Hal-hazırda Ayna qəzetinin 25.06.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 25.06.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Güney  
 
 
Bəstəkarın polisdən şikayəti rədd edilib
Şənbə, 25.06.2011

mətn ölçüsü  

Azərbaycanlı musiqi müəllimi, bəstəkar Həsən Dəmirçinin Şərqi Azərbaycan Vilayət Polis İdarəsinə qarşı şikayəti rədd edilib. Dünya Azərbaycanlıları Konqresindən (DAK) APA-ya bildirilib ki, Təbrizdə yaşayan Həsən Dəmirçi 2006-cı ilin may hadisələrində tutulub və 1 il həbs cəzasına məhkum edilib. Lakin İran Ali Məhkəməsi birinci və ikinci məhkəmə instansiyalarının qərarını ləğv edib və musiqiçinin sərbəst buraxılmasına dair qərar çıxarıb. Həsən Dəmirçi sərbəst buraxılsa da, onun musiqi məktəbi bağlanıb. Musiqiçinin polis idarəsinə qarşı yerli məhkəmə instansiyasında irəli sürdüyü şikayətdən 4 il keçəndən sonra iddiaçının şikayəti rədd edilir. Məhkəmə iddianın rədd edilməsini Həsən Dəmirçinin millətçi olması ilə (?) əlaqələndirib. Amerikalıların məhkəməsi iyulun 31-nə təyin olunub İranda casusluqda şübhəli bilinib saxlanılmış iki amerikalı səyyahın məhkəmə dinləməsi iyulun 31-nə təyin olunub. Onların vəkili Məsud Şəfili "Amerikanın səsi" radiosuna deyib ki, məhkəmə prosesinin vaxtı barədə rəsmi bildirişi iyunun 20-də alıb. Dinləmə amerikalıların saxlanmasının ikinci ildönümünə təsadüf edir. 2009-cu ildə İran hökuməti amerikalı Sara Şourd, Coş Fatal və Şeyn Brauri İrana qanunsuz keçdiklərinə görə həbs edib. İttihama görə, onlar İrana İraq ərazisindən keçiblər. Tutulanlardan biri - Şourd keçən il zaminə buraxılıb, qalan ikisi hələ də həbsdədir. Şourd azadlığa çıxandan sonra deyib ki, həbsxana gözətçiləri içəridə qalan iki amerikalını təhqir edir, onlara işgəncə verir. Keçən həftə İranın baş prokuroru deyib ki, amerikalıların məhkəməsi yay ərzində - iyunun sonundan avqustun sonuna qədər olan müddətdə yenidən başlayacaq. Amerikalılara ailələri ilə əlaqə saxlamağa iki ildə üç dəfə icazə verilib. Məhbusların hər ikisinin anası deyir ki, onlar oğulları ilə beş dəqiqə danışa biliblər, hər ikisinin səsi telefonda gümrah gəlirmiş.

Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

İrandan Qarabağa - təbii qaz

Xəzəri ən çox çirkləndirən ölkələrdən biri İrandır

Narko-tacir karvanının sonu görünmür

Son bir ayda - 425 kq narkotik...

İrana Azərbaycan vətəndaşlarının səfəri məhdudlaşdırılıb

Bölmənin digər xəbərləri
 
Əxlaq polisi reydlərə başlayıb
Təkcə Tehranda 2000 fahişə tutulub

Ziyalılar sürgündə "Qələm" təşkilatı qurdular
Güneyli mühacir qadınlar payızda toplantı keçirəcək

BMT İran üzrə özəl məruzəçini müəyyənləşdirdi
Tehran onu ölkəyə buraxacaqmı?

Şəhər meydanında üç məhkum asılıb




Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər