Hal-hazırda Ayna qəzetinin 25.06.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 25.06.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Cəmiyyət  
 
 
Pasiyentlərin hüquqları qorunacaq
Pasiyentlərin hüquqları qorunacaq
Həkimlərdən kompensasiya proseduru da asanlaşır
Şənbə, 25.06.2011

A.Akif mətn ölçüsü  

Pasiyentlərin tibbi xidmətlərlə bağlı iradları, şikayətləri azalmır. Həkimlərin, tibb müəssisələrinin məhkəməyə verilməsi faktları da az deyil. Odur ki, yeni hüquqi mexanizmlərin tətbiqinə zərurət var. Pasiyentlərin hüquqlarını qoruyan, onları müdafiə edən qanun mövcud deyil. Ona görə müalicə zamanı və cərrahiyyə əməliyyatından sonra mənfi fəsadlarla üzləşən xəstə həkimin cəzalandırılması və ya kompensasiya tələbində çətinlik çəkir.

Öyrəndik ki, MM səhiyyə sistemi ilə bağlı bir sıra dəyişikliklər nəzərdə tutan qanun layihələrini müzakirəyə çıxaracaq. Onların sırasında daha çox diqqəti cəlb edəni "Pasiyentlərin hüquqları haqqında" layihədir. Layihədə həkim-xəstə münasibətlərinin hüquqi tərəfləri ilə yanaşı, həkimlərin səhvlərinə görə inzibati və məhkəmə məsuliyyətinə cəlb edilməsi də əksini tapır.

MM Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəblinin sözlərinə görə, qanun layihəsində pasiyentlərin informasiya əldəetmə hüququ da nəzərdə tutulur, xəstələrin razılığı olmadan hansısa müalicə üsullarından istifadə qadağan edilir. Eyni zamanda xəstənin müalicə aldığı tibb müəssisəsində göstərilən xidmətlər və dərman vasitələrinin təmin olunması ilə bağlı tələblərinin gücləndirilməsi nəzərə alınır. Xəstə səhv müalicə aldığı halda həkimin cəzalandırılmasını, yaxud ondan kompensasiya tələb edə biləcək. Rəcəblinin fikrincə, belə bir qanuna ehtiyac var. Çünki cəmiyyətdə ciddi müzakirə edilən məsələlərdən biri məhz səhiyyə xidmətləri ilə bağlıdır.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Azərbaycanda 2 minə yaxın HİV daşıyıcısı var

Əsas məsələ qanunun qəbulu yox, işləməsidir

"Azərsu" qanunsuz tikililərin siyahısını dəqiqləşdirir

Ordunun döyüş qabiliyyəti xeyli yüksəlib

Hakimlər üçün - vergi güzəştləri

Bölmənin digər xəbərləri
 
Müdafiə xərclərinin artımı hərbçilərdən yan ötüb
Onların maaşlarını artırmaq təklif edilir

Səhiyyə xidməti rəsmən pulsuzdursa...
5-6 milyard vəsait olarsa, 5-6 ilə müsbət dəyişiklik görərik

İyulda orta aylıq pensiya 150 manat olacaq
Pensiyaların həcmi eyniləşir

Müdafiə və Təhlükəsizlik sektorunda nə baş verib? (1-30 iyun)




Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər