Türkiyədən Ermənistana turist səfərləri başlanır
|
Buna İstanbuldan iki erməni şirkəti təşəbbüs edib
Şənbə, 18.06.2011
E.İLKİN |
mətn ölçüsü |
|
|
|
Türkiyənin iki turizm şirkəti avqustda Ermənistana səfərlər təşkil etmək niyyətindədir. Bu barədə Türkiyənin "Hurriyet Daily News" qəzeti yazıb. Xəbərə görə, İstanbul şirkətlərindən biri erməni Tiqran Altun, digəri isə başqa bir erməni biznesmeni Artyun Dəmirə məxsusdur.
Tiqran Altun açıqlamasında iki ölkə arasında sərhədlərin 1993-cü ildə bağlandığını deyib. "Uzun illər türk turistlər Ermənistana Gürcüstan ərazisindən keçməklə gediblər. Ancaq indi vəziyyət dəyişib. Müəyyən məsələləri həll edəndən sonra biz Türkiyənin Xarici İşlər Nazirliyindən razılıq ala və Ermənistana reys təşkil edə bildik".
Artyun Dəmir isə artıq 15 nəfərin yay tətilini Ermənistanda keçirmək üçün bilet sifariş verdiyini deyib. Onun sözlərinə görə, ilkin mərhələdə biletlərə daha çox tələbat olacağına inanmadıqlarını gözləyirlər.
Şirkət rəhbərlərinin sözlərinə görə, turistləri daha çox səyahətin təhlükəsizliyi məsələsi maraqlandırır.
Türkiyədən Ermənistana "hər şey daxil" səfər paketinin qiymətini təşkilatçılar 960-1200 avro dəyərində qiymətləndirirlər. Hazırda İstanbul-İrəvan marşrutu üzrə həftədə iki reys həyata keçirilir.
|
|
|
|
|
|
|