Hal-hazırda Ayna qəzetinin 18.06.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 18.06.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Dünyada  
 
 
Volqa-Don kanalından keçidlə bağlı icazə sistemi ləğv olunacaq?
Volqa-Don kanalından keçidlə bağlı icazə sistemi ləğv olunacaq?
Rusiyanın nəqliyyat naziri vəd verir
Şənbə, 18.06.2011


İLKİN
mətn ölçüsü  

Azərbaycan gəmilərinin Rusiyanın Volqa-Don kanalından keçidi ilə bağlı icazə sistemi sadələşdirilə və ya tamamilə ləğv edilə bilər. Bu barədə X Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika ("TransCaspian Azerbaijan - 2011") sərgisində çıxışında Rusiyanın nəqliyyat naziri İqor Levitin bildirib. Jurnalistlərə açıqlamasında isə İqor Levitin qeyd edib ki, Azərbaycan tərəfi gəmilərin bu kanaldan buraxılmasının ləngiməsindən narazıdır:

"Biz bilirik ki, azərbaycanlı həmkarlarımız heç də həmişə bununla bağlı operativlikdən razı qalmırlar".

Nazirin sözlərinə görə, hazırda Rusiya bu kanalın modernləşdirilməsi üzərində işləyir:

"Rusiya Volqa-Don kanalının təkmilləşdirilməsi ilə bağlı yenidənqurma işləri görür. İndi kanalda yeni şlyuz istifadəyə verilib. Yeni şlyuzun tətbiqi kanala 10 min tona qədər tutumu olan gəmilərin buraxılmasına imkan verəcək".

İcazə sisteminin ləğvinə gəlincə, İ.Levitin deyib ki, bu gün xarici ölkələrin bayrağı altında üzən gəmilərin Rusiyanın daxili sularına daxil olması qadağandır:

"Bu qadağa aradan qaldırılandan sonra isə gəmilərin bu kanala keçməsi üçün heç bir icazə tələb olunmayacaq, sadəcə, formal prosedurlar olacaq".

Amma nazir bu yeniliyin nə vaxt baş verəcəyini dəqiqləşdirə bilməyib. Onun sözlərinə görə, indi Rusiya bu məsələni Ümumdünya Ticarət Təşkilatına üzvlük çərçivəsində Avropa Birliyi ilə müzakirə edir, icazə sistemi ilə bağlı yasaqların götürülməsi isə məhz bu məsələlərin həllindən sonra baş verəcək.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Rusiya Bakıya raket gəmisi göndərir

Telekanalların Yeni il sürprizləri

Xəzər Universiteti dünyanın ən yaxşı universitetləri arasında

Ali məktəblər kredit sisteminə keçir

İki universitetin lisenziyası uzadılıb

Bölmənin digər xəbərləri
 
Gürcüstan müsəlman ruhaniləri cavab verdilər
Camal Paksadze: "Biz Paşazadəni sevirik, ondan küsməmişik"

Sanksiyalar getdikcə sərtləşir
4-cü qətnamə bütün sahələri əhatə edir

Xəzərin hüquqi statusunun həllinə ümid yaranıb
Kayrat Sarıbaya görə, belə düşünməyə əsas var

Türkiyədən Ermənistana turist səfərləri başlanır
Buna İstanbuldan iki erməni şirkəti təşəbbüs edib



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər