Hal-hazırda Ayna qəzetinin 18.06.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 18.06.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İqtisadiyyat  
 
 
Müalicə turizmi: bahalı avadanlıqla iş bitmir
Müalicə turizmi: bahalı avadanlıqla iş bitmir
Kompleks xidmətlər göstərilməlidir ki, turistləri maraqlandırsın
Şənbə, 18.06.2011

Aynurə mətn ölçüsü  

Dövlət müəssisələrinin özəlləşdirilmə prosesi davam edirsə, dövlət tabeliyindəki kurort-sanatoriyaların da nə vaxtsa özəlləşdiriləcəyi istisna deyil. Hələlik buna cəhd göstərilmir, halbuki sanatoriyaların özəlləşdirilməsi və ya sahibkarların istifadəsinə verilməsi bu sahənin inkişafına təkan ola bilərdi.

Turizm İnstitutunun baş müəllimi, coğrafiya elmləri namizədi Vüqar Dərgahovun fikrincə, sanatoriyaların özəlləşdirilməsi ilə iş bitmir. Sahibkarlara güzəştli kreditlər verilməlidir ki, bu sahəni dirçəltmək mümkünləşsin. Bundan başqa, müalicə turizminə sərmayə qoyub gəlir götürmək yollarını öyrənmək üçün marketinq tədqiqatına ehtiyac var. İlkin mərhələdə model olaraq kompleks xidmətlər göstərən sanatoriya yaradılması qaçılmazdır.

Lakin mütəxəssis təklif edir ki, Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin nəzdindəki bərpa müəssisələrinin özəlləşdirilməməsi məqsədəuyğun olardı. Onun sözlərinə görə, əksər xarici dövlətlərdə də əhalinin sosial təminatının təmin edilməsi baxımından həmin müəssisələr dövlət qurumlarının nəzdində qalır. Lakin digərləri kütləviliyi və rentabelliyini təmin etmək üçün özəlləşdirilməlidir.

Ölkədə müalicə-sağlamlıq turizminin inkişafı üçün təbii ehtiyatlar baxımından hər şey var. Naftalanın müalicəvi nefti, Naxçıvanın duz mağaraları, Abşeron göllərinin müalicəvi palçıqları və suları, Lənkəranın, Gədəbəyin mineral suları... Amma əfsuslar olsun ki, ölkə sakinlərinin böyük əksəriyyəti təbiətin nemətlərindən istədiyi kimi faydalana bilmir. Çünki müalicə-sağlamlıq turizmi digər turizm növlərinə nisbətən zəif inkişaf edib, potensialın heç 5 faizi istifadə edilmir. Ona görə də digər dövlətlərin müalicə turizmindən qazandığı pulları da qazana bilmirik. Halbuki 2010-cu ildə dünyada müalicə turizmi sahəsində dövriyyənin həcmi təxminən 80 milyard dollar olub. 2011-ci ildə bu rəqəmin 100 milyard dollara çatacağı proqnozlaşdırılır.

Bizim bu sahədə geridə qalmağımızın səbəblərini Vüqar Dərgahov AYNAya müsahibəsində açıqladı.

- "Kurort" SC-nin tabeliyində 12 min yerlik sanatoriya-profilaktika müəssisəsi var. Lakin bu yerlərin 46,5 faizində qaçqınlar və məcburi köçkünlər yerləşib. Keçmiş sanatoriyaların həm binaları, həm avandanlıqları köhnəlib.

REKLAM

Onlarda xidmətlər çox aşağı səviyyədədir, bunun müqabilində isə xidmət haqqı yüksəkdir.

Bu gün "Kurort"un tabeliyində 5 mindən artıq yer var. Özəl kurort müəssisələri açılsa da, tələbatı ödəmək iqtidarında deyillər. Belə ki, bütün özəl kurort müəssisələrində cəmi ...500 yer mövcuddur. Bu gün Qəbələ, Quba, Masallı və Naftalanda özəl müalicə müəssisələri fəaliyyət göstərir. Amma say çox olsa da, yerlər azdır. Bu o deməkdir ki, müalicə-sağlamlıq müəssisələri heç daxili tələbatı ödəmir, o ki qaldı xarici turistlərin qəbuluna hazır olsun.

Sabiq müalicə-kurort müəssisələri müstəqillik illərində istiqamətlərini dəyişmədilər. Onlarda köhnə stereotiplər qalmaqdadır. Halbuki xarici ölkə müalicə müəssisələrində digər turizm xidmətləri də göstərilir. Bir misal çəkim. Təsəvvür edin ki, "Bilgəh" və ya "Qaranquş" sanatoriyasında müalicə kursu keçən şəxs səhər tezdən bütün tibbi-profilaktik prosedurları başa vurdu, vannaları qəbul etdi, massaj və ya fizioterapiyası da başa çatdı. Günorta yeməyi yeyildi və artıq hamı bir-birinin üzünə baxır. Çünki bu müəssisələrdə istirahət, mənalı vaxt keçirmək üçün heç bir xidmət göstərilmir. Asudə vaxtın təşkili, ümumiyyətlə, nəzərdə tutulmayıb. Ona görə də müəssisədə qalanlar domino, nərd oynamaqla və ya parkda oturub söhbət etməklə vaxt öldürürlər. Axı 21 gün də belə davam edə bilməz. Bizim sanatoriyalar darıxdırıcıdır.

- Lakin müalicə turizminə maraq böyük deyil...

- Doğrudur. Çünki müalicə turizmi gec gəlir gətirən sahədir. Sahibkarlar səbirlə gəlir gətirəcək illəri gözləməlidir. İstirahət və əyləncə mərkəzlərində isə fərqlidir. Biznes başlanan ildən gəlir gətirir. Müalicə turizminin texnologiyası bahalıdır. Bahalı avadanlıq almaqla da iş bitmir. Müalicəvi mərkəzlərdə kompleks xidmətlər də müştəri cəlbində az rol oynamır. Ona görə də müalicəvi turizm rentabelli hesab edilmir.

- Bəs, iş adamlarının çəkinməsində rəqabət qorxusu faktoru necə? Bu varmı?

- Bu, istisna edilmir. Razıyam ki, inkişafı əngəlləyən bir amil də odur ki, müalicəvi turizm üzrə Azərbaycana rəqib ola biləcək və bu sahədə ixtisaslaşmış, münasib qiymətlər təklif edən ölkələr çoxdur.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1 - 2
Oxşar xəbərlər:

Ərzaq məhsulları bahalaşıb

Bahalaşmanın səbəbi aydın olub

Xaricdən ucuz alınan mallar Bakıda baha satılır

Təhsil haqqı sistemində xaos hökm sürür

Bölmənin digər xəbərləri
 
Əli Əlirzayev: "Sənaye yoxdursa, turizmin inkişafından danışmaq olmaz"
İnfrastrukturu, biznesi inkişaf etdirməyin zəruriliyi önə çəkilir

AZAL bu təklifi götür-qoy edəcək
Turizm şirkətlərinə çarter reyslər açmağa icazə verilə bilər

Qlobal böhranın ikinci dalğası gözlənir
Dünya Bankının proqnozu narahatlıq yaradıb

1500 manatla "Özünədəstək"?
Bu məbləğ nə şəxsi təsərrüfat yaratmağa, nə də onu "inkişaf etdirməyə" yetir



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər