AB Azərbaycanla əlaqələri genişləndirmək istəyir
 |
Bunu qurumun ölkəmizdəki təmsilçisi bildirir
Şənbə, 18.06.2011
|
|
Azərbaycan və AB arasında assosiativ saziş üzərində iş davam etdirilir və məsələ ilə bağlı müəyyən tərəqqi əldə olunub. APA-nın məlumatına görə, bunu MM komitələrinin Gömrük Məcəlləsi layihəsinin müzakirəsinə həsr olunmuş birgə iclasında iştirak edən AB Azərbaycan təmsilçiliyinin rəhbəri Roland Kobia bildirib.
Bu müzakirələrə 2010-cu ilin iyunundan başlandığını xatırladan Roland Kobia deyib ki, hazırda sənədin bəzi detalları, o cümlədən təhlükəsizlik məsələləri müzakirə olunur:
"Biz assosiativ sazişdən savayı Azərbaycana Sərbəst Ticarət Sazişini də təklif edirik. Bu isə Azərbaycan Ümumdünya Ticarət Təşkilatına üzv olduqdan sonra mümkündür".
Roland Kobia 1997-ci ildən bu günədək hüquqi bazanın AB standartlarına uyğunlaşdırılması üçün 157 milyon avrodan çox texniki yardım göstərildiyini də nəzərə çatdırıb. Tərəflər arasında razılaşmaların nəticəsi olaraq 17 sahə seçilib və bu sahələrdə hüquqi uyğunlaşdırma prosesi davam etdirilir. я
|
|
|
|
|
|
|