Hal-hazırda Ayna qəzetinin 18.06.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 18.06.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Dünyada  
 
 
Xəzərin hüquqi statusunun həllinə ümid yaranıb
Kayrat Sarıbaya görə, belə düşünməyə əsas var
Şənbə, 18.06.2011


ELDƏNİZ
mətn ölçüsü  

"Sahilyanı ölkələrin problemə ümumi yanaşması Xəzərin hüquqi statusunun yaxın perspektivdə öz həllini tapacağına ümid yaradır".

Bu bəyanatla Qazaxıstan xarici işlər nazirinin müavini Kayrat Sarıbay Astanada "Xəzər şelfinin inkişafı" konfransında çıxışı zamanı deyib. Sarıbay bildirib ki, tərəflərin ortaq məxrəcə gəlmək əzmi və son zamanlar artan dövlətlərarası təmaslar status məsələsinin çözüləcəyini düşünməyə əsas verir:

"Nikbinliklə demək olar, Xəzəryanı ölkələrin yanaşması, nümayiş etdirilən konstruktivizm, ümumi dil tapmaq istəyi və regionda artan inteqrasiya prosesləri bunun üçün münbit zəmin yaradır".

Nazir müavini onu da qeyd edib ki, "Xəzərin hüquqi statusuna dair konvensiya Xəzərətrafı ölkələr arasında əməkdaşlığı tənzimləyən baza sazişi olmalıdır".

Xatırladaq ki, Xəzərin statusuna dair dövlət başçılarının növbəti zirvə görüşü cari ilin sonu Moskvada keçirilməlidir. İşçi qruplarının son Bakı görüşündə Rusiya rəsmiləri Moskva sammitində mühüm sazişlərin imzalanacağına ümid etdiklərini bildiriblər.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Rusiya Bakıya raket gəmisi göndərir

Telekanalların Yeni il sürprizləri

Xəzər Universiteti dünyanın ən yaxşı universitetləri arasında

Ali məktəblər kredit sisteminə keçir

İki universitetin lisenziyası uzadılıb

Bölmənin digər xəbərləri
 
Gürcüstan müsəlman ruhaniləri cavab verdilər
Camal Paksadze: "Biz Paşazadəni sevirik, ondan küsməmişik"

Sanksiyalar getdikcə sərtləşir
4-cü qətnamə bütün sahələri əhatə edir

Volqa-Don kanalından keçidlə bağlı icazə sistemi ləğv olunacaq?
Rusiyanın nəqliyyat naziri vəd verir

Türkiyədən Ermənistana turist səfərləri başlanır
Buna İstanbuldan iki erməni şirkəti təşəbbüs edib



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər