İranın Sistan və Bəlucistan əyalətinin Zabul şəhər meydanında əhalinin gözü qarşısında üç nəfər edam olunub. Bu barədə İranın ISNA saytı xəbər verir. Sistan və Bəluçistan əyalət prokurorluğundan bildirilib ki, həmin şəxslər silahlı basqın, zorlama və oğurluq ittihamı ilə edama məhkum olunublar. Bəlli rəqəmlərə görə, bu ilin əvvəlindən bəri ölkədə 160 edam hökmü icra edilib. Onların 90 nəfərdən çoxu narkotik qaçaqmalçılığı və zorlama ittihamı ilə asılmağa məhkum edilmişlər. İran hüquq müdafiəçiləri isə bildirirlər ki, edamların sayı rəsmi rəqəmlərdən xeyli çoxdur.
|