Artıq gələn həftə avrokubokların 2011/12 mövsümünə start veriləcək. Çempionatımızın ən güclüləri bu dəfə nəyə qadir olduqlarını Avropa meydanlarında göstərməyə çalışacaqlar. Qeyd edək ki, çempionatın qızıl medallarının sahibi "Neftçi" Avropanın ən nüfuzlu klub turniri Çempionlar Liqasında, "Xəzər-Lənkəran", AZAL və "Qarabağ" isə Avroliqada yarışırlar. AZAL və "Qarabağ" I, "Neftçi" və "Xəzər-Lənkəran" isə II təsnifat mərhələsindən mübarizəyə qatılacaq.
Çempionlar Liqasının (ÇL) 2011/12 mövsümünün püşkatma mərasimindən sonra "Neftçi"nin rəqibi bəlli olub. Arif Əsədovun çalışdırdığı komanda potensial rəqibləri arasında ən güclüsü, II təsnifat mərhələsində reytinqinə görə 3-cü olan Zaqreb "Dinamo"su ilə qarşılaşacaq.
ÇL-də mübarizə ilk təsnifat mərhələsində keçiriləcək iki oyunla başlayacaq.
I təsnifat mərhələsi
"Tre Fiori" (San-Marino) - "Valletta" (Malta)
"Santa Koloma" (Andorra) - "Düdelanj" (Lüksemburq) II təsnifat mərhələsi
"Makkabi" (Hayfa, İsrail) - "Borats" (Bosniya və Herseqovina)
"Moqren" (Çernoqoriya) - "Liteks" (Bolqarıstan)
"Maribor" (Sloveniya) - "Santa Koloma" (Andorra) - "Düdelanj" (Lüksemburq) cütünün qalibi
"Skenderbeu" (Albaniya) - APOEL (Kipr)
"Slovan" (Slovakiya) - "Tobol" (Qazaxıstan)
"Şturm" (Avstriya) - "Ferentsvaroş" (Macarıstan)
"Zestafoni" (Gürcüstan) - "Daçiya" (Moldova)
"Dinamo" (Xorvatiya) - "Neftçi" (Azərbaycan)
"Pünik" (Ermənistan) - "Viktoriya" (Çexiya)
"Partizan" (Serbiya) - "Şkendiya" (Makedoniya)
"Tre Fiori" (San-Marino) - "Valletta" (Malta) -
"Ekranas" (Litva) cütünün qalibi
"Malmö" (İsveç) - "Torshavn" (Farer adaları)
"Şemrok Rovers" (İrlandiya) - "Flora" (Estoniya)
"Rusenborq" (Norveç) - "Breydablik" (İslandiya)
HİK (Finlandiya) - "Banqor" (Uels)
"Skonto" (Latviya) - "Visa" (Polşa)
"Linfild" (Şimali İrlandiya) - BATE (Belarus)
Yeri gəlmişkən, Xorvatiya çempionu "Dinamo" püşkün nəticəsindən narazı qalıb. Xorvatiyalılar "Neftçi" haqqında hazırladıqları yazıya da bu fikirlə başlayıblar: "Püşkün şarları "Dinamo"nu heç sevmədi. Düzdür, komandamız mümkün rəqiblərinin hamısından yüksək statusa malikdir. Lakin püşk bizə Azərbaycan çempionu ilə müqayisədə daha münasib rəqib seçə bilərdi".
"Neftçi"nin 19 ildə 6 dəfə çempion, 4 dəfə kubokun sahibi olmasını vurğulayan zaqreblilər 4 il əvvəl qarşılaşdıqları "Xəzər-Lənkəran"ın çempiondan 7 xal geridə qalmasını da qeyd ediblər.
Arif Əsədovun komandasının "transfermarkt.de" saytının dəyərləndirməsinə görə, 8 milyon avrodan ucuz olduğuna toxunan xorvatlar bununla belə "Neftçi"dən ehtiyatlandıqlarını da gizlətməyiblər.
Bu komandalar arasında keçiriləcək oyunların vaxtları da müəyyəndir. İlk görüş iyulun 12-də Zaqrebdə, cavab qarşılaşması isə bir həftə sonra, iyulun 19-da Bakıda olacaq. Çempionumuzun cavab görüşünü doğma meydanda keçirməsi üstünlük sayıla bilər.
|