Hal-hazırda Ayna qəzetinin 02.07.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 02.07.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Güney  
 
 
Səid Muğanlıya vəkil tutmağa icazə verildi
Səid Muğanlıya vəkil tutmağa icazə verildi
Şənbə, 02.07.2011

mətn ölçüsü  

Şair təkadamlıq kamerada saxlanır İranda türk dilində yazan tanınmış şair-publisist, jurnalist Səid Muğanlı həbsxanada təkadamlıq kamerada saxlanılır. APA-nın İrandakı mənbələrə istinadən verdiyi məlumata görə, Təbriz şəhər Prokurorluğundan Səid Muğanlının yaxınlarına bildirilib ki, onunla hər hansı təmasa icazə verilmir və o, istintaq təcridxanasının təkadamlıq kamerasında saxlanılır. Yaxın 1 ay ərzində təcridxananın ümumi bölməsinə köçürülməsi nəzərdə tutulur. Prokurorluq Səid Muğanlıya qarşı irəli sürülən ittihamın təfsilatları barədə məlumat verməkdən isə imtina edib. Ancaq bildirilib ki, ittiham aktı yalnız vəkil tutulduqdan sonra müdafiəni təşkil edəcək şəxsin iştirakı ilə Səid Muğanlıya elan ediləcək. Məlumatda o da qeyd olunub ki, jurnalistə vəkil tutmasına icazə verilib və yaxın bir neçə gün ərzində Səid Muğanlının müdafiəsini təşkil edən vəkilin kimliyi bəlli olacaq. Bir müddət öncə Səid Muğanlı İran İslam Respublikasının dövlət quruluşunu, rəhbər şəxslərini tənqidi xarakterli şeir yazıb və müəllif bu şeiri internet resursları vasitəsilə yayıb. İyunun 5-də isə valideynlərinin yaşadığı Ərdəbil vilayətinin Muğan bölgəsinin Yelsu kəndindəki evlərində saxlanılıb. Evdə axtarış aparılıb və ona məxsus kompüter, kitablar və digər şəxsi əşyalar götürülüb. Bu səbəbdən də İran İnformasiya və Təhlükəsizlik Nazirliyinin əməkdaşları onu saxlayan zaman ədəbi fəaliyyəti ilə maraqlanıblar və əlyazmaları müsadirə olunub. Səid Muğanlı Təbriz şəhərində təcridxanada saxlanılır. Artıq İranda yaşayan Azərbaycan türkləri arasında Səid Muğanlının sərbəst buraxılması tələbi ilə bağlı imzatoplama kampaniyasına da başlanılıb. Səid Muğanlı Azərbaycan türkcəsində yazılan ədəbiyyat nümunələrini əski əlifbaya çevirərək İrandakı türklərin maariflənməsi işində fəal iştirak edən şəxslərdən biridir. O, 2007-2008-ci illərdə Bakıda ədəbi məclislərin iştirakçısı olub. Bakıdan qayıtdıqdan sonra İranın dövlət quruluşuna xələl gətirə biləcək fəaliyyətdə ittiham olunaraq İran İnformasiya və Təhlükəsizlik Nazirliyi tərəfindən tutulub. Bir müddət sonra isə girov müqabilində sərbəst buraxılıb.

Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

İrandan Azərbaycana qarşı bölücü siyasət

"Ermənistan işğalçı və təcavüzkar dövlətdir"

İran Azərbaycanla sərhədlərinə sədd çəkir?

İran parlamentinin deputatları danışdı

Ermənistanın kölə vəziyyəti Kremlə sərf edir

Bölmənin digər xəbərləri
 
Güneyli mühacirlər onlara münasibətdən narazıdır
Onlara verilən sənəd polis bölmələrində belə keçərli deyilmiş

"İrqçi özünüzsünüz!"
Tələbələr broşür yayıb böhtanlara cavab verdilər



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər