Milli Qazaxıstanı Lənkəranda qarşılayacaq
|
Şənbə, 25.06.2011
|
|
mətn ölçüsü |
|
|
|
Avro-2012-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinin keçirəcəyi daha bir oyunun məkanı müəyyənləşib. Sentyabrın 6-da komandamızın Qazaxıstan yığması ilə görüşü Lənkəran şəhər mərkəzi stadionunda keçiriləcək.
Bu, millimizin Lənkəranda ikinci oyunudur. Berti Foqtsun komandası 2 il əvvəl sentyabrın 5-də 2010-cu il dünya çempionatının seçmə matçlarından birini bu cənub şəhərində keçirmişdi. Həmin vaxt futbolçularımız Finlandiya komandasına uduzmuşdular - 1:2.
|
|
|
|
|
|
|