Hal-hazırda Ayna qəzetinin 18.06.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 18.06.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Dünyada  
 
 
Sanksiyalar getdikcə sərtləşir
Sanksiyalar getdikcə sərtləşir
4-cü qətnamə bütün sahələri əhatə edir
Şənbə, 18.06.2011

S.Sədrəddin mətn ölçüsü  

Ötən həftənin sonunda aparıcı güclər Tehran hakimiyyətini nüvə proqramı ilə bağlı beynəlxalq ictimaiyyətlə konstruktiv danışağa çağırıblar. Almaniya, ABŞ, Britaniya, Rusiya, Fransa və Çin rəsmilərinin birgə bəyanatında ehtimal edilən hərbi məqsədli nüvə proqramı ilə bağlı danışıqlara başlamağın vacib olduğu vurğulanır. Sənəd Beynəlxalq Atom Enerjisi Agentliyinin Vyana toplantısında qəbul edilib. Toplantı ərəfəsində Tehran uranın zənginləşdirilməsini 3 dəfə artıraraq, 20 faizə çatdırmaq istədiyini bəyan etmişdi.

Bu bəyanat və yığıncaqdan sonra ABŞ hakimiyyəti İranın güc qurumlarına İnqilab Keşikçiləri Qvardiyası, onun əsas kadr bazası və dayağı sayılan yarımhərbi quruma - bəsicə, ölkə polis qüvvələrinə və onun komandanı İsmayıl Əhmədi-Müqəddəmə qarşı sanksiya tətbiq etdi.

ABŞ Maliyyə Nazirliyinin məsələ ilə bağlı yaydığı bildirişdə qeyd olunub ki, yasaqlara məruz qalan şəxs və qurumların Birləşmiş Ştatlardakı əmlakı dondurulacaq, ölkə vətəndaşlarının onlarla istənilən şəkildə sövdələşməsi qadağan ediləcək.

Dövlət katibi 2009-cu il prezident seçkisindən sonra onun rəsmi nəticələrinə etiraz edən aksiyaçılara divan tutulmasını xatırladaraq, yeni sanksiya ilə bağlı deyib ki, igid və qorxmaz İran vətəndaşlarına qarşı hakimiyyət 2009-cu ilin iyun və iyul aylarından bəri hələ də zorakılığı davam etdirir.

Hillari Klinton İran rejimindən "siyasi ikiüzlülüyə və riyakarlığa son qoymasını, öz vətəndaşlarının hüquqlarını sistemli şəkildə pozmağı dayandırmasını" tələb etdiklərini söyləyib.

Yeri gəlmişkən, ABŞ 2010-cu ilin sentyabrında insan haqlarının tapdanmasında birbaşa rolu olan 8 yüksək rütbəli İran rəsmisinə sanksiya tətbiq etmişdi.

Bu arada Tehranda tərk-silaha dair ikinci konfrans keçirilirdi. Toplantıya ABŞ da daxil olmaqla 40 ölkənin təmsilçisi qatılmışdı. İran xarici işlər naziri Ələkbər Salehi yığıncaqdakı çıxışında deyib ki, onlar BAEA-dan İsrailin də nüvə silahının yayılmaması haqda müqaviləyə qoşulması üçün beynəlxalq ictimaiyyətdən Təl-Əvivə təzyiqlər edilməsini istəyir. Onun sözlərinə görə, yəhudi dövlətinin nüvə silahı ehtiyatı Yaxın Şərq bölgəsinin təhlükəsizliyini və sabitliyini təhdid edir: "Sionist rejim Yaxın Şərqdə terror və zorakılığın başlıca mənbəyi olaraq qalmaqdadır".

Onu da qeyd edək ki, İsrail rəsmiləri 200 nüvə başlığına malik olduqlarını nə təkzib, nə də təsdiq etmir.

Ə.Salehi isə 2012-ci il aprelin 29-dək dünyanı kimyəvi silah ehtiyatının hamısını məhv etməyə çağırıb.

Xatırladaq ki, ötən ayın sonunda Beynəlxalq Atom Enerjisi Agentliyi (AEBA) Tehranın atom proqramının hərbi xarakterli olduğuna dair yeni məlumat aldığını bildirmişdi. Qurumun məsələ ilə bağlı yaydığı yeni hesabatda bildirilir ki, İran hakimiyyəti tədricən zəif zənginləşdirilmiş uran ehtiyatını artırır. Mütəxəssislərin dəyərləndirməsinə əsasən, bu ilin fevralında onların 3,6 ton uran ehtiyatı var idisə, indi bu rəqəm 4,105 tona çatıb. Hesabatda qeyd olunub ki, zəif zənginləşdirilmiş uran da 30 faiz artıb. Bir müddət öncə ehtiyatda olan uranın 56,7 kq-ı 20 faizədək zənginləşdirilib. Salehinin rəsmi saytında uranın 20 faizədək zənginləşdirilməsinə dair informasiya təkzib edilib. Halbuki bunun əksi haqda İran Atom Enerjisi Təşkilatının başçısı Firudin Abbasi-Divani bəyanat vermişdi. İran hakimiyyətinin bu sayaq çıxış və davranışı "yayınma manevri" kimi də dəyərləndirilir.

Ölkənin müdafiə naziri Əhməd Vahidi İranın informasiya vasitələrinə müsahibəsində iddia edib ki, düşmənlərin İslam Respublikasını hədələməyə cürəti çatmaz, onlar hava hücumundan müdafiədə çox güclüdür və Hava Hücumundan Müdafiə Qüvvələri İran səmasını qorumağa qadirdir.

MIGnews-un məlumatına əsasən, BMT TŞ hazırladığı gizli hesabatda İranın beynəlxalq təzyiqlərdən yayınma yollarını göstərib. Bu məqsədlə Tehran xarici bankları və valyuta dəyişmə məntəqələrini ələ keçirməyə çalışır. Belə xarici müəssisələr sayəsində İslam Respublikası pulları Türkiyə, Birləşmiş Ərəb Əmirliyi və s. dövlətlərə məxsus banklarla İrana və başqa dövlətlərə köçürə bilir. Təkcə 2009-cu ildə Tehran hakimiyyəti 10 xarici bankı bu niyyətlə almağa səy göstərib. Eyni zamanda Latın Amerikasında Tehrana dost dövlətlərdə də İslam Respublikası bu sayaq maliyyə qurumları təsis edir. BMT TŞ 1737 saylı qətnamənin icrasına nəzarət edən mütəxəssislər qrupunun mandatının uzadılması haqda uyğun qətnamə qəbul edib. "1737-nin komitəsi" adlanan bu qrup sanksiya şərtlərinin pozulması ilə bağlı faktları toplayacaq.

2010-cu ilin iyununda qəbul edilmiş bu 4-cü qətnamədə bu yasaqlar öz əksini tapıb: İranın yük gəmiləri liman və açıq dənizdə yeni qaydada yoxlanılmalıdır; bu zaman həmin gəminin nüvə silahına aidiyyəti olan sursat daşımasından şübhələnirlərsə, saxlanılıb araşdırılmalıdır; İrana tank, zirehli döyüş maşınları, döyüş təyyarələri, hərbi gəmilər və başqa ağır silah satılması yasaqdır; Nüvə silahının yayılmasında istənilən şəkildə əli olan İran banklarının filiallarının, törəmə şirkətlərinin açılması qadağandır; Nüvə silahının yayılmasında əli olan istənilən anlaşma üzərində nəzarət gücləndirilsin; xarici banklarda hesabı dondurulacaq İran İslam İnqilab Keşikçiləri Qvardiyası üzvlərinin siyahısı genişləndirilsin.

Göründüyü kimi, Tehrana qarşı yeni sanksiyaların qəbuluna beynəlxalq ictimaiyyət artıq ehtiyac duymur. Çünki 4-cü qətnamə az qala bütün sahələri əhatə edib. Problem bu sənəddən doğan tələblərin icrasındadır.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Narışkin Bakıda mərasimlərdə iştirak edəcək

Dünya İran rəhbərliyinə qarşı

BMT sülhü qorumağa qadirmi?

Azərbaycan İrana qarşı sanksiya siyasətində

NATO PA-da Qarabağ müzakirələri

Bölmənin digər xəbərləri
 
Gürcüstan müsəlman ruhaniləri cavab verdilər
Camal Paksadze: "Biz Paşazadəni sevirik, ondan küsməmişik"

Volqa-Don kanalından keçidlə bağlı icazə sistemi ləğv olunacaq?
Rusiyanın nəqliyyat naziri vəd verir

Xəzərin hüquqi statusunun həllinə ümid yaranıb
Kayrat Sarıbaya görə, belə düşünməyə əsas var

Türkiyədən Ermənistana turist səfərləri başlanır
Buna İstanbuldan iki erməni şirkəti təşəbbüs edib



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər