Hal-hazırda Ayna qəzetinin 25.06.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 25.06.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Dünyada  
 
 
Türkiyə: şəriətin kəsdiyi barmaq ağrıyır
Türkiyə: şəriətin kəsdiyi barmaq ağrıyır
Yeni seçilmiş bəzi millət vəkilləri parlamentə girə bilmədi
Şənbə, 25.06.2011


Mahirə QAYIBOVA, Ankara
mətn ölçüsü  

Türkiyədə məhkəmə hakimiyyəti seçki prosesində yer alan ən mühüm hakimiyyət orqanlarından biridir. Bundan əlavə, Yüksək Seçki Komissiyası (Yüksək Seçim Kurulu) da konstitusiyanın qanunvericiliklə bağlı fəslində yer alsa da, məhkəmə xarakterli bir orqandır. Həbsdə olan və mühakimə prosesi davam edən şəxslərin seçilməsi və mandatının alınması ilə bağlı qərarlar da məhkəmə orqanları tərəfindən alınır. Bu qərarlar hər dəfə seçkilər zamanı müxtəlif mübahisələri də bərabərində gətirir. Lakin bir türk ata sözü var: "Şəriətin kəsdiyi barmağ ağrımaz". Tarix boyunca aktual olmuş bu ata sözü artıq bu gün aktuallığını itirib. Çünki yeni seçilmiş parlament işə başlamadan əvvəl yenə də ortalıq qızışdı.

Türkiyənin siyasi gündəmini aylar boyu məşğul edən və barələrində istintaq prosesi davam edən bəzi şəxslərin millət vəkili seçilməsi hökumətə qarşı müxalifət düşərgəsinin sıralarının daha da qüvvətlənəcəyini xəbər verirdi. Üstəlik millət vəkili toxunulmazlığı statusunu alacaq bu şəxslər özlərinin müxalifətçi mövqelərini daha da gücləndirə bilərdilər. Lakin Yüksək Seçki Komissiyasının və daha sonra İstanbul 13-cü Ağır Cəza Məhkəməsinin aldığı qərarlar bu gün ölkənin siyasi həyatında gərginlik ab-havası yaratmışdır.

Kürdlərin Barış və Demokratiya Partiyasının dəstəklədiyi Hatip Diclenin parlamentə girməsinin mümkün olmayacağına dair qərar ilk şoku yaşatdı. Bunun ardınca CHP-dən millət vəkili seçilmiş jurnalist Mustafa Balbay və tanınmış alim Mehmet Haberalla bağlı alınan məhkəmə qərarları vəziyyəti daha da gərginləşdirdi. PKK-nın sivil forması olan KCK (Kürdüstan Cəmiyyətləri İttifaqı) müttəhimlərindən beş nəfərin, Ərgənəkon və Balyoz müttəhimi Engin Alanla bağlı da buna bənzər qərarların alınacağı ehtimal edilir. Hatip Dicle ilə bağlı alınan qərardan sonra BDP-dən seçilmiş millət vəkilləri də parlamenti boykot edəcəklərini açıqladılar. Bu azmış kimi Hatip Diclenin yerinə seçki qanunvericiliyinə görə, o bölgədən AK Partiyanın namizədi parlamentə girdi.

AK Partiya rəhbərliyinin açıqlamasında bu vəziyyətin yaranmasında BDP-ni təqsirləndirdi. Çünki BDP Hatip Diclənin barəsində hökm çıxdığını bilə-bilə onu müstəqil namizəd olaraq dəstəkləmişdir. Halbuki burada məhkəmənin və Yüksək Seçki Komissiyasının mövqeyi də təəccüb doğurmaya bilmir. Görəsən nəyə görə Yüksək Seçki Komissiyası, barəsində qanuni qüvvəyə minmiş hökmü olan bir şəxsin namizədliyini qeydə alıb. Məhkəmənin bu barədəki qanuni hökmü 22 martda qüvvəyə minsə də, iki ay yarım ərzində Yüksək Seçki Komissiyasına (Ankaradan Ankaraya) gəlib çıxa bilməmişdir. Seçkilərdən 3 gün əvvəl bu qərarı alan YSK Hatip Diclenin namizədliyini ləğv etməmiş, onun ifadəsinin alınması barədə qərar çıxarmışdır. Dicle ifadə verənə qədər də seçkilər olub bitmişdir.

CHP-dən seçilmiş millət vəkilləri Mustafa Balbay və Mehmet Haberal ilə bağlı məhkəmə qərarları formal olaraq hüquqi baxımdan doğru sayılsa da, ədalətli bir qərar olmadığı qənaəti hakimdir. Konstitusiyaya görə, seçkidən əvvəl və ya sonra cinayət törətdiyi iddia edilən millət vəkili parlamentin qərarı olmadan həbs edilə və mühakimə edilə bilməz. Lakin konstitusiyanın 14-cü maddəsində nəzərdə tutulmuş hallar istisnadır. Bu maddəyə görə, konstitusiyada yer alan hüquq və azadlıqların heç biri dövlətin bütünlüyünün pozulması, insan hüquqlarına əsaslanan demokratik və laik (dünyəvi) rejimi ortadan qaldırmaq məqsədi ilə istifadə edilə bilməz. Yəni millət vəkili olmaq bu şəxslərin azadlığa buraxılacağı nəticəsini doğurmur. Lakin məhkəmə bu şəxslərin azadlığa buraxılmasına dair qərar ala bilərdi. Belə ki, 2007-ci il seçkilərində həbsdə olan kürd əsilli millət vəkili Sebahat Tuncel də millət vəkili seçildikdən sonra işinə məhkəmədə baxılmış və azadlığa buraxılmışdı. Mürəkkəb bir vəziyyət yaranıb. Bu vəziyyətdən çıxmaq isə yalnız parlamentin alacağı qanunla mümkün olacaq. Baş nazir Ərdoğanın seçkilərdən sonra məşhur "balkon çıxışı"nda səsləndirdiyi milli həmrəylik tezisləri görəsən reallaşa biləcəkmi? Bu sualın cavabı üçün bir qədər gözləmək lazım gələcək.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

"Azərbaycanla Ermənistan arasındakı problem həll olunmadan sərhəd açılmayacaq"

Baş nazirin Ermənistanla "meyvə yığımı" mövsümü

Ərdoğan ABŞ-da Qarabağdan danışacaq

"Ermənistan əvvəlcə Dağlıq Qarabağ ətrafındakı rayonlardan çəkilsin"

Ərdoğan ermənilərə bir daha barmaq silkələdi...

Bölmənin digər xəbərləri
 
Ya əbədi demokratiya, ya əbədi totalitarizm
Rusiya seçim yolunda

Rusiya: prezident narkodilerlərə ömürlük cəza istəyir
Məktəblilər və tələbələr icbari testdən keçiriləcək



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər