Hal-hazırda Ayna qəzetinin 25.06.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 25.06.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İdman  
 
 
"Qarabağ" və AZAL-ın Avropa sınağı
"Qarabağ" və AZAL-ın Avropa sınağı
Ağdam və Bakı klubları iyunun 30-da Avroliqada ilk oyunlarına çıxırlar
Şənbə, 25.06.2011

Kərim Nəsrullah mətn ölçüsü  

Avroliqanın püşkatma mərasimindən sonra ölkəmizi bu turnirdə təmsil edən "Qarabağ", AZAL və "Xəzər-Lənkəran" klublarının rəqibləri bəlli olub. "Qarabağ" və AZAL turnirə ilk mərhələdən, "Xəzər-Lənkəran" isə ikinci mərhələdən qoşulacaq. I təsnifat mərhələsinin oyunları iyunun 30-da və iyulun 7-də, II mərhələnin görüşləri isə iyulun 14-də və 21-də keçiriləcək.

Bu mövsüm Azərbaycan çempionatının gümüş medallarını və kuboku qazanmış "Xəzər-Lənkəran"ın bəxtinə güclü rəqib düşüb. Bu, İsrailin ən yaşlı klubu olan, Çempionlar Liqasında qrup mərhələsində oynamış Təl-Əviv "Makkabi"sidir.

"Xəzər-Lənkəran" ilk oyununu səfərdə keçirəcək. Öncə ilk oyunun Azərbaycanda olacağı bildirilsə də, sonradan "Makkabi"nin müraciətinə və "Xəzər-Lənkəran"ın razılığına əsasən UEFA qarşılaşmanın iyulun 14-də İsraildə təşkilinə qərar verib. Qeyd edək ki, cavab oyunu iyulun 21-də Lənkəran şəhər mərkəzi stadionunda baş tutacaq.

Ötən mövsümdə Avroliqanın son təsnifat mərhələsinə kimi irəliləyərək, reytinqini xeyli artıran "Qarabağ" bunun bəhrəsini görüb. Belə ki, ilk iki mərhələdə münasib rəqiblərlə düşən Ağdam klubunun həm Litvanın "Banqa", həm də Farer adalarının "Streymur" komandasını keçmək şansı yüksəkdir. Üstəlik, Qurban Qurbanovun komandası hər iki halda ilk görüşlərini səfərdə keçirməklə üstünlük qazanıb.

"Qarabağ"ın Litva təmsilçisiylə oyununun vaxtı dəqiqləşib. Ağdam klubu iyunun 30-da ilk oyuna çıxacaq. "Banqa" - "Qarabağ" oyunu yerli vaxtla 18:30-da (Bakı vaxtı ilə 20:30) təşkil olunacaq. Görüşü Torvaldur Arnasonun başçılıq etdiyi islandiyalı hakimlər briqadası idarə edəcək. AZAL-ın da, belə demək mümkünsə, bəxti gətirib. Hər halda, "Minsk" (Belarus) potensial rəqiblər arasında ən münasibidir. AZAL - "Minsk" arasında ilk oyun iyunun 30-da Şüvəlan qəsəbəsindəki "AZAL" stadionunda keçiriləcək. Matç saat 20:00-da başlayır. Oyunun baş hakimi litvalı Andris Treimanisdir.

Nazim Süleymanovun komandası II mərhələyə çıxarsa, daha güclü rəqib - Türkiyə Superliqasının təmsilçisi "Qaziantepspor"u qəbul edəcək.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

"AZAL" ölkədaxili pulsuz uçuşlara başlayıb

Həmsədrlər "yeni" təkliflərlə gəliblər

"Mütəllibovun taleyinə Milli Məclis aydınlıq gətirməlidir"

Səfər Əbiyev: "Azərbaycan torpaqların işğaldan azad edilməsi üçün ciddi hazırlıqlar görür"

Ayaz Mütəllibov "eks-prezidentlər" haqqında qanunu gözləyir

Bölmənin digər xəbərləri
 
Xorvatiya flaqmanı "Neftçi"yə rəqib oldu
Arif Əsədovun komandası Çempionlar Liqasında ilk oyununu iyulun 12-də Zaqrebdə keçirəcək

"Rabitə" dünya çempionatına gedir
Voleybolçularımız rəqiblərini sabah keçiriləcək püşkatmadan sonra tanıyacaqlar

Milli Qazaxıstanı Lənkəranda qarşılayacaq


London Olimpiadasına ilk lisenziyamız var!


"Real"a transferi Hamit Altıntopa düşmədi




Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər