Hal-hazırda Ayna qəzetinin 25.06.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 25.06.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Güney  
 
 
BMT İran üzrə özəl məruzəçini müəyyənləşdirdi
BMT İran üzrə özəl məruzəçini müəyyənləşdirdi
Tehran onu ölkəyə buraxacaqmı?
Şənbə, 25.06.2011

Sədi mətn ölçüsü  

BMT İnsan Haqları Şurası Maldivin keçmiş xarici işlər naziri Əhməd Şahidi İranda insan haqlarının vəziyyəti ilə bağlı xüsusi məruzəçi təyin edib. "Röyter"in məlumatına görə, bu vəzifə 10 ilə yaxındır boş qalmışdı. Şura İranda müxalifətin təqibi və ölüm hökmlərinin çoxluğundan rahatsızlığını da bildirib. BMT Tehran hakimiyyətini xüsusi məruzəçi ilə əməkdaşlıq etməyə çağırıb.

İran parlamentinin deputataları - Məhəmmədkərim Abidi və Zöhrə İlahian jurnalistlərə açıqlamasında Əhməd Şahidi qəbul etməyəcəglərini bildiriblər. Parlament insan haqları komitəsinin sədr müavini M.Abidi deyib ki, komitədə onu ölkəyə buraxmamaq haqda qərar qəbul edilib.

Z.İlahian iddia edib ki, özəl məruzəçi təyin edilməsinin arxasında gizli və qərəzli siyasi məqsəd yatır: "O, müsəlman olsa da, bu səlahiyyətlə onu qəbul etmək mümkün deyil. Ə.Şahid İrana yalnız bir turist kimi gələ bilər". BMT-nin açıqlamasına görə, 2005-ci ildən bəri qurumun insan haqları ilə bağlı müfəttişi ölkəyə buraxılmır.

Ölkədə isə təqiblər və həbslər davam edir. "Amerikanın səsi" radiosunun məlumatına əsasən, İran həbsxanalarında beş azərbaycanlı milli-mədəni fəalın azadlığa buraxılması üçün imzatoplama kampaniyası davam edir. "Savalan səsi" və "Urmiya işçiləri" xəbər agentlikləri Səid Muğanlı, Əyyub Şirinin azad edilməsinə dair xəbər yayıb. Məlumata görə, S.Muğanlı iyunun 7-də Tehranda ETTELAAT-ın əməkdaşları tərəfindən tutulub. S.Məhəmmədi (Muğanlı) şair, jurnalistdir. "Ədəbi Yaşmaq" nəşriyyəsinin müdiridir. Ə.Şiri mayın 4-də ETTELAAT-ın Təbriz şöbəsi tərəfindən tutulub.

Səid Nəimi mayın 9-da Tehran yaxınlığındakı Kərəcdə mənzilində həbs olunub. Onun tutulmasında məxfi polisin 7 əməkdaşı iştirak edib. Tutularkən həyat yoldaşı Səidə İslami də təhdidə məruz qalıb. Səid Nəimini xanımı Səidənin gözü qarşısında döyüblər. Onlara məxsus şəxsi əşyalar, o cümlədən kitablar, kompüterlər müsadirə olunub. Səid Nəimi hüquq müdafiəçisi və bu yöndə yazan jurnalistdir.

Sima Didar və ondan bir neçə gün sonra həbs olunan həyat yoldaşı Əlirza Yekənlinin də azadlığa buraxılması ilə bağlı imza toplanmaqdadır.

Tehranın məşum Evin zindanında bir ilə yaxın saxlanılmış güney azərbaycanlı Haniyə Fərşi Şotorban "Facebook"dan istifadə etdiyinə görə 7 il azadlıqdan məhrum edilib. İran İnqilab Məhkəməsi 28-ci şöbəsinin hakimi Müqəyyəs 38 yaşlı bu xanımı sosial şəbəkədə "dini müqəddəsləri, ayətulla Xameneyini təhqir etməkdə" suçlayıb. Anası isə hüquq müdafiəçilərinə açıqlamasında deyib ki, qızı heç vaxt siyasətlə məşğul olmayıb.

Təbrizdə Urmiya gölünün qurumasına etiraz aksiyası zamanı tutulmuş Əli Səlimi, Cəlil Ələmdar-Milani və Səid Siyami azadlığa buraxılıb. "Mediforum"un məlumatına əsasən, onların hər birinə 250 manata yaxın cərimə ödətdirilib və 20 şallaq zərbəsi vurulub. Həmin aksiyada tutulmuş daha iki nəfər - Höccət Muxtarzadə və Həbib Purvəli hələ Təbriz zindanındadır.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
Əxlaq polisi reydlərə başlayıb
Təkcə Tehranda 2000 fahişə tutulub

Ziyalılar sürgündə "Qələm" təşkilatı qurdular
Güneyli mühacir qadınlar payızda toplantı keçirəcək

Şəhər meydanında üç məhkum asılıb


Bəstəkarın polisdən şikayəti rədd edilib




Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər