar
30 iyun
"Olimpik-Şüvəlan" (AZƏRBAYCAN) - "Minsk" (BELARUS) - 1:1
Baş hakim: Andres Treymanis (Latviya)
Bakı. Şüvəlan qəsəbəsindəki AZAL stadionu
QOLLAR: İqbekoyi, 14 - Voronkov, 11.
"Banqa" (LİTVA) - "Qarabağ" (AZƏRBAYCAN) - 0:4
Baş hakim: Torvaldur Arnason (İslandiya)
Qarjdi. "Banqa" stadionu
QOLLAR: Sadiqov, 16, Nadirov. 33, 70, Soltanov, 88.
Yeri gəlmişkən, "Qarabağ" Azərbaycan futbolu tarixində yeni rekord yazıb. Belə ki, Azərbaycan klublarının avrokuboklarda 3-cü böyük hesablı qələbəsini qazanan ağdamlılar birdən-birə 2 nailiyyətin müəllifi olublar. Əvvəla, ilk dəfə Azərbaycan komandası səfərdə 3 və ya daha çox top fərqi ilə qalib gəlib. İkincisi isə avrokuboklarda ən böyük qələbəmiz qazanılıb.
I təsnifat mərhələsi "Banants" (Ermənistan) - "Metallurq" (Gürcüstan) - 0:1
"Trans" (Estoniya) - "Rabotniçki" (Makedoniya) - 1:4
"Rad" (Serbiya) - "Tre Penne" (San-Marino) - 6:0
"Dauqava" (Latviya) - "Tromse" (Norveç) - 0:5
"Elfsborq" (İsveç) - "Eş" (Lüksemburq) - 4:0
"Honka" (Finlandiya) - "Kalyu" (Estoniya) - 0:0
"Varajdin" (Xorvatiya) - "Lusitanos" (Andorra) - 5:1
"Ferensvaroş" (Macarıstan) - "Uliss" (Ermənistan) - 3:0
"Santa Koloma" (Andorra) - "Paksi" (Macarıstan) - 0:1
"Olesund" (Norveç) - "Nit" (Uels) - 4:1
"Dinamo" (Gürcüstan) - "Milsami" (Moldova) - 2:0
"Spartak" (Slovakiya) - "Zeta" (Çernoqoriya) - 3:0
"Fulafyordur" (Farer adaları) - "Reykyavik" (İslandiya) - 1:3
"Vestmannaeyar" (İslandiya) - "Sent Patriks" (İrlandiya) - 1:0
"Keryenq" (Lüksemburq) - "Hakken" (İsveç) - 1:1
TNS (Uels) - "Kliftonvill" (Şimali İrlandiya) - 1:1
"Fulhem" (İngiltərə) - "Runavik" (Farer adaları) - 3:0
"Yagelloniya" (Polşa) - "İrtış" (Qazaxıstan) - 1:0
"Birkirkara" (Malta) - "Vlajniya" (Albaniya) - 0:1
"Renova" (Makedoniya) - "Qlentoran" (Şimali İrlandiya) - 2:1
"Koper" (Sloveniya) - "Şaxtyor" (Qazaxıstan) - 1:1
"Şiroki Briyeq" (Bosniya və Herseqovina) - "Olimpiya" (Sloveniya) - 0:0
"Buduçnost" (Çernoqoriya) - "Flyamurtari" (Albaniaya) - 1:3.
|