Hal-hazırda Ayna qəzetinin 18.06.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 18.06.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
İcazəsiz aksiyalarla bağlı 15 nəfərə cinayət işi açılıb
İcazəsiz aksiyalarla bağlı 15 nəfərə cinayət işi açılıb
Onların vəkilləri birgə mətbuat konfransı keçirdilər
Şənbə, 18.06.2011


Səid ABBASZADƏ
mətn ölçüsü  

Dünən Azərbaycan Media Mərkəzində müxalifətin son aksiyaları zamanı həbs edilənlərin vəkilləri mətbuat konfransı keçirdi ("Turan"). Vəkillər 18 nəfərin qanunsuz təqib edildiyini bildiriblər. Onlardan ikisi - Cabbar Savalan və Bəxtiyar Hacıyev haqqında məhkəmə hökmünün olduğu qeyd edildi. Vəkillərin fikrincə, gənclər sosial şəbəkələr vasitəsilə yaşıdlarını etiraz aksiyalarında iştiraka çağırırdılar və artıq həbs ediliblər.

Daha 15 nəfər 2 aprel mitinqi ilə əlaqədar həbsdədir və onlardan bəzilərinin işi üzrə istintaq yekunlaşıb. İstintaq altında olan AXCP-nin sədr müavini Fuad Qəhrəmanlı isə azadlıqda olsa da, polis nəzarəti altındadır.

Vəkil Əsabəli Mustafayevin açıqlamasına görə, istintaq qərəzli aparılıb. Onun sözlərinə görə, bu işlərdə cinayət tərkibi və cinayət hüququ üçün əsas yoxdur və işlər siyasi motivlidir.

Vəkillər qeyd ediblər ki, hüquqi müdafiə ilə yanaşı, həbs olunanların hər birinin ictimai və tibbi dəstəyə də ehtiyacı var. Həbs olunanlar ədalətsiz olaraq həbsdə saxlanmaları ilə bağlı psixoloji gərginlik yaşayırlar. Müsavat Partiyasının aparat rəhbəri Arif Hacılının səhhətində problemlər yaranıb.

Vəkillər bildiriblər ki, məhkəmə qərarlarının ədalətli olacağına inanmırlar və bütün məhkəmə instansiyalarını keçərək, Avropa İnsan Haqları Məhkəməsinə müraciət etməyə hazırlaşırlar.

hebs,genc,vekil



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Gənc fəalların həbsi ilə bağlı etirazlar davam edir

Ağasif Şakiroğluna qarşı qaldırılmış cinayət işinə xitam verilib

Qafqaz İslam Ordusunun Azərbaycana gəlişi anılıb

102 gənc - prezident təqaüdçüsü

Saxlanılan şəxsi döyən polislər cəzalandırılsın

Bölmənin digər xəbərləri
 
Silya Devis və Amanda Eriksonun döyülməsinə iki baxış
Polis bunu adi kriminal hesab edir. Hüquq müdafiəçiləri bu işin "siyasi sifariş" olduğunda israrlıdır

AB Azərbaycanla əlaqələri genişləndirmək istəyir
Bunu qurumun ölkəmizdəki təmsilçisi bildirir

İctimai Palata aksiyada israrlıdır
Bu dəfə, ola bilsin, Nərimanov meydanı seçilsin

Azərbaycanın müstəqilliyinin 20 ili: xarici siyasətin formalaşması (1991-2003)


Azərbaycanlı deputatlar Sarqsyana suallar hazırlayıb
Ermənistan prezidenti AŞPA yay sessiyasında çıxış edəcək

Tomas Meliya: "Bizim daha yüksək səviyyədə əməkdaşlığımız demokratik ölkələrlədir"
ABŞ dövlət katibinin müavini 2 günlük səfərlə Azərbaycanda olub

Kazanda hansı sənəd imzalanacaq?
Prezidentlərin görüşü ilə bağlı proqnozlar



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər